06İyun | Ana Səhifə - Yazılar - Hamısı, hər gün
Hamısı, hər gün

Hidayət Elvüsal

 (Və bu, əlbəttə, zarafatdır)

 

Qız içəri girəndə necə cikgə çəkdik, kişi dik atıldı.

- Ay papa!

- Haycan! Nə olub, ay bala? Ürəyim düşdü.

- Papa, bu gün bütün özəl kanallara baxmışam. Əlikram Bayramovu hələ də göstərməyiblər.

- Necə yəni, göstərməyiblər?

- Papa, dünən də Elşad Qarayevi ekranda görməmişəm.

- Müsibət! Bəs, kimi göstəriblər?

- Onlardan cəmi ikisini. Səməd Səmədovu, bir də şairə var haa, Cığatay, bax onu.

- Bala, səbr elə. Hələ axşama çox var.

- Ürəyim partlayır e, papa. Mənzurə Musayevanı görmək üçün axşamı gözləyə bilmirəm.

- Döz, bala, döz. Bizim şou-biznesin başında kabus dolanır. Marks demişkən…

- Mən Marksı istəmirəm. Manaf Ağayevi istəyirəm. Cancananı istəyirəm.

- Qızım, dünən toyda oxudu də. Toyla telekanalın nə fərqi var ki? İkisi də eynidir də.

- Toyda səs-küy vardı. Canı eşidirdim, cananı eşitmirdim. Sonra da…

- Sonra nə?

- Sonra Əflatun Qubadov oxuyanda, məni ağlamaq tutdu. Yanımda üç-dörd arvad vardı. Onlar da ağlayırdı. Şəbnəm Tovuzlu mikrofonu götürəndə gəlinin ürəyi getdi.

- Niyə?

- O mahnını oxudu də. O deyir haa, hanı yoldaş, hanı qardaş dünyada, balıqların şahı öldü dəryada.

- Axırıncı qəmi olsun. Başsağlığı verdin?

- Deyirlər hələ cəsədi tapılmayıb. Yazıq Şəbnəm şaxsey-vaxsey gedirdi.

- Neynəsin? O boyda balığın vəfat eləməsi zarafat deyil. Özü də dəryada. Bura bax. Mənzurə Musayeva bu gün görünüb?

- Yox, dünən üç kanalda oxuyub. Yorulub da, papa, neynəsin? Amma meyxanaçı Samirəyə halal olsun. Eyni gündə toya da gedir, ekranda da atamanlıq eləyir. Bu gün o da…

- Darıxma! Axşama qədər hamısı görünəcək. Elza da çoxdandır…

- Srağagün danışırdı.

- Danışmasını demirəm. Oxumasını istəyirəm.

- Mən də istəyirəm də, papa. Bax, istəyirəm ki, həmişə belə olsun. Ekranda şou-biznesin eyni adamları görünsün. Özü də hər gün həm də onlar ənənəni pozmasınlar. Eyni mahnını oxusunlar. Birini Əlikram desin, birini Telli Borçalı. Amma hər gün, həm də bütün özəl telekanallarda. Səhərdən axşama qədər. Bir də ki, bu şou-biznesin adını dəyişmək lazımdır. Bundan sonra toyu-biznes olsa yaxşıdı.

- Yooox! Onları iki dəstəyə ayıraq. Bu dediklərimiz olsunlar toyu-biznes, o birilərinə toxunmayaq. Hər halda şou-biznesin havası oralarda var.

- Off, darıxdım. Bax, bu gün hanı Əlikram, hanı Telli, hanı Pərviz Bülbülə, hanı Samirə, hanı Cavanşir Məmmədov…

- Balıqların şahı öldü dəryada.

- Papa, məni ağlatma!

- …

- …

- Papa, birdən soruşsalar ki, özfəaliyyətiniz elə bundan ibarətdir, nə cavab verərik?

- Deyərik ki, nöşün, Sevil və Sevinc bacıları öz məharətlərini indi toylarda göstərirlər.

- Papa, o bir vaxtlar ekranda təpik atan müğənni xanım var idi haaa - Aynur Dadaşova. O da qayıdıb.

- Bax, gördün, sənə dedim ki, darıxma. Oxuyanımız da var, şuluq salanımız da var, təpik vurub kəllə atanımız da.

- Bıyy, papa. Mənzurə Musayeva oxuyur!

- Bəs Əlikram Bayramov niyə görünmür?

- İndi görünər. O birilər də görünər. Papa, tələsmə.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir 26 Aprel 2019, 19:55 “Belə halların olması normaldır” - Qəzaya düşən pilot 26 Aprel 2019, 19:44 Türkiyədə fabrikdə partlayış, ölü və yaralılar var 26 Aprel 2019, 19:35  İlham Əliyev  dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib 26 Aprel 2019, 19:24 Havada olan təyyarədən özünü atmaq istədi  26 Aprel 2019, 19:14 İnam Kərimov: Kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün çox vacibdir 26 Aprel 2019, 19:06 3 aylıq körpə  həkim  səhlənkarlığı nəticəsində öldü - Bakıda 26 Aprel 2019, 18:57 Formula 1-in ikinci sərbəst yürüşü başa çatdı 26 Aprel 2019, 18:50 İkinci sərbəst yürüşün qalibi bəlli oldu 26 Aprel 2019, 18:42 Qadın özünü qayadan ataraq intihar edib 26 Aprel 2019, 18:42 “Formula 1”: Rusiyalı pilotun maşını yanıb 26 Aprel 2019, 18:31 Rusiyada raket zavodu yanır - VİDEO 26 Aprel 2019, 18:25 Jurnalistika üzrə magistraturaya 16 nəfər sənəd verib 26 Aprel 2019, 18:16 Azərbaycan ilin sonuna qədər Rusiyaya avtomobil ixrac edəcək 26 Aprel 2019, 18:07 Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb 26 Aprel 2019, 17:56 Mehriban Əliyeva İçərişəhərə gəldi - Hadisələrlə yerində tanış oldu 26 Aprel 2019, 17:49 Bakıda 20 avtobus marşrutunun yolu dəyişdi - SİYAHI 26 Aprel 2019, 17:37 Formula 1 pilotu da qəzaya düşdü 26 Aprel 2019, 17:35 İƏT Bakı Mərkəzi Kazanda İƏT Gənc İş Adamlarının Forumunu keçirdi 26 Aprel 2019, 17:35 Formula 2-nin sıralanma turunda qalib bəlli oldu 26 Aprel 2019, 17:32 TEDxUNEC konfransı: “Azərbaycan. Lider. Tərəqqi” - MÜSAHİBƏ 26 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 26 Aprel 2019, 17:25 Fazil Mustafadan Fəzail Ağamalıya CAVAB: “Populizmdən yararlanmaq fikrindədir” 26 Aprel 2019, 17:18 Nazirlik Qaxda sayca 3-cü kooperativ yaratdı 26 Aprel 2019, 17:13 İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərdi 26 Aprel 2019, 17:13 Azərbaycana Rusiyadan quş əti gətirilməsinə məhdudiyyət qoyuldu 26 Aprel 2019, 17:10 Azərbaycanda ilkin əlillik təyinatları 49% azalıb 26 Aprel 2019, 17:09 İlham Əliyev provaslavları Pasxa bayramı ilə bağlı təbrik etdi 26 Aprel 2019, 17:07 Fəzail Ağamalı qaz və işıq limiti ilə bağlı iki deputatı “VURDU” 26 Aprel 2019, 17:05 Sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxılıb 26 Aprel 2019, 17:03 Azərbaycanlı rəssamın əsərinin dəyəri 500 min manat olaraq qiymətləndirilir 26 Aprel 2019, 17:01 Formula 1-də ikinci sərbəst yürüş başladı 26 Aprel 2019, 17:00 İlham Əliyevin “Bir kəmər, bir yol” Forumundakı ÇIXIŞI: “Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir” 26 Aprel 2019, 16:55 Yazıçı Mir Cəlal Paşayevin 111 illiyi Gəncədə anıldı 26 Aprel 2019, 16:54 Ermənistanın müdafiə naziri: “Sərhəddə vəziyyət stabildir” 26 Aprel 2019, 16:51