Modern.az

Türkiyə parlamentinin sədri Bakıya gəlib

Türkiyə parlamentinin sədri Bakıya gəlib

Ölkə

25 Sentyabr 2009, 20:43

Sentyabrın 25-də Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Türkiyə parlamentinin spikeri Mehmet Əli Şahin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri, Baş nazir Artur Rəsizadə, eləcədə Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzvləri ilə görüşəcək.
Həmçinin türkiyəli qonağın Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub. Səfər zamanı Mehmet Əli Şahinin Gəncəyə bir günlük səfər edəcəyi gözlənilir. Burada o Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı ilə görüşəcək, eləcədə Nizami Gəncəvinin məqbərəsində və Mircalal Paşayev muzeyində olacaq. 28-29 sentyabrda Türkiyə Böyük Millət Məclisinin sədrinin Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci iclasında iştirak edəcəyi nəzərdə tutulub.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir