20 sentyabr 2018, Cümə axşamı
Ana Səhifə - Yazılar - Üç qızın hekayəsi
Üç qızın hekayəsi
22.06.2018, 14:28

Hidayət Elvüsal


Tarixə, məlum hadisələrə varmadan, şablondan uzaq birbaşa mətləbə keçmək istəyirəm. Ad çəkmədən, söhbət açdığım bu qızları siz də tanıyırsınız.

Amerika Birləşmiş Ştatları Prezidentinin qızı İvanka, möhtəşəm bir toplantıda çıxış edirdi. Sonsuz hörmət və səmimiyyətlə yeniyetmə bir azərbaycanlı qızı hamıya nümunə göstərdi. Hələ orta məktəb şagirdi olan qızımızın diqqəti cəlb edən ixtirasından söz açdı. Hamı soydaşımıza heyrətlə, heyranlıqla, qibtə ilə baxdı.

Bizi qürur hissi bürüdü. Bu qələbəni ən gözəl duyğularla izlədik. Yüzlərlə, minlərlə yeniyetmə arasında fərqlənən məktəbli həmin an çoxumuza bir müəllim kimi göründü.

…Bu yaxınlarda ali məktəblərin birində təhsil alan daha bir gənc qızı gördük. Hələ ikinci kursda təhsil alan bu tələbə də çox maraqlı kəşf edib. O, sellofon və plastik qab tullantılarından yanacaq alıb. Əlbəttə, indiyə qədər bunlardan quru yanacaq və ya təkrar emal üçün istifadə olunurdu. Bunun üçün yeni istehsal qurğuları da gətirilib.

Məsələ bundadır ki, tələbə qız həmin tullantılardan MAYE YANACAQ almışdı. Yəni neft, hətta benzin şəkildə. Bundan sonra ətrafımıza baxdıq. Bunun üçün kifayət qədər “xammal” olduğunu gördük.

Uğurlar diləyirik. Tələbə qız indi bu kəşfini sənədləşdirmək istəyindədir. Güman edirik ki, bu işdə ona kömək edənlər tapılacaq.

Həə… gəldik üçüncü qızın hekayəsinə. Əslində heç danışmaq istəməzdim. Amma bu müqayisədə xatırlatmaq pis olmazdı dedim.

“Sevdiyiniz” teleproqramların birinə yəqin ki, arabir baxırsınız. Müğənnilərdən tutmuş, TOY MƏRSİYƏXANLARIna kimi çoxları orada çalıb-oxuyur. Bu proqramı aparan adamın bir şakəri də var. Gənc qızları tərifləyib, onların çox gözəl şeir yazdıqlarını deyir və makrofonu uzadır. “Çox gözəl şeir yazan” qızlar şeirdən, sözdən uzaq kəlmələri yan-yana düzüb, əzilə-əzilə, büzülə-büzülə, pafosla, əttökən jestlərlə söyləyirlər. Aparıcı hamını az qala şillələyib, məcbur edir ki, bu səfeh-süfeh, dadsız-duzsuz söz yığınlarını alqışlasınlar.

Bax, son vaxtlar gördüyünüz o gənc qız da bu aparıcının təqdimatı ilə şeir adına bir yığın söz söylədi. Və elə o vaxtdan “sevdiyiniz” şou proqramda lövbər salıb oturub. Verilişdə oxuyan, qalan, danışan o qədər də qızın vecinə deyil. O, kameralara “işləyir”. Gah gözlərini süzdürür, gah ağlamsınır, gah da çiyinlərini ata-ata oturduğu yerdə dingildəyir. Yəni, gənc xanım da vizion-görüntü aclığı sindromu yaranıb və yavaş-yavaş TELEMANİYA xəstəliyinə çevrilir, özü də xroniki.

Hər verilişdə yeni paltarlar geyinir, makiyaj dəyişir. Operatorlar ən çox onu göstərirlər. Və bu “qarşılıqlı anlaşma” çox düşük, xoşagəlməz bir şəkildə ekrana yansıyır.

Hə, düz deyirsiniz, əslində üçüncü qızın hekayəsi çox uzun oldu. Neynəyək? Belələrinin həyatı da, başlarına gələ biləcək xoşagəlməz hadisələr də uzun olur. Belələri daha çox diqqət cəlb edir. Belələrini daha ciddi-cəhdlə irəli verirlər. Belələrini daha çox təbliğ edirlər. Belələrini daha çox bədbəxt edirlər…

Belə! Sizə üç qızdan söhbət açaq. İkisi ilə hamımız fəxr duyuruq. Üçüncüsü ilə…

Bax, bunları da o şoumenlərin, dələduzların, “səni məşhur edəcəm” deyib, aldadan fırıldaqçıların pəncəsindən xilas etmək lazımdır. Ən əvvəl valideynləri. Daha sonra hər kəs, hamı. Bu qız da xəyali yox, həqiqi həyata qayıda bilər. Oxuyar, təhsil alar. Ya da bir peşə sahibi olar. Həyatda öz yolunu tapar, ailə qurar, ana olar.

Daha şoularda, orda-burda xərclənib, məhv olmaz.


Müəllifin digər yazıları
SON XƏBƏR
Sumqayıtda nənə və nəvəni maşın vurdu
20.09.2018, 12:29

Sumqayıtda nənə və nəvəni maşın vurdu

Yevlaxda 1 tondan artıq narkotik vasitə məhv edildi
20.09.2018, 12:26

Yevlaxda 1 tondan artıq narkotik vasitə məhv edildi

Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi
20.09.2018, 12:18

Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi

Deputat gənclərlə birlikdə qan verdi – FOTO
20.09.2018, 12:06

Deputat gənclərlə birlikdə qan verdi – FOTO

Bakıda yağ oğrusunu döyən market işçiləri saxlanıldı - FOTOLAR
20.09.2018, 12:01

Bakıda yağ oğrusunu döyən market işçiləri saxlanıldı - FOTOLAR

Bütün ermənilərin katolikosu postundan gedir
20.09.2018, 11:54

Bütün ermənilərin katolikosu postundan gedir

Prezidentin xüsusi iclasda iştirakı gözlənilir   
20.09.2018, 11:40

Prezidentin xüsusi iclasda iştirakı gözlənilir  

İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində də çap olundu
20.09.2018, 11:37

İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində də çap olundu

Əcnəbi spikerlər Milli Məclisin xüsusi iclasına gəldilər - FOTOLAR  
20.09.2018, 11:27

Əcnəbi spikerlər Milli Məclisin xüsusi iclasına gəldilər - FOTOLAR  

DİN ƏMƏLİYYAT keçirdi: Qətl törədən şəxs meşədə tutuldu
20.09.2018, 11:19

DİN ƏMƏLİYYAT keçirdi: Qətl törədən şəxs meşədə tutuldu

Azercell-in dəstək verdiyi layihənin startap turu keçiriləcək
20.09.2018, 11:12

Azercell-in dəstək verdiyi layihənin startap turu keçiriləcək

İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
20.09.2018, 11:05

İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb

Xəstəliyinə dözə bilməyən kişi ÖZÜNÜ YANDIRDI
20.09.2018, 10:58

Xəstəliyinə dözə bilməyən kişi ÖZÜNÜ YANDIRDI

Tramp ABŞ tarixində ən səhv addımı AÇIQLADI
20.09.2018, 10:56

Tramp ABŞ tarixində ən səhv addımı AÇIQLADI

Sürücülərə XƏBƏRDARLIQ
20.09.2018, 10:50

Sürücülərə XƏBƏRDARLIQ

Aşuradır, amma “İmamzadə” məscidində basabas yoxdur - AÇIQLAMA
20.09.2018, 10:45

Aşuradır, amma “İmamzadə” məscidində basabas yoxdur - AÇIQLAMA

Yaponiyanın baş nazirinin gələcək taleyi bilindi
20.09.2018, 10:39

Yaponiyanın baş nazirinin gələcək taleyi bilindi

5 nəfərin ölümündə təqsirləndirilərək 10 il cəza alan sürücü azadlığa buraxıldı
20.09.2018, 10:30

5 nəfərin ölümündə təqsirləndirilərək 10 il cəza alan sürücü azadlığa buraxıldı

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib
20.09.2018, 10:22

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

Mobil telefonlar üçün rüsum qüvvəyə mindi
20.09.2018, 10:14

Mobil telefonlar üçün rüsum qüvvəyə mindi

“Elə bil dünya yıxılıb altında qalmışam” - Sevil Nuriyeva
20.09.2018, 10:10

“Elə bil dünya yıxılıb altında qalmışam” - Sevil Nuriyeva

Pambığın alış qiyməti 50 manat ARTIRILDI
20.09.2018, 10:05

Pambığın alış qiyməti 50 manat ARTIRILDI

İcra başçısı sakinlərin şikayətini nəzarətə götürdü
20.09.2018, 10:01

İcra başçısı sakinlərin şikayətini nəzarətə götürdü

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 7-si yaralanıb   
20.09.2018, 10:00

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 7-si yaralanıb  

Kapital Bank-dan müştərilərinə özəl təklif
20.09.2018, 09:54

Kapital Bank-dan müştərilərinə özəl təklif

Bakıda cüdo üzrə dünya çempionatına start verildi
20.09.2018, 09:45

Bakıda cüdo üzrə dünya çempionatına start verildi

Cəbhədə şiddətli atışma oldu
20.09.2018, 09:37

Cəbhədə şiddətli atışma oldu

“Qatilin oğluma borcu var idi” - İlyas İsmayılov
20.09.2018, 09:35

“Qatilin oğluma borcu var idi” - İlyas İsmayılov

Doğmaları qətlə yetirilən TANINMIŞLAR...    
20.09.2018, 09:29

Doğmaları qətlə yetirilən TANINMIŞLAR...   

Ödənişli olması gözlənilən yeni yolda sürət həddi ARTIRILDI
20.09.2018, 09:27

Ödənişli olması gözlənilən yeni yolda sürət həddi ARTIRILDI

Etimad İsmayılovun qətlinə görə daha bir nəfər saxlanıldı 
20.09.2018, 09:27

Etimad İsmayılovun qətlinə görə daha bir nəfər saxlanıldı 

Qobustanda zəlzələ oldu
20.09.2018, 09:23

Qobustanda zəlzələ oldu

NATO-dan Qarabağla bağlı AÇIQLAMA
20.09.2018, 09:20

NATO-dan Qarabağla bağlı AÇIQLAMA

Baş nazirdən arıçılarla bağlı QƏRAR: Subsidiya veriləcək
20.09.2018, 09:18

Baş nazirdən arıçılarla bağlı QƏRAR: Subsidiya veriləcək

29 uşaq, 98 qadın, 112 qoca girovluqdadır – Komitə sədri
20.09.2018, 09:08

29 uşaq, 98 qadın, 112 qoca girovluqdadır – Komitə sədri

ARXİV