Modern.az

Azərbaycanda bəzi hallarda 16 yaşlı qızların nikaha girməsinə icazə veriləcək

Azərbaycanda bəzi hallarda 16 yaşlı qızların nikaha girməsinə icazə veriləcək

25 Sentyabr 2009, 11:55

Oktyabrın 30-da Milli Məclisin payız sessiyası öz işinə başlayır. Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, payız sessiyasında bir sıra qanun layihələri müzakirəyə çıxarılacaq.  Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az-a bildirib ki, sessiyasda Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Komitə sədrinin sözlərinə görə, bu məcəllə ilə bağlı yeniliklərdən biri Azərbaycanda qadınların nikaha daxilolma üzrə yaş həddinin artırılması ilə bağlıdır. R.Rəcəbli deyib ki, ekən nikahların qadın sağlamlığına mənfi təsiri nəzərə alınaraq, Ailə Məcəlləsində qızların nikaha daxilolma üzrə yaş həddi 17-dən 18-ə qaldırılacaq. Komitə sədri bildirib ki, qanunvericilikdə istisna hallarda 17 və 16 yaşında qızların ailə qurmasına icazə verilməsi də nəzərdə tutulacaq. Bu zaman 16 yaşlı qızların ailə qurmasına ancaq bir halda - onlarda hamiləlik baş verdikdə icazə veriləcək. Ailə Məcəlləsinə ediləcək dəyişikliklərdən daha biri nikaha daxil olarkən sağlamlıq haqqında arayışın tələb edilməsi ilə bağlı olacaq. Sağlamlıq arayışının hansı xəstəliklərə görə tələb olunacağı da müəyyənləşdiriləcək

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir