23 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - Yazılar - Növbədə Qafqaz və…
Növbədə Qafqaz və…
24.05.2018, 14:59

Hidayət Elvüsal

 

Əlbəttə, Orta Asiyadır. Ötən əsrin 90-cı illərində elan olunmuş «NATO-nun Şərqə  doğru genişlənməsi» planında bu regionlar da mühüm yer tutur. Yaxın Şərqin vəziyyəti göz qabağındadır. «Ərəb baharı», «Narıncı inqilab» dedikləri siyasi proseslər əslində hərbi münaqişələrə, vətəndaş qarşıdurmalarına çevrilib və qıpqırmızı qanla boyanıb.

Dünyaya, sahib olduğu şirkətlərdən biri kimi baxan ABŞ-ın hazırkı prezidenti Donald Tramp siyasi liderdən çox, Amerikan kovboyunu xatırladır. BMT-ni heçə sayır, onun qərarlarına uymur. Qüdsün taleyini bir kəlmə ilə həll etmək cəsarəti göstərir, oranı İsrailin paytaxtı elan edir.  Əslində dekorativ quruma çevrilmiş  BMT isə gözünü döyə-döyə qalır.

Bəzən insanda gülüş doğuran, lətifəyə bənzəyən elə siyasi gedişlər baş verir ki, çoxları «İsraili ABŞ yönəldir, yoxsa ABŞ-ı İsrail?!» sualını səsləndirməkdən çəkinmirlər. İsrailin bütün haqsız hərəkətləri məhz ABŞ tərəfindən alqışlanır və müdafiə olunur.

Son günlər baş verən hadisələr pik nöqtəsinə çatdı. ABŞ səfirliyinin Qüdsə köçürülməsi fələstinliləri ayağa qaldırdı. Xalq  daşla-kəsəklə, İrail işğalçıları  tankla, topla, güllə ilə üz-üzə gəldilər. Yenə qanlar axdı. Yerli xalq israillilərin qətliamına məruz qaldı. Onlarla ölü, minlərlə yaralı nə ABŞ-ı, nə də İsraili dayandırmadı. Soyqırım faciəsinə düçar olmuş yəhudilər, fələstinlilərə qarşı soyqırım törətdilər. Məsələ dekorativ BMT-də müzakirəyə çıxarılmaq istənsə də ABŞ təmsilçisi veto qoydu.

Bir də ki, bu BMT deyilən təşkilatı hansı işğalçı sayıb? İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi barədə necə qərarı var? Hansı yerinə yetirilib?

Məsələ bununla bitmir. ABŞ prezidenti İranla bağlı, nüvə məsələləri haqda imzaladığı anlaşmadan geri çəkdi. Bu da  İsrailin arzusu ilə baş verdi. O İsrailin ki, kifayət qədər nüvə silahına malikdir. Amma müsəlman Şərqi onların hədəfindədir.

İranın ən qatı düşməni həm ABŞ, həm də İsraildir. Bu ölkənin düzənini pozmaq üçün əllərindən gələni edirlər. Müharibə variantı da gündəmdədir. Heç şübhəsiz bu müharibə müəyyən radiusda baş verə bilər. Yəni bir neçə Yaxın Şərq dövlətini əhatə edər. Genişlənməsi nə ABŞ-ın, nə də İsrailin xeyrinədir. Amma müharibə  gedişatı, sonu bilinməyən bir məsələdir.

ABŞ daha bir siyasi hiyləgərliyə əl atıb. İndi o, öz əsgərlərini alovun ortasına atmır. «Çayın daşı, çayın quşu» siyasəti yeridir. Yaxın Şərqi silah deposuna çevirib. Müsəlmanlar «bəsdir» deyincə silahlandırılıb. Hər tərəfdə düşmənçilik toxumu səpilib. PKK-nın PUD-nin və digər erməni-kürd terror birləşmələrinin əlində bu gün ən müasir silahlar var. PKK rəhbərliyində kifayət qədər  erməni olduğu hamıya məlumdur. Kürd seperatçılarının da tələbləri bilinir. Deməli, Türkiyə də əsas hədəfdir. Əgər İran tənəzzülə uğrayarsa, heç şübhəsiz növbədə məhz Türkiyədir. Ölkə prezidenti Ərdoğan nəhayət ki, bunu anladı və Rusiya ilə yaxınlaşmağa çalışır.

Bir vaxtlar «Genişləndirilmiş  Yaxın Şərq proyektinin» həmsədri olması ilə öyünən və bunu dönə-dönə qürurla deyən Ərdoğan indi anlayıb ki, o, böyük bir oyunun iştirakçısına çevrilib. Hətta özünə qarşı, Türkiyəyə qarşı hazırlanan iyrənc siyasətin iştirakçısına.

Bəs, daha sonra nə olacaq? Ukrayna və Gürcüstan NATO-nun nəzarətindədir. Məsələ bununla bitmir. Strateji əhəmiyyətə malik  olan Qafqaz və Orta Asiya bütövlükdə NATO-ya «lazımdır». Rusiyanı və Çini sıxışdırmağın planı budur. Gələnə «ağam», gedənə «paşam» deyən ermənilərdən fərqli olaraq, Azərbaycan isə özünün balanslaşdırılmış siyasətinə sadiqdir. Müstəqildir, münaqişələrə qoşulmur, tərəfdaşları və hər bir kəsimlə  normal ünsiyyətdədir.

Orta  Asiyaya gəldikdə - Qazaxıstanın mövqeyi məlumdur. Türkmənistan da enerji ehtiyatlarını kiminləsə bölüşmək istəməz. Digər respublikalar da qəti mövqelərini təyin etməli olacaqlar.

Yaxın Şərqdə  baş verən qanlı hadisələr hamı üçün dərsdir. Bu dərsi mükəmməl oxumaq lazımdır.

 

 


Müəllifin digər yazıları
SON XƏBƏR
Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO
23.10.2018, 20:29

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO

Azərbaycan Fransaya NOTA verdi
23.10.2018, 20:18

Azərbaycan Fransaya NOTA verdi

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq
23.10.2018, 20:04

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq

Putin Trampa Parisdə görüşməyi təklif etdi
23.10.2018, 20:00

Putin Trampa Parisdə görüşməyi təklif etdi

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi
23.10.2018, 19:52

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

Nəcməddin Sadıkov Libermanla görüşüb
23.10.2018, 19:43

Nəcməddin Sadıkov Libermanla görüşüb

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO
23.10.2018, 19:34

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi
23.10.2018, 19:25

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq
23.10.2018, 19:16

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü
23.10.2018, 19:06

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO
23.10.2018, 18:57

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO

Sabah Bakının bir hissəsi qazsız qalacaq
23.10.2018, 18:48

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü
23.10.2018, 18:40

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü

Prezident yeni qanun imzaladı
23.10.2018, 18:32

Prezident yeni qanun imzaladı

XİN rəhbəri Laaneti qəbul edib
23.10.2018, 18:25

XİN rəhbəri Laaneti qəbul edib

Baş nazirin maşını maralla toqquşdu
23.10.2018, 18:17

Baş nazirin maşını maralla toqquşdu

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı
23.10.2018, 18:10

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi
23.10.2018, 18:01

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı
23.10.2018, 17:55

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR
23.10.2018, 17:47

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR

Bakının bu əraziləri susuz qalacaq
23.10.2018, 17:40

Bakının bu əraziləri susuz qalacaq

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR
23.10.2018, 17:32

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ
23.10.2018, 17:23

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib
23.10.2018, 17:17

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib

“Azercell” əməkdaşlıq memorandumu imzaladı
23.10.2018, 17:10

“Azercell” əməkdaşlıq memorandumu imzaladı

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ
23.10.2018, 17:04

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
23.10.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur
23.10.2018, 16:58

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər
23.10.2018, 16:57

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər

Yaddan çıxmaz Qarabağ! - VİDEO
23.10.2018, 16:51

Yaddan çıxmaz Qarabağ! - VİDEO

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
23.10.2018, 16:33

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

ADU-da “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib
23.10.2018, 16:26

ADU-da “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ   
23.10.2018, 16:24

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ  

158 min ton pambıq yığılıb
23.10.2018, 16:15

158 min ton pambıq yığılıb

Deputatlara yeni məhdudiyyətlər qoyulur
23.10.2018, 16:08

Deputatlara yeni məhdudiyyətlər qoyulur

Alman qəzeti Qarabağda yaşayan suriyalı muzdlular haqqında YAZDI
23.10.2018, 16:01

Alman qəzeti Qarabağda yaşayan suriyalı muzdlular haqqında YAZDI

Gedə biləcəyim tək yer  Kəlbəcərdi, gedə bilməsəm Təklə - MÜSAHİBƏ
23.10.2018, 15:59

Gedə biləcəyim tək yer  Kəlbəcərdi, gedə bilməsəm Təklə - MÜSAHİBƏ

Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirib
23.10.2018, 15:58

Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirib

Rövşən Rzayev vətəndaşları qəbul etdi
23.10.2018, 15:53

Rövşən Rzayev vətəndaşları qəbul etdi

“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax
23.10.2018, 15:50

“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax

Ədəbi parıltı və ya təşəbbüsdən doğan arzular
23.10.2018, 15:50

Ədəbi parıltı və ya təşəbbüsdən doğan arzular

Qanunvericilik və icra orqanlarının saxlanılmasına 800 milyon manat xərclənəcək
23.10.2018, 15:44

Qanunvericilik və icra orqanlarının saxlanılmasına 800 milyon manat xərclənəcək

Nazirlikdən külək xəbərdarlığı   
23.10.2018, 15:43

Nazirlikdən külək xəbərdarlığı  

2019-ci ildə 34 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI 
23.10.2018, 15:35

2019-ci ildə 34 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI 

Mehriban Xanlarovanın qalmaqallı verilişi bağlandı
23.10.2018, 15:27

Mehriban Xanlarovanın qalmaqallı verilişi bağlandı

Baş Prokurorluq sabiq MTN-çi ilə bağlı iddiaları cavablandırdı
23.10.2018, 15:20

Baş Prokurorluq sabiq MTN-çi ilə bağlı iddiaları cavablandırdı

“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ
23.10.2018, 15:11

“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ

Nazirlik 78 insan alveri qurbanına yardım göstərib
23.10.2018, 15:01

Nazirlik 78 insan alveri qurbanına yardım göstərib

Prezidentin Ehtiyat Fondu 100 milyon manat artırılır
23.10.2018, 14:57

Prezidentin Ehtiyat Fondu 100 milyon manat artırılır

Məşhur robot “ASAN Xidmət”də rəy sorğuları aldı
23.10.2018, 14:55

Məşhur robot “ASAN Xidmət”də rəy sorğuları aldı

ARXİV