Modern.az

Çexiya parlamentinin spikeri Azərbaycana gəlib

Çexiya parlamentinin spikeri Azərbaycana gəlib

23 Sentyabr 2009, 18:36

Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.  Modern.az xəbər verir ki, Prşemısl Sobotka hava limanında jurnalistlərə səfərin məqsədi barədə məlumat verib: “Ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi dostluq münasibətlərini, eləcə də parlamentlərarası əlaqələri  daha da genişləndirmək istəyirik. Səfər çərçivəsində çoxlu görüşlər keçirəcəyik. Biz Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasına xüsusi önəm veririk. Çexiyanın Avropa İttifaqına sədrliyi dövründə Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində bu məsələyə böyük diqqət yetirirdik. Biz yenə də məsələyə həssaslıqla yanaşırıq və istəyirik ki, bu məsələdə daha da irəli gedək”. 

Qeyd edək ki, səfər çərçivəsində Çexiya Senatının sədri Milli Məclisdə, Nazirlər Kabinetində, Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək, Heydər Əliyev Fondunda və Bakı Slavyan Universitetində olacaq, Azərbaycan-Çexiya biznes forumunun açılışında iştirak edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir