20Sentyabr | Ana Səhifə - Yazılar - Gözəlgözlü, şux duruşlu....
Gözəlgözlü, şux duruşlu....

Vüsal Bağırlı

 

Gözü yaşlı yorğun eşşək,
Kirimişcə yükünü çək.
Bu yol da gec-tez bitəcək,
Yorulmaq sənə qalacaq.

Ramiz Rövşən

 

Ölməz Cəlil Məmmədquluzadənin “Eşşəyin itməkliyi” hekayəsində Məhəmmədhəsən əminin də eşşəyi yoxa çıxır. Hekayət bir eşşəyin acı taleyindən və faciəvi sonluğundan bəhs edir.

Hər iki-üç ildən bir eşşəklərin bir göz qırpımında yoxa çıxması, “fast food” obyektlərində, dönərxana və kafelərdə ətlərindən istifadə edilməsi informasiya saytlarının əsas xəbərlərindən hesab olunur. Bu məsələ bəzən sosial şəbəkələrdə də xeyli müzakirə və mübahisələrə meydan açır. Sosial şəbəkələrdə, müxtəlif saytlarda gedən mübahisələrə, tənqidlərə və şikayətlərə baxmayaraq problem hələ də öz qəti, birdəfəlik həllini tapa bilmir ki, bilmir.

Ümumiyyətlə, uzunqulaqların iki,  latınca “Equus asinus” adlanan vəhşi və “Equus asinus asinus” adlanan əhliləşdirilmiş növü var. İndi məlum deyil, bu biçarə heyvanların hansı növünün ətini cəmi-cəmaətimiz həzmi-rabedən keçirirmiş.

Ara-sıra saytlarda eşşəklər haqqında statistik məlumatlar da öz əksini tapır. Deyilənə görə, son illər ərzində ölkəmizdə onların sayının kəskin azalması müşahidə olunmuşdu. Ən kəskin azalma Aran rayonlarında və Bakıda qeydə alınmışdı. Rəsmi məlumata görə,  bəzi bölgələrdə (Mingəçevir, Gəncədə və sair) heç dənə də olsun damazlıq eşşək yox imiş.

Doğurdan da, sirr və sirillahı məsələdir. Axı bu eşşəklər haraya qeyb olur!? İndi, ilin günün bu vaxtı  biz onları  hardan tapaq?! Bəlkə bu heyvanın adının Qırmızı Kitaba ya da Beynəlxalq Təbiətin Mühafizə Birliyinin xüsusi kataloquna salınması vaxtı çoxdan gəlib yetişmişdir?

Qazağın Şıxlı kəndində bir pir var. Deyilənə görə, guya kimin mal-qarası, yaxud gözünün ağı-qarası, atı, qoyunu yaxud camışı xəstələnərsə yaxud itərsə dərdinə çarəni yalnız orada tapır. Bəlkə, elə kütləvi şəkildə qeyb olmuş həmin eşşəklərin sorağını da həmin ocaqdan öyrənməliyik !?

Burada, bu gözəl heyvan haqqında bir-iki kəlmə yazmaq zərurəti meydana çıxır və biz bu fürsəti əldən vermirik. Bineyi qədimdən, lap eee, eramızdan da çox-çox əvvəllki dövrlərdən başlayaraq, insanlar ulaqlardan yük daşınmasında geniş istifadə etmişlər. Yəni, eşşəklər ilk əhliləşdirilmiş, Adəm oğlu adama ilk güvənmiş, etibar etmiş heyvanlardan hesab olunur.

Əslində, ulaqlar atlara nisbətən azca astagəl olsalar da, onlardan daha dözümlü, qidaya və suya qarşı daha az tələbkardırlar. Düzdür, eşşək əti hər yerdə yeyilməsə də, Asiya, Afrika və Amerikanın bəzi ektravaqant restoranlarında geniş istifadə edilir, hətta delikates hesab olunur. Necə deyərlər, yeməmisən ulaq ətini nə biləsən ləzzətini ?!

Eşşəklər həm də ağıllı heyvanlardır. Onlarda özünüqoruma hissi də yaxşı inkişaf edib. Əgər görəcəyi hər hansı bir işin onun təhlükəsizliyi və maraqları əleyhinə olduğunu hiss etsə, bu zaman onu bu işə məcbur etmək qeyri-mümkündür. Ona görə də, bəziləri yanlış olaraq onun bu qəribə xarakterini inadkarlıq və tərslik kimi başa düşür.

Fransanda isə eşşəklərə hətta şalvar da geyindirirlər. Özü də, heç də dəb, yaraşıq üçün deyil. Moda və parfümlər ölkəsində bu ənənə,  sadəcə biçarə heyvanı ağcaqanadlardan qoruma üsuludur.

Deyirlər, uzunqulağın Argentinada yayılmış unikal və vəhşi bir növü də var. O, qorxmadan, mərdi-mərdanə yırtıcı bəbirlə, pantera və gepardla belə açıq döyüşlərə girə bilir. Bu zaman, onun üzərinə gələrək təpikləyir, dişləyir, sonra da elə bir qorxunc səslə anqırır ki, yazıq yırtıcının dabana tüpürərək aradan çıxmaqdan başqa çarəsi qalmır.

Eşşək saxlayanların nəzərinə: onların ən yaxın dostu atlar hesab olunur. Yola getmədiyi, tez-tez dalaşdığı heyvan isə itdir. 

Bu heyvan uşaqlar üçün də çox maraqlıdır. İngilis yazıçısı Alan Milin “Vinni Pux” hekayələr kitabındakı obraz İA-İA və məşhur “Şrek” çizgi filminin personajı Eşşək balalarımızın ən sevdikləri qəhrəmanlardır.

Artıq dövr dəyişib. Hərdən bu gözəl gözlü heyvanlar, qloballaşma və informasiya əsrinin imkanlarından istifadə edərək, insanlar tərəfindən özlərinə qarşı olan amansız münasibətə etiraz etməyə də imkan tapırlar. Necə deyərlər, təsir əks təsirə bərabərdir. Artıq bunun ilk əlamətləri özünü biruzə verir. Verilən xəbərə görə, Daşkəsənin hansısa kəndində uzunqulaq 7 yaşlı uşağı dişləyib. Başından xəsarət alan oğlana ilkin tibbi yardım göstərildikdən sonra o, Gəncədə yerləşən Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53