Modern.az

"Microsoft" şirkəti pulsuz antivirus proqramı hazırlayıb

"Microsoft"  şirkəti pulsuz antivirus proqramı hazırlayıb

Media

23 Sentyabr 2009, 14:39

Microsoft Security Essentials pulsuz antivirus proqramının final versiyası yaxın bir neçə həftə ərzində işıq üzü görəcək. Proqram Windows 7, Vista və XP əməliyyat sistemləri istifadəçilərinin kompüterlərini baza müdafiə səviyyəsi ilə təmin edəcək. Yeni antivirus  quraşdırılarkən Windows Defender həllini əvəz edir. 
Xatırladaq ki, "Microsoft" şirkətinin yeni proqramı haqqında hələ 2008-ci ilin noyabr ayında məlumat verilib. Həmin vaxt Microsoft Windows Live OneCare pullu antivirus proqramından imtina etməsi və Morro kod adlı pulsuz həlli dəstəkləyəcəyi barədə elan etmişdi. Sonradan antivirus Microsoft Security Essentials adlandırıldı. Biznes-istifadəçilər üçün Microsoft Forefront ödənişli həlli təqdim edir. Stirling kod adlı ödənişli antivirusun yeni versiyası üzərində hazırda beta-test işləri aparılır. Qeyd edək ki, bu proqram Security Essentials-la eyni nüvə üzərində yığılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir