22 yanvar 2019, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Dilim-dilim olan ana dilim
Dilim-dilim olan ana dilim
14.06.2018, 12:44

Mülatif Adurov
veteran telejurnalist

 

Təxminən iki ildən bir qədər çox müddət əvvəl mənim Modern.az saytında  “Dilim-dilim olan ana dilim” sərlövhəli məqaləm dərc olunmuşdu. O vaxt məqaləyə münasibət bildirən oxucuların əksəriyyəti dilimizin saflığını qorumaq üçün  irəli sürülən təklifləri birmənalı şəkildə dəstəkləmişdi. Bu gün də həmin yazı aktuallığını itirməyib. Əksinə, dilimizin saflığına biganə qalan adamlar öz danışıqlarında daha ciddi səhvlərə yol verirlər.

Bütün bunları nəzərə alaraq bəzi düzəlişlər və əlavələr etməklə həmin yazını eyni sərlövhə ilə oxucuların diqqətinə çatdırıram.

 

***

Azərbaycan dilinə xələl gətirən nöqsanların aradan qaldırılması barədə çox vədlər verilib. Mütəxəssislər – dilçi alimlər dönə-dönə təkliflər irəli sürüblər. Təəssüf, çox təəssüflər olsun ki, bu sahədə elə bir dönüş yaranmır.


Biz ədəbi dilimizi qəzetlərdən, televiziya və radiolardan öyrənirik. Acı həqiqətdir ki, nəinki öyrənirik, əksinə orta və ali məktəblərdə aldığımız biliyi də itiririk.


Dilimizin orfoqrafik və qrammatik qaydaları var. Buna ciddi riayət olunmasına hamı cavabdehdir. Danışıq dilində bəzilərinin yol verdiyi nöqsanlara bir o qədər də irad tutmaq ədalətsiz olardı. Lakin bunu ədəbi dilin keşiyində durmalı olan kütləvi informasiya vasitələrinə bağışlamaq olmaz.


Söhbət özəl televiziya kanallarından, saytlardan gedir. Onların hamısında mətnlərdə və titrlərdə mübtəda-xəbər uzlaşması qaydaları kobud şəkildə pozulur. Halbuki bu qaydalar orta məktəbin 5-ci -6-cı siniflərində öyrədilir. Məgər bunu ali təhsilli jurnalistlər, xüsusilə aparıcılar bilmirlər? Dilimizin saflığının qorunmasına xələl gətirən bu mövzunu çox xırdalamaq istəmirik. Mənim monitorinqimdə belə müşahidələr yüzlərlə, minlərlədir. Sadalamaq istəmirəm, ayıbdır. Titrlər savadsızlıq aynasına çevrilib. Əksəriyyət redaktorlar xüsusi və ümumi isimləri ayıra bilmədiklərinə görə böyük-kiçik hərflə yazılışlarda səhvə yol verirlər.


Bəzi ifadələri yersiz işlədən redaktorlardan birinə irad tutdum. Dedim ki, “nümayəndə heyəti” tək haldır. Ona görə də “nümayəndə heyəti məzarın üstünə gül qoydular” demək düzgün deyil. Məndən vəzifəcə üstün olan həmkarım :

- Axı, nümayəndə heyətində  bir şəxs olmur, çoxlu adam olur.

- Dəxli yoxdur, istəyirsən lap 35 min adam olsun, - deyə izaha keçdim. – Xalq, camaat, əhali, heyət ... bu qəbildəndir. Əgər mübtəda bu sözlərdən biridirsə xəbər tək halda səslənməlidir.


Daha sonra misal çəkdim ki, ulu öndər Heydər Əliyev nitqlərində “xalq” sözünü işlədirdisə, cümləsi nə qədər uzun, mürəkkəb olsa belə, cümlənin feilini tək halda deyərdi.


Hava haqqında məlumatı səsləndirən aparıcılar “hava şəraiti” ifadəsini hər cümləbaşı səsləndirirlər. “Şərait” sözünə ehtiyac varmı? Dədə-babadan eşitmişik: hava küləkli olar, isti olar, soyuq olar, yağmurlu-yağmursuz olar, deyiblər. “Şəraiti” sözü  haradan çıxıb?


Son zamanlar türkcədən götürülmə “qatılmaq” sözü çox işlədilir. “Akademiklər iclasa qatıldılar” kimi və s. Dilimizdə “qatılmaq” məsdəri var: məsələn, “dovğaya göyərti qatıldı”, “quma sement qatıldı” və s. deyimləri kimi. Akademiki, alimi iclasa qatmaq nə deməkdir?


Xəbərlər oxunan verilişlərdə heç yerinə düşməyən ifadələr işlədilir. Sammit, qurultay, iclas ... işinə başladı. “İşinə” nə deməkdir? “İclas başladı” deyəndə anlaşılmır bəyəm? Hətta bəzən ifadəni gücləndirmək məqsədi ilə “öz” sözünü də əlavə edirlər: “qurultay öz işinə başladı”. Sual olunur: qurultay öz işinə başlamayanda kimin işinə başlayır?


Və ya “yerdə qaldı” ifadəsi. Bunu “yıxılmaq” anlamında işlədirlər. Əgər “futbolçu yerdə qaldı” deyiriksə, onda gərək “göydə qaldı” da səsləndirək ...


Mübahisəli ifadələr var. “Milli” sözünü necə gəldi işlədirlər. Müstəqillik dövründə “Milli Elmlər Akademiyası” ifadəsinə çox adam etiraz etsə də, bu ifadə qəbul olundu. Elm elmdir, onun millisi, qeyri-millisi ola bilməz. “Milli onkologiya mərkəzi”. Onkologiya xəstəliyinin millisi də olur? “Onkologiya üzrə milli mərkəz” deyilsə daha anlaşıqlı olar.


Yeri gəlmişkən, deyək ki, Bakı Şəhər İcra Hakimiyyəti bir vaxtlar ciddi monitorinq keçirməyə başladı: restoran və mağazaların, şadlıq saraylarının adlarının fransız, ingilis sözlərindən təmizlənməsi məqsədi ilə. Ortada heç bir nəticə yoxdur. Yabançı adlar baş alıb gedir... Bu yaxınlarda tanınmış şair və iti qələmli telejurnalist, müasir poeziyamızın məşhur simalarından biri Telli Pənahqızı dilimizin saflığını qorumaq məqsədi ilə çox dəyərli bir müsahibə vermişdi. O canı yananlıqla xarici dillərdə səslənən restoran, mağaza adlarına qarşı çıxmışdı.


Daha bir diqqəti çəkən qüsur. Hətta rəsmi məlumatlarda belə “telefonla zəng etdi” ifadəsi işlədilir. Bəyəm başqa cür də zəng olur? “Zəng etdi” deyəndə aydın olur ki, telefonla zəng olunub, qapı zəngi çalınmayıb.

B
ir vaxtlar tanınmış televiziya aparıcılarından birinin dilindən “Belə deyək də... “ ifadəsi düşmürdü. Çoxları bunu yenilik kimi qəbul etsə də, bəzi iradlardan sonra bu ifadə tədricən efirdən yığışdırıldı.


Bu yaxınlarda efirə müsahibə verən elmlər namizədi hər sətirbaşı, hətta bir cümlədə bir neçə dəfə “belə deyək də ...” ifadəsini işlətməklə ikrah doğururdu.


Efirlərdə tez-tez “abidənin önünə əklil qoyuldu” əvəzinə “məzarı üstünə” ifadəsi işlədilir. Bu ifadə “abidənin önünə” kimi işlədilməlidir. Abidənin üstünə gül düzməzlər, önünə gül- əklil qoyarlar. Gülü məzarın üstünə düzərlər.


Dilimizin qanunlarına əsasən hər obyekti ədəd adı ilə fərqləndirməzlər.  Məsələn, “3 ədəd yaşıllıq köşkü salındı”. Burada ədəd sözü gülünc doğurur. Və ya “5 ədəd çoxmərtəbəli bina tikildi”. Əgər “beş” sözü  deyilirsə “ədədə” ehtiyac yoxdur. “Ədəd” sözü ədədi mallara aiddir:kibrit, yumurta, siqaret, papiros və s.


Televiziyaların “Xəbərlər” proqramlarında Ermənistanla bağlı xəbər oxunur. Bunun ardınca isə “İndi “Xarici xəbərlər” blokunu təqdim edirik “. Bəyəm Ermənistan xarici ölkə deyil? Və ya əksinə: Yevlaxdan bir süjet yayımlanır. Ardında “indi isə digər xarici ölkələrlə bağlı xəbərlərə baxın” Bəyəm Yevlax xarici ölkədir?!..


Nə isə ... belə faktlar çoxdur. Milli Televiziya və Radio Şurası müntəzəm monitorinqlər keçirir. Savadlı, peşəkar adamlar cəlb olunub bu işə. Bəs onlar belə qüsurlara necə dözürlər? 


Müəllifin digər yazıları
SON XƏBƏR
Prezident “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşdü - FOTO
22.01.2019, 20:55

Prezident “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşdü - FOTO

Ermənilərin Qazaxa atdığı iki mərmi zərərsizləşdirildi
22.01.2019, 20:41

Ermənilərin Qazaxa atdığı iki mərmi zərərsizləşdirildi

ATƏT PA Mehman Hüseynovla bağlı son addımları alqışlayır
22.01.2019, 20:27

ATƏT PA Mehman Hüseynovla bağlı son addımları alqışlayır

Prezident “Total” şirkətinin rəhbəri ilə görüşdü
22.01.2019, 20:16

Prezident “Total” şirkətinin rəhbəri ilə görüşdü

Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur - DTX-dan AÇIQLAMA
22.01.2019, 20:03

Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur - DTX-dan AÇIQLAMA

Sabah Bakının bir hissəsi qazsız qalacaq
22.01.2019, 19:43

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Prezident Vahid Ələkbərovla görüşdü
22.01.2019, 19:37

Prezident Vahid Ələkbərovla görüşdü

İlham Əliyev: “Azərbaycan KTMT-yə üzv olmağı planlaşdırmır”
22.01.2019, 19:25

İlham Əliyev: “Azərbaycan KTMT-yə üzv olmağı planlaşdırmır”

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019, 19:03

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!

Ramil Usubov əməliyyat müşavirəsi keçirdi – 241 cinayətkar qrup ifşa edilib
22.01.2019, 18:57

Ramil Usubov əməliyyat müşavirəsi keçirdi – 241 cinayətkar qrup ifşa edilib

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır
22.01.2019, 18:52

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır

İki səfir Əbülfəs Qarayevin qəbulunda
22.01.2019, 18:49

İki səfir Əbülfəs Qarayevin qəbulunda

Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdi 
22.01.2019, 18:36

Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdi 

Zakir Həsənov yeni istifadəyə verilən obyektlərlə tanış oldu
22.01.2019, 18:32

Zakir Həsənov yeni istifadəyə verilən obyektlərlə tanış oldu

Mehman Hüseynov Əli Abdalovla barışdı - VİDEO
22.01.2019, 18:17

Mehman Hüseynov Əli Abdalovla barışdı - VİDEO

Marşrut daşıyıcılarının sayı azaldılıb
22.01.2019, 18:13

Marşrut daşıyıcılarının sayı azaldılıb

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək
22.01.2019, 18:04

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK
22.01.2019, 17:46

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM
22.01.2019, 17:38

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM

Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb
22.01.2019, 17:19

Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb

Manatın məzənnəsi dəyişdi?
22.01.2019, 17:12

Manatın məzənnəsi dəyişdi?

Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ  
22.01.2019, 16:56

Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ  

Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ - Vüqar Qədirov rəis təyin olundu
22.01.2019, 16:49

Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ - Vüqar Qədirov rəis təyin olundu

Rövşən Rzayev şikayətləri dinlədi, həlli üçün tapşırıq verdi
22.01.2019, 16:45

Rövşən Rzayev şikayətləri dinlədi, həlli üçün tapşırıq verdi

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  
22.01.2019, 16:44

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  

Hindistanlı turistlərin Azərbaycana axını başladı
22.01.2019, 16:42

Hindistanlı turistlərin Azərbaycana axını başladı

Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ    
22.01.2019, 16:38

Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ  

FAO Azərbaycan tərəfdaşlıq proqramının açılış mərasimi keçirilib
22.01.2019, 16:37

FAO Azərbaycan tərəfdaşlıq proqramının açılış mərasimi keçirilib

Rusiyada yenə hərbi təyyarə qəzası: 2 ölü
22.01.2019, 16:28

Rusiyada yenə hərbi təyyarə qəzası: 2 ölü

Rusiyanın strateji nüvə bombardmançısı qəzaya uğradı
22.01.2019, 16:19

Rusiyanın strateji nüvə bombardmançısı qəzaya uğradı

Hüquqi şəxslərin rəsmi qeydiyyatı 1 prosedurla 20 dəqiqəyə həll ediləcək
22.01.2019, 16:16

Hüquqi şəxslərin rəsmi qeydiyyatı 1 prosedurla 20 dəqiqəyə həll ediləcək

Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılır - ÖZƏL  
22.01.2019, 16:05

Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılır - ÖZƏL  

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi
22.01.2019, 16:01

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi

Sərnişin təyyarəsinin Əfqanıstana uçmasını istəyən şəxs yaxalandı
22.01.2019, 16:00

Sərnişin təyyarəsinin Əfqanıstana uçmasını istəyən şəxs yaxalandı

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat
22.01.2019, 15:48

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat

Heyvan kəsimi məntəqələrinin sahibləri cəzalandırıldı - BİNƏQƏDİDƏ
22.01.2019, 15:46

Heyvan kəsimi məntəqələrinin sahibləri cəzalandırıldı - BİNƏQƏDİDƏ

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda tənqid etmək problemi yoxdur” - MÜSAHİBƏ
22.01.2019, 15:38

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda tənqid etmək problemi yoxdur” - MÜSAHİBƏ

Daşkəsəndə narkotacir tutuldu
22.01.2019, 15:22

Daşkəsəndə narkotacir tutuldu

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı
22.01.2019, 15:21

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı

İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşüb
22.01.2019, 15:07

İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşüb

Bakıda qumarxana aşkarlandı - FOTOLAR
22.01.2019, 15:04

Bakıda qumarxana aşkarlandı - FOTOLAR

İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb - FOTO
22.01.2019, 15:00

İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb - FOTO

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
22.01.2019, 14:59

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
22.01.2019, 14:53

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

“Azərsu” sayğaclarla bağlı elektron xidməti istifadəyə verdi
22.01.2019, 14:48

“Azərsu” sayğaclarla bağlı elektron xidməti istifadəyə verdi

Media etikası - bizdə ona böyük ehtiyac var
22.01.2019, 14:39

Media etikası - bizdə ona böyük ehtiyac var

İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO
22.01.2019, 14:33

İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO

Azərbaycanlını evində girov saxlayan erməni general yenidən həbs olunur
22.01.2019, 14:25

Azərbaycanlını evində girov saxlayan erməni general yenidən həbs olunur

Ərəb brakonyerlər 4330 manat cərimələndi
22.01.2019, 14:19

Ərəb brakonyerlər 4330 manat cərimələndi

Koreyanın səfiri ADU-da olub
22.01.2019, 14:07

Koreyanın səfiri ADU-da olub

ARXİV