20 yanvar 2019, Bazar
Ana Səhifə - Yazılar - Yenidoğulmuşun şikayəti
Yenidoğulmuşun şikayəti
15.10.2018, 08:29

Mahir Qabiloğlu


Doqquz ay idi ki, kefdəydim. Anamın qarnında özümçün o yana fırlanırdım, bu yana fırlanırdım. Anam evdə nə hava çalırdısa, oynayırdılar. Deyirdi ki, kabab istəyirəm: həmən ya restorana aparırdılar, ya da ki çörək arasında evə gətirirdilər. Təzə paltar geyinmək istəyəndə, alırdılar. Təmiz dağ havası da öz yerində. Anamın qarnında bu doqquz ayı Azərbaycanın bütün bölgələrini gəzdim. Yerim rahat idi. Nə edim ki, məcburi çıxartdılar məni bayıra.

Çıxan kimi də dedilər ki, ağla. Ağlamadım. Kişi də heç ağlayar? Elə bunu görmüşdüm – çimdik bir yandan, şillə o yandan. Böyük adama o cür işgəncə versəydilər səsi Avropa Məhkəməsindən gələrdi. Xülasə, mən bu işgəncəyə dözməyib başladım bərkdən ağlamağa. Demə bu ağlamaq, o ağlamaqdan deyilmiş. Ciyərlərimin açılması üçün lazımmış. Vurmaq nəyə lazım? Əvvəlcədən başa salsaydılar özüm də ağlayardım.

Sonra ağzıma şlanq soxdular, öyüyə-öyüyə qaldım. Görəsən nə yemişdim ki, bunlar mədəmi yumaq istəyirdilər, hə? Həkim xala dedi ki, sakit dur, “otsos” eləyirik. Demə dölyanı maye udmuşam, onu sorurlarmış mədəmdən aparat vasitəsilə.  

Sonra arxama nəsə dürtdülər. Demə bu da klizmaymış. Yaxşı ki, vazelin vurmuşdular. Elə özümə təzə gəlmişdim ki, qoluma da, ayağıma da rezin fason qandal taxdılar. Baxdım ki, üstünə nəsə yazılıb. Nə yazılsa yaxşıdır? Aygün Məmmədova. Qışqırığım götürdü aləmi ki, ay həkim, ay akuşerka, mən kişiyəm e... 9 aydır ki, anamla atamın dığ-dığından bezmişəm. Ki, bəs mənə hansı babamın adını verəcəklər – ata-babamın, yoxsa ana-babamın. Həkim xala gördü ki, sakitləşmirəm, bir yumşaq-fason şeyi soxdular ağzıma. Adına da “soska” dedi. Məcbur olub kiridim.

Bir müddətdən sonra həkim xala yenə gəldi. Qıraqda dayanan şəfqət xalaya amiranə şəkildə “Aygünü aç, yoxlayım” dedi. Hirsimdən partlayırdım.Axı mən Aygün deyiləm. Mənim heç adım da yoxdur. Əynimə geydirdikləri mavi rəngli paltara baxsınlar heç olmasa. Qız olsaydım qırmızı, çəhrayı rəngdə olardı paltarım. Həkim tonusumu yoxladı. Əllərimi qaldırdı. Qollarımı kənara açdı. Ayağımın altını elə qaşıdı ki, məcbur olub yenə ağladım. Ayaq üstə tutub ayaqlarımı çarpayıya dirəşdirdi. Qarnım üstə qoydu. Hər proseduru edəndən sonra da “Afərin. Aygündə hər şey yaxşıdır” deyirdi. Hirsimdən partlayırdım ki, bəs mən kişiyəm, qız deyiləm. Nə edim ki, danışa bilmirdim.

Sonra həkim ürəyimə, ciyərlərimə qulaq asdı, qarnımı əllədi. Nəhayət, pampersimi açdı. Burnuna yaxınlaşdırıb iylədi, nəcisimi barmaqladı. Sünnətimi çevirəndə fürsət düşdü əlimə. Qərara aldım ki, cəzalandırım onu. Necə? Naporla işədim düz həkim xalanın sifətinə. O da “Oğraş, sən mənim üstümə işəyirsən?” deyib, o saat üstümü əskiylə bağladı. Amma artıq gec idi. Üzünü də yumuşdum, acığımı da çıxmışdım. Amma mənə “oğraş” deyəndə pis oldum. Axı mənim anam tərbiyəli qadındır. Kim bilməsə də, mən yaxşı bilirdim ki, anam atamdan başqa heç kimlə yatmayıb. Bunu gözlərimlə görmüşdüm. Amma təhqir olunsam da,  sevinirdim. Çünki həkim mənim Aygün yox, kişi olduğumu axır ki, bilmişdi. Yoxsa “oğraş” deməzdi.

Amma elədiyim yenə də ona dərs olmadı. Həkim xala üzünü şəfqət xalaya tutub dedi: “Aygün yaxşıdır. Onu yu, geyindir, ver döşə”.
Sonra isə yanımdakı oğlan uşağına işarə verərək “İndi də Şərqiyyəni aç. Onu da yoxlayım” dedi. Qonşum  da hirsləndi. Amma həkim işarət barmağını onun gözü qarşısında yellədərək “Bax a, ay oğraş, üzümə işəsən canını alaram” deyə əvvəlcədən xəbərdarlıq etdi.

Beləcə xəstəxanada iki gün qalıb çıxdıq. Yaxşı ki, çıxdıq. Nəhayət ki, adımı qoydular. İndi hamı məni kişi adıyla çağırır. Demə doğum evində hamını ananın adıyla çağırırmışlar. Anamın da adı Aygün, familiyası Məmmədovaymış.

Amma evdəkilərdən heç biri, hətta anam da bilmir ki, xəstəxanada başıma nə oyunlar gətiriblər. Özüm də açıb-ağartmıram. Necə etiraf edim? Adımı Aygün çağırmaqlarınımı, paltarımı mavi rəngdə geyindirməklərinimi, ora-burama dürtdüklərini demirəm hələ. Görəsən mənim taxsırım nə idi? Sonra da deyirlər ki, qulaqlarınızı çəkin, evlərdən iraq. Filankəsin oğlu qulağısırğalıdır.

 

2018


Müəllifin digər yazıları
SON XƏBƏR
İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO
20.01.2019, 15:24

İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü
20.01.2019, 15:20

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü

Bakıda külək mərasim evini uçurub
20.01.2019, 15:14

Bakıda külək mərasim evini uçurub

Azərbaycanın elektrik enerjisi ixracı artıb
20.01.2019, 15:09

Azərbaycanın elektrik enerjisi ixracı artıb

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
20.01.2019, 14:59

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov
20.01.2019, 14:50

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR
20.01.2019, 14:41

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
20.01.2019, 14:30

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”

Dağıstanda sosial problemlər...
20.01.2019, 14:17

Dağıstanda sosial problemlər...

İmişlidə yol qəzası: ölən və yaralananlar var
20.01.2019, 14:00

İmişlidə yol qəzası: ölən və yaralananlar var

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR
20.01.2019, 13:45

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...
20.01.2019, 13:32

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

Sevgilisinin məktubunu saxladığım şəhid
20.01.2019, 13:20

Sevgilisinin məktubunu saxladığım şəhid

Azərbaycanda ağır qəza: 3 yaralı var 
20.01.2019, 13:10

Azərbaycanda ağır qəza: 3 yaralı var 

Həftənin ilk iş gününün HAVASI
20.01.2019, 13:00

Həftənin ilk iş gününün HAVASI

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO
20.01.2019, 12:45

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev
20.01.2019, 12:33

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev

Həm peşə, həm də Vətən borcu...   
20.01.2019, 12:21

Həm peşə, həm də Vətən borcu...  

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı
20.01.2019, 12:06

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 
20.01.2019, 12:00

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO
20.01.2019, 11:50

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı
20.01.2019, 11:43

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

Bakıda piyada keçidində vurulan qadın həkimdir
20.01.2019, 11:39

Bakıda piyada keçidində vurulan qadın həkimdir

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb
20.01.2019, 11:34

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

İranlı şairənin inqilabı
20.01.2019, 11:22

İranlı şairənin inqilabı

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri
20.01.2019, 11:21

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR
20.01.2019, 11:10

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO   
20.01.2019, 10:56

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO  

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı
20.01.2019, 10:53

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı

Paytaxda yaşayış binasında yanğın   
20.01.2019, 10:36

Paytaxda yaşayış binasında yanğın  

Bakıda bu yollar bağlıdır - SİYAHI
20.01.2019, 10:34

Bakıda bu yollar bağlıdır - SİYAHI

20.01.2019, 10:29

"Arsenal" "Çelsi"ni məğlub etdi - VİDEO

Azərbaycanda zəlzələ olub
20.01.2019, 10:21

Azərbaycanda zəlzələ olub

Prezident və birinci xanım şəhidləri yad etdilər   
20.01.2019, 10:14

Prezident və birinci xanım şəhidləri yad etdilər  

Ermənilər rayonlarımızı atəşə tutdular
20.01.2019, 10:11

Ermənilər rayonlarımızı atəşə tutdular

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində   
20.01.2019, 10:00

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində  

Azadlıq yolunda qalxan bir vuruş...   
20.01.2019, 09:45

Azadlıq yolunda qalxan bir vuruş...  

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...
20.01.2019, 09:38

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı
20.01.2019, 00:58

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı
20.01.2019, 00:32

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin
20.01.2019, 00:14

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir
20.01.2019, 00:00

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO
19.01.2019, 23:46

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp
19.01.2019, 23:26

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin
19.01.2019, 23:13

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
19.01.2019, 22:52

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Putin xaç suyuna girdi - VİDEO
19.01.2019, 22:35

Putin xaç suyuna girdi - VİDEO

Avropa İttifaqından daha bir ölkəyə sanksiya
19.01.2019, 22:17

Avropa İttifaqından daha bir ölkəyə sanksiya

Qadın özünü yanan binadan yerə atdı - VİDEO
19.01.2019, 21:58

Qadın özünü yanan binadan yerə atdı - VİDEO

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib
19.01.2019, 21:41

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

ARXİV