21 fevral 2019, Cümə axşamı
Ana Səhifə - Yazılar - Yaddaşımdakı DİASPORA
Yaddaşımdakı DİASPORA
10.10.2018, 14:35

Mahir QABİLOĞLU



Ali məktəbdəki müəllimlərimdən biri öz müəlliminin ona bir vaxtlar dediyi ifadəni tez-tez misal çəkərdi: “Ay şagirdlər, sual verməyə nə var ki? Hünər odur, ona cavab verəsən”.


Çoxdan tanıdığım, qabiliyyətinə, intellektinə bələd olduğum Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin ediləndə həm sevindim, həm də qanım qaraldı. Sevindim ona görə ki, mənə yaxın adam yüksək vəzifəyə təyin olunmuş, Azərbaycan Hökumətinin üzvlərindən biri statusunu almışdı. 
Qanım ona görə qaraldı ki, bu sahə çox bərbad vəziyyətdəydi. Və mən ona bu işdə öz ideyalarım, təcrübəmlə heç bir köməklik edə bilməyəcəkdim. 

İndi deyəcəksiz ki, “Mahir hər şeyi kökündən vurur. Bir işıq ucu qoymur. Ola bilməz axı ki, bu günəcən hər hansı bir iş görülməsin. İttiham edirsənsə, sübut da göstər”. 
- Ay camaat, belə olmasaydı, cəmi bir gün – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmazdı ki? Bir gün həmrəyik, bəs 364 gün necə, həmrəyikmi? Bizi birləşdirən dəyərlərin inkişafına yardım edirikmi? Diaspor Komitəsinə bu işdə kömək edirikmi? Dünyada neçə “Dünya Azərbaycanlıları Konqresi” (DAK) var? Biz şəxsi qəpiyimizi bu yolda xərcləməyə hazırıqmı? Yarandığı gündən Diaspor Komitəsi hansı işləri görüb? Yaxud da, bir iş görübmü?..


Bu və bənzəri giley-güzarları, tənqidi fikirləri yazmaqdan əl çəkirəm. Müəllimimin müəlliminin təbirincə desək, tənqid etməyə nə var. Çətini odur ki, yol göstərəsən, kömək edəsən. Düzdür, daha öncələr tənqidi fikirlərimi yazmışam. Amma olan-olub, keçən-keçib. Keçmişinə, itmişinə, ölmüşünə heyfslənməyən insana MÜDRİK deyirlər. Mən də müdrik olmaq is­təyərdim; amma uşaq, gənc yaddaşıma həkk olunan bəzi şeylər var ki, onları bölüşməyə qərar verdim. Çünki bircə Diaspor Komitəsiylə iş qurtarmır. Necə deyərlər, bir çiçəklə yaz olmaz. Diasporla İş üzrə Dövlət Komitəsi yalnız bir söz deyə bilər: “Sizdən hərəkət, məndən bərəkət”. 

 

DİASPOR

 

SSRİ zamanında bu sözü heç vaxt eşitməmişdim. Baxmayaraq ki, xaricdə kifayət qədər azərbaycanlı və digər sovet xalqları yaşayırdı. Səbəbi? Onların çoxu Sovet hakimiyyəti qurulduqdan sonra xaricə mühacirət edənlər ya da Böyük Vətən Müharibəsində əsir düşərək xaricdə məskunlaşanlar idi. Birinə siyasi mühacir deyirdilər. Onlar “Bəlkə də qaytardılar” xülyasıyla yaşayanlar idi. (Elə indikilər də...) Ömürləri vəfa edənlər buna nail oldu, Sovet dağıldıqdan sonra öz Vətəninə qayıtdı. O biri qism isə satqınlar, Vətən xainləri sayılırdı. Hər iki qism xaricdə sakit həyat sürməyi üstün tutur, özlərini gözə soxmamağa çalışırdı. Çünki Vətəndə doğmaları, qohumları qalmışdı. Onların günahına görə məhz bu günahsızlar cavab verməli olacaqdı. Cavab verirdilər də... həbslər, sürgünlər. (Tərcümeyi-halını yazanda, anketi dolduranda sonda bir bənd də əlavə olunurdu: Xaricdə yaşayan qohumun varmı?)

Sonralar dissident deyilən yaradıcı insanlar da xaricə sürgün edildi. Onlara da “Vətən xaini” damğası vurulurdu. Ona görə də, SSRİ dönəmində mən diaspor sözünü eşitməmişdim. Amma bu o demək deyildi ki, SSRİ boyda dövlət diaspor fəaliyyətinə barmaqarası baxırdı; Sovet hakimiyyəti bu fəaliyyəti dolayısı yolla həyata keçirirdi. 

 

“HEYDƏR ƏLİYEV BÖYÜK İŞ GÖRDÜ”

 

Asiya-Afrika Xalqları Həmrəylik Təşkilatı vardı. 80 ölkəni özündə birləşdirirdi. 1956-cı ilin mayında SSRİ-yə daxil olan doqquz müttəfiq respublikanın – RSFSR, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan, Gürcüstan – ictimai təşkilatları birləşərək Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsini yaratdı. Həmrəylik Komitəsi bu quruma daxil olan 30-dan çox xarici ölkədən hər il 1000 nəfərə SSRİ-də təhsil almaq üçün şərait yaradırdı. Bu tələbələrə pulsuz təhsil, pulsuz yataqxana, pulsuz tibbi xidmət, pulsuz mövsümi geyimlər verilir, üstəlik təqaüd də təyin edilirdi.

Azərbaycanın ali məktəblərinin də payına bu cür xarici tələbələr düşmüşdü. Dünyanın milli-azadlıq hərəkatlarıyla daha sıx əlaqələr də məhz bu sovet-xarici tələbələr vasitəsilə yaradılmağa başlandı.

Bu təşkilatın Sovet Komitəsinə Tacikistan təmsilçisi, şair, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ mükafatı laureatı Mirzo Tursunzadə rəhbərlik edirdi. O, 1977-ci ildə rəhmətə gedəndən sonra Özbəkistan öz nümayəndəsini onun yerinə təyin etmək istəsə də, məhz Heydər Əliyevin inadı və nüfuzu sayəsində bu posta Azərbaycanın nümayəndəsi, Xalq yazıçısı Mirzə İbrahimov təyin edildi, yaxud da seçildi. Necə deyərlər, Komitənin mənzil-qərargahı Azərbaycana köçdü.15 müt­təfiq respublikadan biri olan Azərbaycanın dünyaya çıxması üçün daha böyük imkanlar yarandı. Hansı imkanlar? Bunu o dövrün şahidləri və Mirzə İbrahimovun övladları məndən daha yaxşı bilər.

Bu xəbəri isə 11 yaşlı mən atamın dilindən eşitdim. Bu formada: “Heydər Əliyev böyük iş gördü”. 

 

AZƏRBAYCANIN XARİCİ ÖLKƏLƏRLƏ DOSTLUQ VƏ MƏDƏNİ ƏLAQƏLƏR CƏMİYYƏTİ 


“Vikipediya”da 1946-cı ildə yaradılan Cəmiyyətlə bağlı ilk olaraq bunları oxuyuruq: “Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 1946-cı ildə Bakıda yaradılmışdır. Həmin vaxt Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) xüsusi nəzarəti altında gərgin fəaliyyət göstərən qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqə­si­nin Azərbaycanla əlaqəsinin qurulması idi. Ona görə də Cəmiyyətin xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun forma­laş­masında mühüm rolu olmuşdur. Həmin illərdə Azərbaycan diasporunun forma­laşmasında Azərbaycanın görkəmli ziyalılarının böyük fəaliyyətləri olmuşdur. Sovet rejiminin ən sərt qaydalarının hökm sürdüyü vaxtlarda belə xaricdə yaşayan azərbaycanlılar öz Vətənləri ilə əlaqələrini davam etdirmişlər”.


Mən isə bu Cəmiyyəti atamın dostu, “əmi” deyə çağırdığım Xalq şairi, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Nəbi Xəzrinin üzünə tanımışam – 1974-cü ildən.

 

HAŞİYƏ: 1976-cı il idi. Atam sevinə-sevinə evə gəldi:

–      Bəyim, Nəbi məni İtaliyaya aparır. İtaliyada Azərbaycan günləri keçirilir. Həm də Bakı ilə Neapol qardaşlaşmış şəhərlər elan edilib. Dəlixanaya gedib ordan arayış aldım ki, dəli deyiləm.

–      Elə niyə? – anam təəccüblə soruşdu.

–      Tələb olunan sənədlər içində bu da var idi.

Atam getdi və gəldi. O günlərdən “İtaliya şeirləri” yadigar qaldı, bir dənə də anekdot:

 

OLMUŞ LƏTİFƏ: QABİL İtaliyada mehmanxanada Fikrət adlı həkimlə bir nömrəyə düşür. Nümayəndə heyətinə düşən başqa bir həkim ona yaxınlaşıb zarafatla, amma ciddiliyin qoruyaraq deyir ki, bəs, ay Qabil müəllim, bilirik ki, azad adamsan. Birdən ağzına gələni danışarsan Fikrətin yanında. Danışma. O, KQB-nin adamıdır. Cibində də xüsusi səsyazan cihaz gəzdirir. Bu söz QABİLi tutur. Gecə saat 3-də yuxudan durur. Yatağında boğazlayır bu Fikrət həkimi:

–      De görüm, maqnitafon hardadır?

–      Nə maqnitafon, Qabil müəllim?

–      Səsimi yazmaq istədiyin maqnitafon.

–      Qabil müəllim, nə maqnitafon. Məndə maqnitafon-zad yoxdur.

–      Bəs sən KQB-nin agenti deyilsən?

–      Yox. Bunu sizə kim dedi ki?

–      Filan həkim. (SON) 


Mirzə İbrahimov yazıçı idi. Nəbi Xəzri şair idi. Nümayəndə heyətinə mədəniyyət-incəsənət xadimləriylə yanaşı, həkimlər, alimlər digər sənət sahibləri də salınırdı. Plan üzrə tədbirlərdən əlavə bir də görürdün ki, İtaliyanın, Almaniyanın, lap Hollandiyanın paytaxt meydanlarında bir çal-çağır düzənləndi. Xaricilər də tamaşaya düzülürdü. Hamısı da xalqın, ölkənin adıyla maraqlanırdı. Nə olsun ki, diaspor yox idi. Azərbaycandan göndərilənlər diaspor kimi Azərbaycanı tanıtmırdılarmı? İndi 53 yaşı olan italyan Salvadorinin xatirində görəsən Azərbaycan və Azərbaycanlılar necə qalıb? Ona bağışlanan xatirə hədiyyələri otağını bəzəmirmi? Bunları övlad­larına göstərib Bakı-Neapol dostluq zəncirində yeni həlqələr yaratmırmı?

 

SALVADORİ

 

Neapolda hәr gün çorәk yediyimiz restoran sahibinin

on bir yaşlı oğlunun adı Salvadori idi.

 

Uşaq elә hәr yerdә uşaqdı, Salvadori,

Uşaqlar siyasәtdәn uzaqdı, Salvadori.

 

Xudmani bir restoran sahibinin oğludur,

Allahın bәlasıdır, qoçaqdı Salvadori.

 

Saçıqızıl, gözügöy, yanaqları çәhrayı,

Göz dәymәsin, elә bil çıraqdı Salvadori.

 

Neapol günlәrindә yaman isindik ona,

Unutdu, bu adamlar qonaqdı Salvadori.

 

Körfәzin içindәdir gәmivari restoran,

Yolumuzda hәr axşam mayakdı Salvadori.

 

Stollar arasında başımıza fırlanır,

Mehribandı, qırğıdı, qıvraqdı Salvadori.

 

Ona döş nişanları bağışladıq rәngbәrәng,

Köynәyi düzüm-düzüm dәsgahdı Salvadori.

 

Bu Lenin, bu Nәsimi, bu Sabir, bu Qaqarin...

Heyrәtdi, hәyәcandı, maraqdı Salvadori...

 

Sәmimi duyğuların dil açdığı bu yerdә

Tәrcümәçi varsa da, nahaqdı, Salvadori.

 

Hamı onu oxşayır, sığallayır telini,

Zәhәr tozu qonmamış yarpaqdı Salvadori.

 

Lap o yaşda, o boyda Mahirim yada düşdü,

Bir dә gördüm: gözlәrim bulaqdı, Salvadori.

 

Cәmi-cumlәsi evdәn on gündü ayrıldığım

Sanırdım qurbәtdәyәm haçaqdı, Salvadori.

 

Böyüdükcә bilәcәk әn muqәddәs, әziz şey –

Vәtәndi, yurddu, eldi, torpaqdı, Salvadori.

 

Bilmir ayrıseçkilik, bilmir ögey-doğmalıq...

Yazılmamış ağappaq varaqdı Salvadori.

 

Yaşlılar arasında ünsiyyәt qaranquşu,

Xoşluqdan, yaxşılıqdan soraqdı Salvadori.

 

Butun diplomatların dәyirmi stolunda

Ağ goyәrçin şәkilli bayraqdı Salvadori.

 

Belә büsat görmәyib heç bәlkә bu restoran,

Sәhәrәcәn oxumaq, çalmaqdı, Salvadori.

 

Ayrılıq ziyafәti... tezdәn yola düşürük,

Kövrәlib... baxma üzdәn toxtaqdı Salvadori.

 

Bağrımıza basırıq ötür-ötürlә onu...

İlk dәfә sübhә kimi oyaqdı Salvadori.

 

Neapol hardan-hara körpülәşir Bakıyla

Bu körpüyә körpәcә dayaqdı Salvadori. 

1978 


Nəbi Xəzrinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İtaliyaya “Qar­daşlaşmış şəhərlər – Bakı-Neapol” deviziylə getmişdi. Bəs bu gün necə, belə şeylər varmı? Deyəcəksiniz ki, var: Nərimanov rayonu və Həştərxan vilayəti. Xətai rayonu və Yaponiya... Abşeronla Misir də vardı.


Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev Həştərxana böyük nümayəndə heyətiylə gedir. Mən də bu səfərlərdən birinin iştirakçısı olmuşam. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu vilayətdə həyata keçirdiyi böyük  mədəni və sosial layihələrin şahidi olmuşam. Bakının mərkəzində bu qardaşlığın təcəssümü olan park da salınıb, abidə ucaldılıb. Bəs Yaponiya? Xətai rayonun icra başçısı və yazıçı Hüseynbala Mirələmovdan başqa yaponlar heç kimi tanımır. Onu da haqlı olaraq, yazıçı yox, Xətaidən seçilən deputat kimi təqdim edirlər. Nümayəndə heyəti geniş olsa, görəsən təşkilatçının balta kəsməyən pulunu mətbəx bıçağı kəsməyə başlarmı?


O ki qaldı mütəmadi fəaliyyət göstərən Dostluq cəmiyyətlərinə... Mən bu qəbildən, artıq 20 illiyini qeyd edən Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətini xüsusi qeyd etmək istəyərdim. Yazıçılar, ictimai xadimlər Mirzə İbrahimovla Nəbi Xəzrinin layiqli xələfi olan şair Əkbər Qoşalının bu təşkilatı faktiki olaraq ustadlarının diaspor yolunu davam etdirir. Əminliklə deyə bilərəm ki, bu Birlik Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin layiqli varisi ola bilər.
  

DEKADA 


Dekada, yəni, 10 günlük. Sonuncu uşaq yaddaşımda qalan Azərbaycanda Sovet Ədəbiy­yatı günləri adlı tədbir idi. Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevin şəxsi təşəbbüsüylə keçirilirdi bu cür ongünlüklər. Yaxud da ki, NİZAMİnin, NƏSİMİnin, FÜZULİnin, VAQİFin, digər klassiklərin, mədəniyyət və incəsənət xadimlərinin yubileyləri. Bu tədbirlərə də xaricdən qonaqlar dəvət olunurdu. Bu cür mərasimlərin əhəmiyyəti böyük idi. Amma ən böyük əhəmiyyəti onda idi ki, xaricdən gələn insanlar, onlara göstərilən diqqət və hörmət onların öz ölkələrində ictimai rəy yaratmağa, diasporumuzun fəaliyyətinə ictimai dəstək kimi əsas rol oynayırdı. (Lobbiçilik deyilən bir anlayışda var axı...) Yuxarıda qeyd etdiyim “Qardaşlaşmış şəhərlər, rayonlar” layihəsi də bu qəbildən idi. 

 

HEYDƏR ƏLİYEVİN TƏLƏBƏLƏRİ 


Sovet dövrünün Heydər Əliyev hakimiyyəti dönəmində hər il Lenin adına Sarayda (indi Heydər Əliyev Sarayı) SSRİ-nin ali məktəblərinə daxil olan tələbələrlə görüş keçirilirdi. El diliylə desək, Heydər Əliyev onlara xeyir-dua verirdi. Onların əksəriyyəti təhsillərini başa vurub, oxuduqları şəhər, vilayət, diyar yaxud respublikada qalır, ailə qururdu. İndi həmin o azərbaycanlılar MDB dövlətlərində diasporumuzun bel sütunlarını təşkil edir. Bircə “pulu mən buraxıram, sədr də mən olmalıyam” kimi xırda, iyrənc intriqalara getməsələr. Birləşməkdənsə, parçalanmasalar, didişməsələr.

Bu ənənə müstəqillik illərində də davam etdirildi. Bu dəfə orta məktəbi bitirənlər dövlət hesabına xarici ölkələrə təhsil almağa göndərilirdi. 

 

DİASPORANIN İLK REAL CÜCƏRTİLƏRİ

 

1990-cı ilin 20 Yanvar hadisələrində diasporun gücünü hiss etməyə başladıq. Hələ sovet dövrü idi və Azərbaycan təkcə qanda yox, informasiya blokadasında boğulurdu. Yaxşı ki, video-kadrlar qalıb: Birincisi, Azərbaycan nümayəndəliyi önündə etiraz və ya həmrəylik aksiyası. Heydər Əliyevin ailəsiylə ora gəlməsi. İkincisi, Moskvada yaşayan azərbaycanlıların paytaxt küçələrində etiraz yürüşü. Necə deyərlər, qəm birləşdirir... 

 

VƏTƏN CƏMİYYƏTİ

 

Sovetin son illərində, Əbdürrəhman Vəzirovun qısa hakimiyyəti dövründə “Vətən” adlı cəmiyyət yaradıldı. Yazıçı Elçin Əfəndiyev bu Cəmiyyətə sədr təyin olundu. Onun fəaliyyəti və ya fəaliyyətsizliyi haqqında heç nə bilmirəm. 

 

QEYRİ-KOMMERSİYA TƏŞKİLATI

 

Diaspora təşkilatlarının yaradılması, fəaliy­yəti maliyyə vəsaiti tələb edir. İdeyalar çox ola bilər, ancaq bunların həyata keçirilməsi üçün çoxlu pul lazımdır. Bax, bu baxımdan xarici ölkələrdə çalışan milli şirkətlər bu işə öz töhfəsini verməlidir. Məsələn, Bakıda Türkiyə iş adamlarının birlikləri, müxtəlif institutların bölmələri var. Azərbaycanın xarici ölkələrdə belə təşkilatlanmış qurumları varsa lap yaxşı, yoxdursa yaradılmalıdır. 

 

DİN

 

İllər öncə bir tanışım Bakıda fəaliyyət göstərən dini sektanın fəaliyyəti haqqında mənə söhbət açdı. Dedi ki, bu sektaya gələnlərə sonda yemək verirlər. Ora gələn istənilən adam, növbəti dəfə gələndə yanında üç-dördünü də gətirir. Sonda isə ruhi qida yeməyi üstələyir, həmin kəsləri öz tərəfinə çəkir. Əxilərin yaşı çox qədimdir. Xarici ölkələrdə tikilən ibadət ocaqları, həftədə bir dəfə də olsa, həmin ölkədə yaşayan ayrı-ayrı millətlərin bir növ toplantı-görüş yerinə çevrilir. 

 

HEYDƏR ƏLİYEV FONDU

 

Müstəqilliyimizin son 15 ilində Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti diaspor işinin təşkilinə böyük təkan verib. Fondun çoxşaxəli fəaliyyəti bu tezis tipli yazının yox, ayrıca bir məqalənin, bəlkə də bir kitabın mövzusudur. 

 

SON

 

Diaspor haqqında təəssüratlarım hələlik bu qədər. Bu sahədən danışanda ilk olaraq xaricdə yaşayan erməniləri, onların təşkilatlanmasını nümunə göstərirlər. Baxmayaraq ki, sovet dövrü idi, amma ermənilərdə bu cür təşkilat­lanma yüksək səviyyədə idi. Özü də ki, ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlərdə. “Daşnaksütyun” partiyasını, erməni-terror təşkilatlarını, din xadimləri Vazgeni dünya tanıyırdı. Onları etalon hesab etmək düzgün olmazdı. Amma öyrənməli də çox şey var. 
Bu dəm qohumumuz Şamilin lap çoxdan dediyi bir söz yadıma düşür: “Mahir, Qaraşəhərdə, bizim həyətdə çox erməni yaşayır. Axşam yığışırlar bir yerə. Biri deyir ki, “Qarikin evi yoxdur, bu qədər pul lazımdır. Gəlin atışaq”. Pul toplayıb ona ev alırlar. O biri deyir ki, “Vazgenin maşını yoxdur”. Bu biri deyir, “Anastas işsizdir”... xülasə toplaşıb, pul qoyub bütün problemlərini bir­likdə həll edirlər. Özü də ki, eyni ərazilərdə mənzil alaraq icma şəklində yaşayırlar. Kilsələrinə pul keçirirlər. Erməni bax belə millətdir. Bizimkilər isə bu vaxt ya çayxanada çay içir, ya nərd atır, ya domino çırpır. Onu-bunu müzakirə etmək də öz yerində...”.
Bu misalı niyə çəkdim? Çünki erməni gəlmə millət idi. Bu məqaləmin təbirincə desək – diaspora. Amma necə kök atmışdılar.

 

HAŞİYƏ: “Sadəcə olaraq xalqımız çox istedadlı xalqdır. "Çəkirəm, haa…” verilişi var e…bu elə belə söz deyil. Böhran belə davam etsə, azərbaycanlılardan biri gedib atom bombası icarəyə götürəcək. Bir-bir ölkələrin ərazisindən keçərək bircə söz deyəcəklər: "Ataram, haa…”. Dövlətlər də tökəcəy e, pulu ayaqlarının altına. Amma bir şey var da... Hər şey ağıllarına gələcək, bir şeydən başqa. Ermənistandan keçmək yadlarından çıxacaq. Deməyəcəklər ki, "Ay erməni, çıx torpağımdan! Yoxsa, ataram, haa…”. Bir də ki, niyə etsinlər. Axı onların aksiyası iqtisadi aksiyadır. Erməninin çıxmağı siyasi məsələ, Qarabağ isə "Vanka-stanka”. (“Qabilin o dünyadan ikinci məktubu”ndan parça).


Diaspor qərib ölkədə həmrəylik, birlik, bir nöqtəyə vurmaq deməkdir. Digər xalqlar bunu uzun illərdir ki, həyata keçirirlər. – Öz tarixi dövlətlərinə dəstək naminə. Yəqin ki, Fuad Muradov da bu sahəyə məsul şəxs kimi bu sahədəki boşluqları doldurmağa nail olacaq. Və yaxın zamanlarda bunun bəhrələrini hamımız görəcəyik. Məncə, artıq görürük də...


Müəllifin digər yazıları
SON XƏBƏR
BDU-nun professoru vəfat etdi   
21.02.2019, 12:04

BDU-nun professoru vəfat etdi  

Qobustanda heyvanlar peyvəndlənir
21.02.2019, 12:04

Qobustanda heyvanlar peyvəndlənir

Masazırdakı yanğında 4 polis işçisi ZƏHƏRLƏNDİ   
21.02.2019, 12:01

Masazırdakı yanğında 4 polis işçisi ZƏHƏRLƏNDİ  

“Xoşbəxt et, Xoşbəxt ol”- Bakı Ali Neft Məktəbində xeyriyyə tədbiri
21.02.2019, 11:59

“Xoşbəxt et, Xoşbəxt ol”- Bakı Ali Neft Məktəbində xeyriyyə tədbiri

“Neolit”dəki davanın səbəbkarı olan çeçen bloger terrorçuluqda təqsirləndirilir
21.02.2019, 11:56

“Neolit”dəki davanın səbəbkarı olan çeçen bloger terrorçuluqda təqsirləndirilir

Avropa Gənclər Olimpiya Festivalının talismanları təqdim olunub
21.02.2019, 11:42

Avropa Gənclər Olimpiya Festivalının talismanları təqdim olunub

BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21.02.2019, 11:29

BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib

Ermənistanın ən radikal siyasətçisi Qarabağı Ermənistana birləşdirmək istəyir
21.02.2019, 11:27

Ermənistanın ən radikal siyasətçisi Qarabağı Ermənistana birləşdirmək istəyir

Fazil Məmmədov əvvəlki biznesi ilə məşğul olmağa başlayıb   
21.02.2019, 11:18

Fazil Məmmədov əvvəlki biznesi ilə məşğul olmağa başlayıb  

“Khazar” Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub
21.02.2019, 11:17

“Khazar” Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub

Dini liderlər Xocalı soyqırımı ilə bağlı müraciət yaydılar
21.02.2019, 11:10

Dini liderlər Xocalı soyqırımı ilə bağlı müraciət yaydılar

İlham Əliyev həmsədrləri qəbul etdi  
21.02.2019, 10:59

İlham Əliyev həmsədrləri qəbul etdi  

ABŞ Suriyadan gedir - Türkiyənin addımlarından narahatdır
21.02.2019, 10:57

ABŞ Suriyadan gedir - Türkiyənin addımlarından narahatdır

“Gecə-gündüz xəbər axtarışındayıq” - Metbuat.az 2 yaşını qeyd edir   
21.02.2019, 10:47

“Gecə-gündüz xəbər axtarışındayıq” - Metbuat.az 2 yaşını qeyd edir  

Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü   
21.02.2019, 10:20

Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü  

“Bütün elmi tətqiqatların son nəticəsi fermerlərə yönəlib”
21.02.2019, 10:18

“Bütün elmi tətqiqatların son nəticəsi fermerlərə yönəlib”

Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı
21.02.2019, 10:12

Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı

BirBank istifadəçilərinin sayı 400 000-i keçdi
21.02.2019, 10:08

BirBank istifadəçilərinin sayı 400 000-i keçdi

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR   
21.02.2019, 10:04

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR  

Ermənilər cəbhədə təxribat törətdi
21.02.2019, 09:57

Ermənilər cəbhədə təxribat törətdi

SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA   
21.02.2019, 09:50

SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA  

“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ
21.02.2019, 09:43

“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi   
21.02.2019, 09:40

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi  

Məzahir Süleymanzadəyə ağır itki üz verdi   
21.02.2019, 09:38

Məzahir Süleymanzadəyə ağır itki üz verdi  

Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb
21.02.2019, 09:27

Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb

“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI
21.02.2019, 09:05

“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI

AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM  
21.02.2019, 08:55

AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM  

Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə
21.02.2019, 08:52

Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  
21.02.2019, 08:42

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  

“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR   
21.02.2019, 08:23

“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR  

Manat bu gün hansı məzənnədə olacaq?   
21.02.2019, 08:11

Manat bu gün hansı məzənnədə olacaq?  

Dünyada ilk qatlanan ekranlı smartfon
21.02.2019, 00:56

Dünyada ilk qatlanan ekranlı smartfon

Azərbaycanda Kiçik çillə başa çatdı
21.02.2019, 00:46

Azərbaycanda Kiçik çillə başa çatdı

“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat
21.02.2019, 00:17

“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat

 Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır
21.02.2019, 00:03

 Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır

Azərbaycanda qaz hasilatı artır
20.02.2019, 23:51

Azərbaycanda qaz hasilatı artır

Zəlzələ Türkiyəni silkələdi
20.02.2019, 23:27

Zəlzələ Türkiyəni silkələdi

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi
20.02.2019, 23:11

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi

Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO
20.02.2019, 22:56

Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO

Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ
20.02.2019, 22:38

Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ

Canavarlar Şəkiyə hücum etdi
20.02.2019, 22:17

Canavarlar Şəkiyə hücum etdi

Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”
20.02.2019, 22:03

Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”

Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO
20.02.2019, 21:49

Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO

Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi
20.02.2019, 21:36

Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi

Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu
20.02.2019, 21:20

Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur
20.02.2019, 21:07

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur

Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı
20.02.2019, 20:51

Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı

Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı
20.02.2019, 20:41

Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı

Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər
20.02.2019, 20:28

Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər

“ASAN xidmət” modeli daha  8 ölkədə
20.02.2019, 20:15

“ASAN xidmət” modeli daha  8 ölkədə

ARXİV