07Dekabr | Ana Səhifə - Yazılar - Erməniçilik klubları
Erməniçilik klubları

Hidayət Elvüsal


O gündən bəri səsi-küyü dördyana yayılan bu “Lazerov klubu” sizi çoxmu təəccübləndirir? Burada heyrətedici nə var axı? Qardaşım, bu, ermənilərin açdığı növbəti bir siyasət klubudur. Sadəcə olaraq o Lazorevdi nədi, ona maaş kəsib, kluba müdir təyin ediblər. Vəssalam! Ruslar “armyanstvo” termininin nə olduğunu bilirlər. Bilirlər ki, bu yalan, uydurma, saxtakar, vəhşi, faşizanə… bir zehniyyətin məhsuludur. Elə Rusiya telekanalları vaxtaşırı onların uydurma, sərsəm iddialarını ifşa eləmirmi? Amma nə olsun? Pul puldur, illah da yaşıl rəngdə. ABŞ dolları qiyafəsində. Rusun da, əyninə görədir, fransızın da… Və yeri gəlmişkən Fransada baş verən hadisələrdə erməninin neçə barmağı olduğu gec-tez məlum olacaq. Sabiq prezident Sarkozinin partiyadakı müavini Dəvəçiyan o gündən bəri əllərini bir-birinə sürtür - bax “armyanstvo” - ermənilik, erməniçilik budur.

Rus generalı Roxlinin ölümü hələ də müəmmalı olaraq qalır. O zaman Dumanın üzvü olan general, Rusiyanın ermənilərə gizli yolla külli miqdarda silah göndərməsini açıq-acığına söyləmişdi. Öldürdülər. Arvadı nəsə demək istədi. Susdurdular. Rus siyasətinin sinəsində ilan kimi qıvrılan “armyanstvo” sözdə və əməldə özünü göstərir.

Amma bəzən bu yalandan özləri də bezirlər - Jirinovski kimi. Qəflətən həqiqət onların sinəsini yarıb bomba kimi partlayır:

- Bəsdir, bu yalançı ermənilərin tərəfini saxladıq! Həqiqət də, ədalət də Azərbaycan tərəfindədir!

Digər görkəmli siyasət adamları da bunu təsdiq edirlər. Amma dövlətin siyasəti başqadır. Qafqazı əldə saxlamaq üçün bu münaqişə lazımdır. Ermənilərə:

- Baxın, əlimi üstünüzdən çəksək, Azərbaycan sizi tapdalayar! - həqiqətini deyirlər.

Azərbaycana:

- Hər şey mənim əlimdədir. 2 Apreldə Cəbrayıl şəhərini də geri aldınız. Amma “oradan çıxın” dedik. Belə lazımdır. Yoxsa…

2 Aprel döyüşləri zamanı Cəbrayılın alınıb, sonra tərk edilməsini TV-lərin birindəki çıxışında Müdafiə Naziri Zakir Həsənov da etiraf elədi.

Yəni erməni klubları çoxdur, lap çoxdur, Rusiya dövlətində də var, alkaş çevrələrində də. Ermənilər “Lazerov klubu” özfəaliyyət üzvlərini “Noy” konyakı ilə suvarırlar. Bu “Noy”un sahibi o gün Suriyadan, ordan-burdan Cəbrayıla gələn ermənilərə 10 min ABŞ dolları da paylayıb. İndi gör Lazerov və onun ansamblı nə qədər alır?

Hə! Hələlik ermənilərin rus klubundan danışdıq. Amma söylənəsi o qədər söz var ki… “Desəm öldürərlər, deməsəm ölləm” silsiləsindən eşidəcəkləriniz olacaq. Bəzilərini artıq bilirsiniz. Bizim oralardakı səfirimiz Polad müəllim deyir ki, ermənilər bizim düşmənimiz deyil. Bir azərbaycanlı xanım orada nəsə balaca bir klub açıb (və ya onun üçün açıblar) dil boğaza qoymur: ermənilər, sakit və mehriban insanlardır. Bizim səhiyyə nazirinin qızı da erməni Ciyərxanyanı qucaqlayıb, Moskva tərəflərdə vəzifə aldı və sairə. Və ilaxır.

Bax “erməni klubu”, “armyanstvo” erməniçilik budur. Belə yaranır, belə böyüyür. Biz də onların kilsələrinə pulsuz qaz veririk…

Erməniçilik…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Gürcüstanın səfiri Tərcümə Mərkəzində   23 Aprel 2019, 14:40 “AQTA maarifləndirir” - Ramazanda necə qidalanmalı? 23 Aprel 2019, 14:36 Suriya erməniləri Türkiyəyə qarşı qoşun toplayır - FOTOLAR 23 Aprel 2019, 14:34 Bakıda məktəbdən 7500 manatlıq oğurluq edildi 23 Aprel 2019, 14:19 Standartlaşdırma ilə bağlı qanun layihəsi ikinci oxunuşdan keçdi 23 Aprel 2019, 14:00 Leninin Azərbaycandakı sonuncu heykəlini niyə yıxdılar? 23 Aprel 2019, 13:51 Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi 23 Aprel 2019, 13:37 Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI 23 Aprel 2019, 13:35 Şri-Lankadakı terror qurbanlarının sayı durmadan artır 23 Aprel 2019, 13:33 Rusiya Ermənistanda 18 müasir qırıcı yerləşdirəcək 23 Aprel 2019, 13:28 Prezident Mərdəkan-Qala yolunun açılışında oldu - FOTOLAR 23 Aprel 2019, 13:15 Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!” 23 Aprel 2019, 13:14 Daxili İşlər Nazirliyində yeni təyinat olub 23 Aprel 2019, 13:10 Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı 23 Aprel 2019, 13:10 Azərbaycan ilk dəfə Polşaya alüminium ixrac etdi 23 Aprel 2019, 13:08 Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıl 23 Aprel 2019, 13:07 Sabah da yağış yağacaq - HAVA PROQNOZU 23 Aprel 2019, 13:06 “Salman Musayev bu məsələdə köməklik göstərəcək” -  YAP-çı Deputat 23 Aprel 2019, 13:04 Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı 23 Aprel 2019, 12:56 Qar uçqununda ölən ikinci hərbçimizin də meyiti tapıldı 23 Aprel 2019, 12:52 Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR 23 Aprel 2019, 12:50 Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib 23 Aprel 2019, 12:45 “Milan” türk futbolçusunu satışa çıxaracaq 23 Aprel 2019, 12:39 Ömür var, bir dastana sığışmaz... 23 Aprel 2019, 12:30 “Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib” – Vitse-spiker 23 Aprel 2019, 12:27 Deputatlar qaza qoyulan limitin qaldırılmasını təklif etdilər 23 Aprel 2019, 12:24 Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR 23 Aprel 2019, 12:24 “Küçə itlərini müdafiə edənləri anlamıram” - Tanınmış jurnalistlər  DANIŞDILAR 23 Aprel 2019, 12:23 Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək   23 Aprel 2019, 12:18 “BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib” - Deputatdan ETİRAZ 23 Aprel 2019, 12:15 Pensiya artımından kənarda qalanların problemi həll edildi 23 Aprel 2019, 12:10 Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü - MARAQLI 23 Aprel 2019, 11:59 Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov 23 Aprel 2019, 11:56 Deputatlar ianə kampaniyasına qoşulur   23 Aprel 2019, 11:43 Baş redaktora ağır itki  - Atası vəfat etdi 23 Aprel 2019, 11:42