20 mart 2019, Çərşənbə
Ana Səhifə - Yazılar - Anam...
Anam...
25.01.2019, 13:47

Firuz Mustafa

 
(ESSE)

Anam Firəngiz Rəhim qızının və dünyadan köçmüş bütün anaların əziz xatirəsinə ithaf edirəm


O, çox iradəli və güclü bir qadın idi. İradəli və güclü olduğu qədər də zərif və gücsüz idi. Bəli, anamı deyirəm, bu günlərdə itirdiyim Firəngiz Rəhim qızı Hacızadə-Mustafayevanı...
Atam 55 yaşında dünyasını dəyişmişdi. Xatırlayıram, o gözlənilməz faciə bizim həyatda aldığımız ilk böyük zərbə idi. Nə edə bilərdik ki? Axı bu, bizim taleyimizi, özümüzdən asılı olmayaraq, etibar etdiyimiz həyatın zərbəsi idi və sonrakı illərdə biz onun, yəni həyatın daha ağır sınaqlarına tuş gələsi olduq.


...Atam Qədimalı Mustafayev birinci Dünya müharibəsindən əvvəl pedaqoji texnikum bitirmişdi. Uzaq Şərqə qədər uzun bir döyüş yolu keçmiş, yaponlarla savaşda iştirak etmişdi. O, maarifçi bir adam idi. 1946-cı ildə cəbhədən geri döndükdən sonra da təhsilini davam etdirmiş, əvvəlcə Rus dili institunda, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdı. Atam ömrünün sonunacan öz kəndimizdə- Gədəbəy rayonunun İsalı kəndində Azərbaycan və rus dili ixtisasları üzrə müəllimi işləmişdi. Öz peşəsini çox sevərdi. Dünyasını qəfildən, elə dərs dediyi məktəbdə dəyişən atamdan sonra bizim həyatımız da büsbütün dəyişdi. 
Biz üç qardaş o vaxt tələbə idik. Mən Pedaqoji universitetdə tələbə idim. Fuad indiki Texniki universitetdə, Fasad Tibb universitetində təhsil alırdı. O vaxt bacım Səyyarə və kiçik qardaşım Ayaz hələ orta məktəbdə oxuyurdular. Anam əvvəllər heç yerdə işləməməmişdi. Amma az sonra nəslimizin ağsaqqalı, böyük maarif xadimi Əli Rəsulovun və atamın uzun illər işlədiyi təhsil ocağının direktoru Əziz Qurbanovun təklifi ilə anam məktəbdə laboratoriya müdiri təyin olundu. 
Atamın və anamın valideynləri vaxtilə repressiyaya məruz qalmışdı. Ata babam Mehralı Məşədi Müstafa oğlu 1930-cü illərdə “kulak” damğası ilə güllələnmiş, ana babam Rəhim Hacı Məmməd oğlu isə bir müddət məhbəs həyatı yaşamalı olmuşdu. Bizim böyük nəslimiz böyük faciələrdən, od-alovdan, qasırğadan keçmişdi.


Onlar, yəni anamgil iki qardaş, iki bacı idilər. Rəhim babam ziyalı bir adam idi və övladlarına Cabbarlının, Cavidin qəhrəmanlarının adını qoymuşdu: Sitarə, Fərrux, Firəngiz, Nahid... Bir neçə il əvvəl anam böyük qardaşı, tanınmış kimyaşı alim Fərrux Hacıyevi itirmişdi. Əlbəttə, necə deyərlər, ölüm haqdır. Lakin bu amansız əcəl də bir az “insaflı” olsun gərək. Niyə, nə üçün belə deyirəm? Anam bu son bir il ərzində ağır sınaqlarla üzləşməli oldu. Belə ki, o, əvvəlcə, ötən il böyük bacısı, ana əvəzi Sitarə xanımı itirdi. Keçən ilin, yəni 2018-ci il yanvar ayının 19-da isə o, kiçik qardaşı, tanınmış yazıçı Nahid Nacızadənin ölümündən dolayı daha bir sağalmaz yara aldı. Yeri gəlmişkən, anam öz yazıçı qardaşının bir əsərini çox sevərdi: “Mənim analı dünyam” adlı məşhur hekayəsini. Mən o dünyanı, o analı aləmi indi daha yaxşı dərk edirəm. Dünyanın işlərinə bax ki, mənim Firəngiz anam qardaşının bir ili keçirilən yas mərasimi günü, yəni yanvar ayının 20-də dünyaya əlvida dedi. 20 Yanvara biz “qara yanvar” da deyirik. Həmin gün bizim azadlığımız uğrunda həyatlarını qurban vermiş şəhidlərin “qara bayramıdır”. Mən o qanlı hadisədən 29 il sonra vəfat etmiş anamı da bir şəhid hesab edirəm. Axı o da öz həyatını bizim, yəni övladlarının azadlığı və xoşbəxtliyi uğrunda qurban vermişdi.


1934-2019. Bu, anamın müqəddəs, ibrətamiz həyatının 85 illik zaman məsafəsidir. 
Anam bizdən, öz qohum-qardaş və övladlarından heç zaman heç nə ummazdı. Onun bütün arzuları, istəkləri Tanrıyla, təbiətlıə bağlıydı. Hərdən söz düşəndə deyərdi ki, kaş Allah məni də öz dərgahına atanız kimi ayaq üstə, əzab-əziyyətsiz aparaydı. O, özü demişkən “yorğan-döşək xəstəsi” olmaqdan, yaxınlarına əziyyət verməkdən ehtiyat edərdi. Sanki Tanrı onun bu arzusunu eşitdi və mənim anam qəfildən, ayaq üstə keçirdiyi qısamüddətli xəstəlikdən dünyasını dəyişdi. Onun bir istəyi də vardı: arabir yarızarafat-yarıciddi deyərdi ki, qorxuram soyuqda-qarda öləm. Sanki təbiət onun bu ricasını da eşitdi. Yanvarın 20-23-ündə qışın ortasında bahar Günəşi doğdu. Halbuki cəmi iki-üç gün öncə tufan, boran, qasırğa dünyaya meydan oxuyurdu. Biz onu Günəşin, işığın bir parçası kimi dəfn etdik. Və nəhayət, anam həmişə deyərdi ki, arzum bu dünyadan övladlarımın çiynində köçməkdir. Neyləyim ki, onun arzulamadığımız bu nisgilli arzusu da çin oldu. Heyhat...

Anam etiqadlı bir insan idi. Onun qəribə, qeyri-adi intuisiyası, güclü yaddaşı vardı. Ürəyinə damanlar daim çin olardı. Adamlar haqqında, hətta hərdən bizim əleyhimizizə, başqa sözlə “kölgəmizcə” danışanlar haqda belə, heç vaxt heç bir bəd söz deməzdi. 
O, bizə uzun-uzadı nəsihətlər etməz və ya didaktika dolu məsləhətlər verməzdi. Amma tez-tez işlətdiyi bir ifadə vardı və o ifadə daim bir sırğa olub qulağımızdan asılmışdı: “Adam heç vaxt haqqı nahaqqın ayağına verməz”... Haqla nahaqqın, xeyirlə şərin əbədi vuruşduğu bu dünyadan o dünyaya köç etdi anam. Bu dünyanın əbədi gərdişinə mən neyləyə bilərəm ki? İntəhasız zamanın amansız dəyirmanı işləməkdə, həmin o dəyirman o sahilsiz zamanın içində qovrulan ömürləri “üyütməkdədir”. Bəli, hamı “buradan” nə vaxtsa “oraya getməyə məhkumdur. Bir dəfə yazmışdım, yenə xatırladım: “Orada əbədiyyət, buradasa ölüm var”...


Doğrusu, bilmirəm, “ana” sözü ilə “anmaq” (“an”) leksemi arasında bir əlaqə var, ya yox?.. Amma bu son günlərdə mənə elə gəldi ki, ANA elə bizim həyatımızın ən gözəl, ən ülvi, ən əvəzolunmaz, təkrarsız bir anı deməkdir. O bir an hətta, bəzən sonlu əsrlər və ya sonsuz əbədiyyət qədər uzun görünsə də belə, daim bir an kimi keçici, ötəri, qısa, fani, bir sözlə, anidir... 
O, mənim dünyamın bir parçası idi. İndi demək olar ki, mən öz dünyamın bir parçasını və yaxud öz analı dünyamı itirdim.
Bəzən tay-tuşlarım öz valideynlərinin yoxluğundan dolayı söhbət düşəndə cəmlik halında “biz yetim adamlarıq” söyləyərkən, mən həmişə qətiyyətlə yaxamı kənara çəkib deyərdim: “Xahiş edirəm, məni o “yetimlər” siyahısına daxil etməyin. Axı mən yetim deyiləm, mənim dağ kimi anam var”. İndi mənim o dağım uçub, mən sinəmə çəkilən dağlarla yaşayıram. Mən yaşımın bu çağında yetim qalmışam.

p.s. Anam Firəngiz Rəhim qızının vəfatı ilə bağlı mənə başsağlığı verən, zəng edən, teleqram vuran, ağır dərdimə şərik olan bütün yaxın dostlara, üzünü görmədiyim tanışlara, etibarlı qohumlara, həssas media nümayəndələrinə təşəkkür edirəm. Analardan müğayat olun. 


SON XƏBƏR
Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı
19.03.2019, 21:34

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19.03.2019, 21:19

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu
19.03.2019, 21:05

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19.03.2019, 20:51

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb

“BMW”dən Türk dili qadağası
19.03.2019, 20:33

“BMW”dən Türk dili qadağası

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

Nazir sosial sığınacağındakı Novruz şənliyində
19.03.2019, 20:03

Nazir sosial sığınacağındakı Novruz şənliyində

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO
19.03.2019, 19:48

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO

Bakıda "bomj" yol kənarında öldü
19.03.2019, 19:34

Bakıda "bomj" yol kənarında öldü

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib
19.03.2019, 19:21

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı
19.03.2019, 19:09

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019, 18:48

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19.03.2019, 18:41

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi
19.03.2019, 18:36

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı
19.03.2019, 18:25

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı

Efiopiyada terror – 5 nəfər öldü
19.03.2019, 18:05

Efiopiyada terror – 5 nəfər öldü

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19.03.2019, 17:54

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var
19.03.2019, 17:48

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19.03.2019, 17:45

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

Prezident daha bir publik hüquqi şəxs yaratdı
19.03.2019, 17:40

Prezident daha bir publik hüquqi şəxs yaratdı

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19.03.2019, 17:31

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   
19.03.2019, 17:24

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat
19.03.2019, 17:14

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Nursultan Nazarbayev istefa verdi
19.03.2019, 17:12

Nursultan Nazarbayev istefa verdi

Manat və dolların martın 27-nə olan məzənnəsi
19.03.2019, 17:04

Manat və dolların martın 27-nə olan məzənnəsi

ARXİV