22 avqust 2018, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti
Dünya respublikaçılıq irsində Azərbaycan Xalq Cümhuriyyəti
27.05.2018, 13:59

Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru 

 

“Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Dünyanın bütün xalqları kimi, Azərbaycan xalqının da dövlətçilik anlayışı, dövlətçilik təcrübəsi və ənənələri 100 illərlə təşəkkül və təkmilləşmə dövrünü yaşayıb. Uzun bir tarixi dövr ərzində xalqımız xarici təhlükələrə qarşı  öz mövcudluğunu və identikliyini qoruyub saxlamaq, özünəməxsus  mədəni keyfiyyətlərini hifz etməklə yanaşı, dünyanın fikir-ideya tarixinə və bəşəri dəyərlərin formalaşmasına da öz töhfələrini vermişdir. Uzun əsrlər boyu xalqımız yaratdığı zəngin mədəniyyəti daim cilalamış və onu ictimai həyata məharətlə tətbiq etməyi bacarmış və tarixin yeni dövründə mütərəqqi cəmiyyətlər sırasında öz layiqli yerini tutmuşdur.  Azərbaycan xalqını səciyyələndirən başlıca tarixi xüsusiyyətlərdən biri də məhz onun dəyəryaratma kimi tarixi rolunu  aramsız olaraq və getdikcə artan vüsətlə yerinə yetirməsi olmuşdur. Azərbaycan xalqı həmişə zamanın çağırışlarını düzgün dəyərləndirmək iqtidarında olmuş və ictimai, siyasi, mədəni, eyni zamanda, geosiyasi proseslərin iştirakçısı kimi özünü ifadə etmək bacarığını tarixin bütün mərhələlərində ortaya qoymuşdur. Bu baxımdan, Azərbaycan insanının tarixdə oynadığı rol bütün nümunələrdə mütərəqqi və örnək yaradan keyfiyyətdə meydana çıxmışdır.

XX əsrin əvvəllərində dünyanın qabaqcıl dövlətlərinin və xalqlarının universal hüquq və azadlıqlar ideyasını hələ yenicə mənimsəməyə başladığı bir vaxtda Azərbaycan xalqının öz istiqlaliyyəti, hüquq və azadlıqları uğrunda şərəfli mübarizəyə başlaması da bu qəbildən olan müstəsna örnəklərdən biridir. Bu mübarizənin başlıca hədəfi Rusiya imperiyasından qopmaq, Azərbaycan xalqının itirilmiş dövlətçilik ənənələrini bərpa etmək və yeni formalaşdırılacaq dövlət modelində irqindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün insanların azad və xoşbəxt  yaşaması üçün  demokratik, hüquqi prinsiplərin hökm sürdüyü bir cəmiyyətin yaradılması idi.

Xalqın öz milli dövlətini qurmaq uğrunda bu şərəfli mübarizəyə qalxdığı dövr 1-ci dünya müharibəsinin yenicə başa çatdığı, beynəlxalq hüquq normalarının hələ oturuşmadığı, mürəkkəb geosiyasi proseslərin baş verdiyi ağır bir dövr idi. Dövrün mürəkkəbliyinə baxmayaraq Azərbaycan ziyalılarının apardığı ardıcıl siyasi mübarizənin uğurla nəticələnməsini şərtləndirən bir sıra ciddi amillər də  mövcud idi. Bu böyük mücadilənin milli tariximizin köklərindən qaynaqlanan və özünə yaxın dövrün axtarışlarından qidalanan, hətta müəyyən intellektual-ideoloji bazaya malik olan ənənələri vardı. Hələ XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı, daha sonra milli mətbuatın təməlinin qoyulması, tənqidi ruhlu realistik-demokratik ictimai-ədəbi mühitin meydana gəlməsi Azərbaycanda siyasi elitanın formalaşmasında, xalqımızın milli özünüdərk ideyalarının güclənməsində, çar mütləqiyyəti və müstəmləkəçilik rejiminə qarşı ardıcıl mübarizənin təşkilində önəmli rol oynamışdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digər görkəmli şəxsiyyətlərin davamlı səyləri nəticəsində Azərbaycanda milli teatrın, milli məktəbin və milli mətbuatın yaranması cəmiyyəti bu proseslərə hazırlayan vacib hadisələr idi. Mirzə Fətəli Axundzadə ilə başlayan yaradıcı ziyalıların intellektual hərakatı cəmiyyətin həyatında və şüurunda köklü dəyişikliklər yaratmışdı. Getdikcə dərinləşən mədəni maariflənmə isə öz növbəsində siyasi təşkilatlanmaya, xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə qoşulmasına təkan vermişdi. Milli azadlıq hərəkatının ilk aparıcı siyasi təşkilatları olan “Müsavat”, “Difai” kimi qurumların yaranması da müstəqilliyə gedən yolda mühüm tarixi hadisələr idi.

Bütövlükdə, İslam dünyasında siyasi-mədəni dekadansın yaşandığı bir dövrdə Azərbaycan xalqının demokratik-hüquqi dövlət quruculuğu uğrunda mübarizəyə qoşulması həmin dövr üçün unikal siyasi hadisə idi. Zamanın çağırışlarına adekvat münasibət ortaya qoyan Azərbaycan aydınları hələ Çar Rusiyasının müvafiq tribunalarından gələcək müstəqilliyə yol açan qəti mövqelərini  ifadə edirdilər. Rusiyanın Dövlət Dumalarına seçilmiş F.Xoyski, A.Muradxanov, A.M.Topçubaşov, İ.Ziyadxanov kimi görkəmli nümayəndələrimiz xalqımızin haqq və tələblərini açıq şəkildə bildirirdilər. Çar Rusiyasının zəifləməyə başladığı,  “xalqlar həbsxanasında” milli-ideoloji cərəyanların gücləndiyi XX əsrin əvvəllərində isə həmin tələblər daha qətiyyətli şəkildə səslənməyə başlamışdı. Beləliklə, Cümhuriyyətin yaranmasına aparan yolda şərəfli mübarizə təcrübəsi keçmiş Azərbaycan xalqının əsas hədəfi çağdaş milli ideologiyanı milli ideyalar təməlində möhkəmləndirməkdən və itirilmiş dövlətçilik ənənələrini bərpa etməkdən ibarət idi. Bu məqsədlə, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov,  Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlərin öncüllüyündə Cümhuriyyət ideyalarının insanlar arasında  kütləviləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilirdi. Əli bəy Hüseynzadənin bütünlüklə türk dünyasına tətbiq aktuallığı ilə irəli sürdüyü “türkləşmək, islamlaşmaq və avropalaşmaq” fikri Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına aparan yolda xalqımızın milli, dini köklərə, mütərəqqi və bəşəri ideyalara sadiqliyinin əyani təzahürü idi.

 

 Bu sırada ən vacib amillərdən biri də  istiqlaliyyət uğrunda apardığı mübarizədə öz xalqını azadlığa və səadətə qovuşdurmaq üçün Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləri kimi görkəmli şəxsiyyətlərin nümayiş etdirdiyi qətiyyət və sarsılmaz iradə idi. İstiqlaliyyət yolunda, dövrün siyasi, intellektual təbəqəsinin əzmkar fəaliyyəti və on minlərlə soydaşımızın həyatını itirdiyi amansız mücadilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə tariximizin ən parlaq səhifəsini yazdı.

 

1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik, dünyəvi respublikanın yaradılması nə qədər əlamətdar hadisə idisə, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündən sonra baş verən hadisələr zənciri də öz əhatəliliyinə, təsir dairəsinə, siyasi-mənəvi yükünə görə bir o qədər vacib əhəmiyyət daşıyırdı. Olduqca mürəkkəb siyasi-hərbi şəraitdə istiqlaliyyəti elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk gündən demokratik, hüquqi dövlət quruculuğu, universal insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sistemli tədbirlər həyata keçirməsi çar mütləqiyyətindən qurtulmuş digər xalqların da yeni dövlətçilik təcrübəsinin formalaşmasına, modernləşən dünya praktikasına uyğunlaşmasına ciddi təsir göstərdi. Bəlkə də həmin dövrdə yenicə müstəqilliyini bəyan etmiş Xalq Cümhuriyyəti ərazi bütövlüyünə təhdidləri, gərgin siyasi vəziyyəti əsas gətirərək, milli hökumət insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsini ikinci plana da keçirə bilərdi. Lakin Azərbaycanın siyasi fikir xadimləri, milli hökumətdə təmsil olunan görkəmli şəxsiyyətləri üçün hüquq və azadlıqlar heç bir halda prioritetliyini azaltmadı. Təsadüfi deyildir ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində birbaşa əksini tapmışdı. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir  demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarəetməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və Türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı.

Beləliklə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında orqanik dövlət idarəetməsinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, kifayət qədər peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş mühüm tədbirlər idi. Bu çərçivədə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı. İl yarımlıq fəaliyyəti dövründə parlament tərəfindən qəbul olunan qanunlar Xalq Cümhuriyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi tərəqqiyə, mədəniyyət, maarif və təhsil sahələrində ciddi irəliləyişə səbəb oldu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti qarşısında əsas hədəf kimi dayanan siyasi, iqtisadi, mədəni, təhsil, ordu quruculuğu istiqamətində ən qabaqcıl qayda və standartların ölkədə tətbiqini həyata keçirməklə, həm parlament, həm də milli hökumət bütün qüvvələrini səfərbər etmişdi.

Tarix boyu Qafqaz birliyi ideyasına, regionda konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına böyük zərbə vuran ermənilər XX əsrin belə həssas dönəmində də öz məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. 114 min kvadrat kilometrlik əraziyə sahib olan Xalq Cümhuriyyətinin bütün bölgələrdə öz suverenliyini təmin etməsinə başlıca maneə törədən erməni-daşnak birliklərinin dağıdıcı fəaliyyəti ölkədə islahatlar prosesini, quruculuq tempini ləngidirdi. Yenicə yaranmış dövlət bütün siyasi səylərini, maliyyə və hərbi resurslarını daşnak-bolşevik birləşmələrinin təcavüzünün qarşısının alınmasına yönəltməyə məcbur edilirdi.  Yalnız 3 aydan sonra – 1918-ci ilin sentyabrında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak birliklərindən tam təmizlənməsindən sonra Xalq Cümhuriyyəti hökuməti ölkə ərazisində əhəmiyyətli dərəcədə sabitliyin bərqərar edilməsinə nail oldu və siyasi-diplomatik fəaliyyətdə, iqtisadi-sosial sahələrdə ciddi uğurlar əldə edilməyə başlandı.

Artıq 1918-ci il dekabrında Bakıda yeni hökumətin formalaşdırılmasından dərhal sonra müttəfiq dövlətlərin Bakıdakı nümayəndəsi general Tomson Azərbaycan hökumətini tanıması barədə xüsusi bəyanat verdi. Həmin bəyanatda bütün Azərbaycan ərazisində milli hökumətin qanuniliyi təsdiqlənir və müttəfiq hərbi qüvvələr komandanlığının bu hökumətə dəstək göstərəcəyi bildirilirdi. Həmçinin, milli hökumətin nümayəndələri ilə mütəmadi görüşlərdən sonra general Tomson Paris Sülh Konfransında Xalq Cümhuriyyəti nümayəndələrinin iştirakına dəstəyini də ifadə etdi. Eyni zamanda, Balkan yarımadasında və Qafqazdakı Böyük Britaniya qoşunlarının baş komandanı, general Corc Miln də İngiltərənin Azərbaycan hökumətini ölkə ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan etdi.

Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Həmin dövrdə Birinci Dünya müharibəsindən qalib çıxmış Antanta ittifaqına daxil olan dövlətlərin birlikdə və hər birinin ayrıca olaraq Qafqazda və xüsusilə Azərbaycanda mühüm siyasi-iqtisadi, hərbi məqsəd və maraqları var idi. Xalq Cümhuriyyəti hökumətinin qarşısında isə gərgin siyasi-hərbi şəraitdə, məhdud resurslarla dövləti və milli maraqların müdafiə olunması kimi olduqca çətin vəzifə dayanırdı. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin Xalq Cümhuriyyətinin dünya birliyi tərəfindən tanınması üçün ardıcıl səyləri qısa müddət ərzində öz bəhrəsini verdi. 1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyəti məsələsi ABŞ Prezidenti Vudro Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökuməti rəhbərlərinin təmsil olunduğu Dördlər Şurasının iclasında geniş müzakirə edildi. 1920-ci ilin yanvarında isə Böyük Britaniyanın təşəbbüsü ilə çağırılmış Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Xalq Cümhuriyyəti də daxil olmaqla, Cənubi Qafqaz respublikalarının müstəqilliyinin tanınması məsələsi qaldırıldı. Həmin ilin 11 yanvar tarixində Paris Sülh Konfransının Ali Şurası tərəfindən qəbul edilmiş qərarda müttəfiq dövlətlər tərəfindən Azərbaycanın de-fakto tanınması bəyan edildi.

Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ölkədə ictimai-siyasi həyatda olduğu kimi, mədəni, ədəbi, təhsil sahəsində də ciddi canlanmaya səbəb oldu. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.

Xalq Cümhuriyyəti dönəmində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Almaz İldırım, Əzim Əzimzadə kimi görkəmli yaradıcı şəxsiyyətlərin nümunəsində müstəqil Azərbaycanda mədəniyyət, ədəbiyyat və incəsənət öz intibah dövrünü yaşadı. Eyni zamanda, ana dilində qəzet və jurnalların nəşri xalqımızın mədəni inkişafında və maariflənməsində mühüm rol oynadı. Bu dövrdə nəşr edilən “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi qəzet və dərgilər ölkə əhalisinə mühüm informasiyaların çatdırılmasında əsas vasitələr kimi çıxış edirdi. Azərbaycanda milli iqtisadiyyatın, milli sahibkarlığın, milli burjuaziyanın dayaqları yaradılırdı. Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərdə gərginlikliklərin yaşandığı bir zamanda Azərbaycan ən müxtəlif vasitələrlə dünya miqyasında əməkdaşlığa çıxmağa can atırdı. Siyasət, diplomatiya, hərb, iqtisadiyyat, təsərrüfat, elm, təhsil və mədəniyyət sahələrinin hər biri ölkənin daxili həyatında və digər dövlətlərlə təmasında yeni fəaliyyət mexanizmlərini hərəkətə gətirirdi...   
 

Belə bir ağır siyasi durumda erməni birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar  və ölkədə sabitliyin pozulmasına yönələn cəhdlər Xalq Cümhuriyyətini bolşevik təcavüzünə qarşı daha da kövrək edirdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələrinin Moskvaya ərazi güzəştləri müqabilində Xalq Cümhuriyyəti hökumətini devirməyi təklif etməsi əsl erməni xislətini, xəyanətkarlığını göstərən tarixi faktlardan biridir.

Cümhuriyyət qurucularının əksəriyyəti – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Xudadat bəy Rəfibəyli, Behbud xan Cavanşir, İsmayıl xan Ziyadxanov, Aslan bəy Səfikürdski, Səməd bəy Mehmandarov, Rüstəm xan Xoyski və başqaları yüksək təhsil almış ziyalılar, siyasətçilər idilər. Onlar yaxşı başa düşürdülər ki, yaranmış yeni tarixi-siyasi şəraitdə Azərbaycan öz böyük dövlətçilik ənənələri üzərində müstəqil demokratik  respublikanı ərsəyə gətirməsə, bu imkan birdəfəlik əldən çıxacaq. Cümhuriyyətin süqutundan sonra həyatını itirmiş, əksəriyyəti isə 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüş bu insanlar, əslində, böyük millət qəhrəmanlarıdır. Onlar həm də milli dövlətçilik ənənələrini dünyanın yalnız bir neçə mütərəqqi Avropa dövlətlərində və  Amerika Birləşmiş Ştatlarında yenicə təşəkkül tapmağa başlayan demokratizm və respublikaçılıq təcrübəsi ilə birləşdirərək, çoxmillətli və çoxpartiyalı parlament quruculuğunda, ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququnun qanunla təsbit ediliməsi məsələsində daha irəli gedərək, xalqımızın tarixi-mədəni və ictimai-siyasi dünyagörüşünün seçkin dəyərləri üzərində Qafqazın ən böyük dövlətini yaratmışlar! Məhz cümhuriyyətçilərin fədakarlığı sayəsində Azərbaycan bu gün də Qafqazın ən böyük dövləti olaraq yaşamaqdadır. Əgər cümhuriyyətçilər 1918-1920-ci illərdə müstəqilliyin təməlini qoymasaydılar, Azərbaycan və digər Qafqaz ölkələri XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikasını cəmi 70 il ayırır. Lakin bu 70 ildə də bizi ayıran yox, birləşdirən dəyərlər xalqımızın ruhunda varislik xətti ilə yaşayıb!

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın dünyəvi-universal dəyərlərə bağlılığını, istiqlal əzmini sarsıtmadı, əksinə, öz mübarizəsini yeni siyasi şəraitdə daha uyğun platformalarda aparmağa ruhlandırdı. Xüsusilə Azərbaycanının siyasi mühacirətinin nümayəndələri Cümhuriyyət ideyalarının yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz səylərini davam etdirdilər.

1991-ci ildə milli müstəqilliyimizin bərpa edilməsindən sonra milli dövlətçilik tariximizin qürur mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti irsinin dərindən araşdırılması istiqamətində mühüm addımlar atılmış, Cümhuriyyət dövründə hökumətdə təmsil olunmuş nümayəndələrin və digər milli aydınların həyat və fəaliyyətinə dair yüzlərlə araşdırma işıq üzü görmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın istiqlaliyyət arzusu ilə əlaqələndirən Heydər Əliyev söyləyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi Azərbaycan Respublikasında cümhuriyyətçilik dəyərlərinin və ideyalarının yaşadılması istiqamətində dövlət səviyyəsində tədbirlər müntəzəm şəkildə həyata keçirilməkdədir. Hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Sərəncama uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi bütün respublika ərazisində silsilə tədbirlərlə qeyd edilmiş, Cümhuriyyət irsinin təbliğatı istiqamətində maarifləndirici tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2003-cü il tarixli Sərəncamına uyğun olaraq Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidənin ucaldılması Cümhuriyyət dəyərlərinin əbədiləşdirilməsi istiqamətində atılmış vacib addım olmuşdur. 2008-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik  yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncamın imzalanması milli dövlətçilik tariximizin parlaq nümunəsi olan Xalq Cümhuriyyətinin irsinə və dəyərlərinə yüksək ehtiramın daha bir bariz göstəricisi idi. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi tariximizin qürurverici səhifəsini, həmin dövrün istiqlal və azadlıq mücahidlərinin həyat və fəaliyyətini bir daha xatırlamaq, öyrənmək və təbliğ etmək üçün gözəl imkandır.

Azərbaycan Xalq Cümhuriyyəti zaman baxımından az müddətdə mövcud olsa da, mahiyyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkküründə dərin izlər buraxdı. Xalqımız Cümhuriyyət dönəmində daha da zənginləşmiş mili-mənəvi dəyərləri qoruyub saxladı, hətta Sovet hakimiyyəti illərində də özünün dövlətçilik atributlarına dərin ehtiramını ürəyində yaşatdı. Heç şübhəsiz ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyinə yenidən qovuşmasında Cümhuriyyət dönəmində möhkəmlənib inkişaf etdirilmiş dövlətçilik şüuru, milli-mənəvi dəyərlər, milli özünüdərkin yetişməsi həlledici amil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun xalqımızın şüurunda bərqərar etdiyi istiqlaliyyət məfkurəsi demokratik, hüquqi dövlət prinsiplərinə əsaslanan müstəqil Azərbaycanın yenidən qurulmasında əvəzsiz rol oynadı.

Bu gün siyasi sabitliyin, dayanıqlı inkişafın mərkəzi olan Azərbaycan Respublikası – varisliyinin şərəfini bayrağından ideallarınadək qürurla daşıdığı Azərbaycan Xalq Cümhuriyyəti dövründə gerçəkləşdirilməsi mümkün olmayan ideya və məqsədləri əzmkarlıqla həyata keçirməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcudluğu uğrunda mübarizə aparmış şəxsiyyətlərin ruhuna ən böyük ehtiram da məhz demokratik, hüquqi dövlət quruluşunun əsaslarını möhkəmləndirməkdən, insan inkişafına əsaslanan rifah dövləti yaratmaq uğrunda ardıcıl fəaliyyəti davam etdirməkdən ibarətdir.


SON XƏBƏR
Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi
22.08.2018, 00:58

Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

Yol qəzası 6 nəfərin həyatına son qoyub
22.08.2018, 00:43

Yol qəzası 6 nəfərin həyatına son qoyub

“Skype”  yeni şifrələmə sistemi tətbiq edib
22.08.2018, 00:30

“Skype”  yeni şifrələmə sistemi tətbiq edib

Bayram günü 7088 qəssab xəstəxanalıq oldu
22.08.2018, 00:16

Bayram günü 7088 qəssab xəstəxanalıq oldu

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
22.08.2018, 00:03

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır   
21.08.2018, 23:55

Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır  

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı
21.08.2018, 23:46

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı

İki PKK terrorçusu zərərsizləşdirilib
21.08.2018, 23:41

İki PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan nefti bahalaşıb
21.08.2018, 23:19

Azərbaycan nefti bahalaşıb

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB
21.08.2018, 23:06

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB

Mingəçevirdə yaşayış binası yandı
21.08.2018, 22:50

Mingəçevirdə yaşayış binası yandı

Zəlzələ İranı silkələdi
21.08.2018, 22:34

Zəlzələ İranı silkələdi

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz   
21.08.2018, 22:17

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz  

Dünyada ən ucuz mobil rabitə
21.08.2018, 22:06

Dünyada ən ucuz mobil rabitə

Azərbaycanlı nazirin pulları həbsdə qaldı
21.08.2018, 21:48

Azərbaycanlı nazirin pulları həbsdə qaldı

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər
21.08.2018, 21:36

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ
21.08.2018, 21:22

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ

Ölkədəki qoyunların sayı açıqlandı
21.08.2018, 21:13

Ölkədəki qoyunların sayı açıqlandı

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım
21.08.2018, 21:00

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib
21.08.2018, 20:57

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycana 191 ölkədən gələnlər var
21.08.2018, 20:43

Azərbaycana 191 ölkədən gələnlər var

Sumqayıtda oğul 82 yaşlı atasını döydü
21.08.2018, 20:28

Sumqayıtda oğul 82 yaşlı atasını döydü

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ
21.08.2018, 20:14

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ

Qazax sakini intihara cəhd etdi
21.08.2018, 20:01

Qazax sakini intihara cəhd etdi

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
21.08.2018, 19:51

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.08.2018, 19:41

Mərkəzi Bank dolların məzənnəsi barədə

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb
21.08.2018, 19:33

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var
21.08.2018, 19:24

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib
21.08.2018, 19:14

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz
21.08.2018, 19:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı
21.08.2018, 18:54

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21.08.2018, 18:40

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21.08.2018, 18:30

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb
21.08.2018, 18:20

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Məhərrəm ayının başlama vaxtı açıqlandı
21.08.2018, 18:10

Məhərrəm ayının başlama vaxtı açıqlandı

ARXİV