16Noyabr | Ana Səhifə - Yazılar - Zombilər
Zombilər

Hidayət Elvüsal 

 

Hə də, zombi. Yəni dünyasını dəyişir, sonra xortlayır, təzədən cumur üstümüzə ki, bizi qanbağır eləsin.

İndi iraq olsun o xortlayan xoxanlardan, bizim bu özəl TV-lərdə əsl zombi havası yaşanır. İllər öncə dünyasını… qayəsini, sənətini, məsləkini dəyişəni birdən yenə ekranda görürük və:

- Bismillah! - deməyə macal tapana kimi tər dabanımızdan çızır, - həə, dur vallah! Özüdür! Bir az sir-sifəti dəyişib, bir az da saçının rəngi. Baxışı həmindir. Mövzu da həminkidir, jestləri də həminkidir, düşüncəsi, hər şeyi həminkidir. Yəni bir zombidir.

Baxın dəə… İllər boyu ekranda eyni adamları görürsünüz, yəni telezombiləri. Əvvəl artist kimi gəlirlər. Sonra mahnı oxuyurlar. Sonra şeir yazırlar. Sonra aparıcılıq eləyirlər. Yəni hər dəfə dünyalarını, ideyaların dəyişib, başqa bir sifətdə dikilirlər gözümüzün qabağına.

Bu zombilər, məsəlçün dünən “Yarpız” proqramı açırlar, sonra “Nanə”, sonra “Nənə”, sonra “İanə”, daha sonra “Mənə nə” və “Sənə nə”.

Ya da əvvəl haradasa diktor olurlar. Sonra başqa TV-də aparıcı olurlar. Sonra ağız-burunlarını yondurub aktrisalıq eləyirlər. Birdən şpaqat açırlar. Qılçaları 180 dərəcə aralanır və geridə qalmış arvadlar ona “qara” verib:

- Kül sənin ərinin başına! - deyirlər, heç veclərinə də almırlar. Çünki artıq zombi olublar. Hiss yox, həyəcan yox, abır-həya, mənlik, sənlik yox. Ta ki, ekran olsun.

O veteran aparıcılar da yağır elədilər millətin gözünü. Yenə qayıdıb doluşublar ekranlara. O ekrandan bu ekrana, bu ekrandan o ekrana. Zombi! Əsl zombi! Sanki ölməz Kaşşeydilər. Yox! Onlar ölmür, sağlıq arzulayırıq. Sadəcə daha əl çəksinlər bu millətin yaxasından. Bir yazı, bir kitab, ya nəsə başqa bir işlə məşğul olsunlar. Ekranları gənclərə versinlər.

Yox! Sayqa, Zülya, Tolik, Qita, Brendləri demirəm. Daha düşüncəli, savadlı, şoudan bir xeyli aralı, savadlı, səliqəli gənclərə. Məsəlçün jurnalistlərə. Axı, onlar aktyorlardır, artistlərdir, müğənnilərdir. TV-lərin bütün proqramlarını işğal edən zombilərdir. Axı, televiziya teatr deyil, kino deyil, yalnız şou deyil, ən əvvəl informasiya mənbəyidir. Jurnalistikadır. Televiziya ekranı aparıcının şpaqat açması üçün uyğun məkan deyil. Saçyoldu məhəlləsi deyil ki, oxuyan arvadlar hər gün millətə dava-dalaş sırıyırlar. Yəni bura zombixana deyil. Televiziyadır: Naftalin qoxusu verən istedadsız güruhun gic-gic şeir, mahnı oxumaq ünvanı deyil.

Buna bax e! Yenə başlayıblar. Həmin aparıcılar, həmin müğənnilər, həmin… zombilər.

Bismillah!

Siz də bismillah deyin! Zombilərin nə edəcəkləri bilinməz…

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Leninin Azərbaycandakı sonuncu heykəlinı niyə yıxdılar? 23 Aprel 2019, 13:51 Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi 23 Aprel 2019, 13:37 Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI 23 Aprel 2019, 13:35 Şri-Lankadakı terror qurbanlarının sayı durmadan artır 23 Aprel 2019, 13:33 Rusiya Ermənistanda 18 müasir qırıcı yerləşdirəcək 23 Aprel 2019, 13:28 Prezident Mərdəkan-Qala yolunun açılışında oldu - FOTOLAR 23 Aprel 2019, 13:15 Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!” 23 Aprel 2019, 13:14 Daxili İşlər Nazirliyində yeni təyinat olub 23 Aprel 2019, 13:10 Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı 23 Aprel 2019, 13:10 Azərbaycan ilk dəfə Polşaya alüminium ixrac etdi 23 Aprel 2019, 13:08 Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıl 23 Aprel 2019, 13:07 Sabah da yağış yağacaq - HAVA PROQNOZU 23 Aprel 2019, 13:06 “Salman Musayev bu məsələdə köməklik göstərəcək” -  YAP-çı Deputat 23 Aprel 2019, 13:04 Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı 23 Aprel 2019, 12:56 Qar uçqununda ölən ikinci hərbçimizin də meyiti tapıldı 23 Aprel 2019, 12:52 Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR 23 Aprel 2019, 12:50 Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib 23 Aprel 2019, 12:45 “Milan” türk futbolçusunu satışa çıxaracaq 23 Aprel 2019, 12:39 Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq 23 Aprel 2019, 12:39 Ömür var, bir dastana sığışmaz... 23 Aprel 2019, 12:30 “Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib” – Vitse-spiker 23 Aprel 2019, 12:27 Deputatlar qaza qoyulan limitin qaldırılmasını təklif etdilər 23 Aprel 2019, 12:24 Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR 23 Aprel 2019, 12:24 “Küçə itlərini müdafiə edənləri anlamıram” - Tanınmış jurnalistlər  DANIŞDILAR 23 Aprel 2019, 12:23 Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək   23 Aprel 2019, 12:18 “BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib” - Deputatdan ETİRAZ 23 Aprel 2019, 12:15 Pensiya artımından kənarda qalanların problemi həll edildi 23 Aprel 2019, 12:10 Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü - MARAQLI 23 Aprel 2019, 11:59 Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov 23 Aprel 2019, 11:56 Deputatlar ianə kampaniyasına qoşulur   23 Aprel 2019, 11:43 Baş redaktora ağır itki  - Atası vəfat etdi 23 Aprel 2019, 11:42 İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi 23 Aprel 2019, 11:37 Buraxılış imtahanının nəticələri açıqlandı 23 Aprel 2019, 11:29 Quduz it dişləsə nə etməli? - MƏSLƏHƏT 23 Aprel 2019, 11:28 Lukaku “Yuventus”un transfer hədəfində 23 Aprel 2019, 11:22