Modern.az

Deputat Gültəkin Hacıbəyli qəzet açıb

Deputat Gültəkin Hacıbəyli qəzet açıb

Media

31 Avqust 2009, 15:19

Millət vəkili Gültəkin Hacıbəyli Gürcüstanın baş şəhərində «Varlıq» adında qəzet açıb. Məlumatı Modern.az saytına qəzetin baş redaktoru Rafiq Hümmət verib. Onun sözlərinə görə Tiflis türk ədəbi-ictimai-mədəni həyatında olduqca çox böyük rola malik bir şəhərdir: “Ona görə də hesab edirdik ki, burada çox ciddi bir mətbu orqan olmalıdır. Azərbaycan Milli Məclisinin üzvü  Gültəkin Hacıbəyli bu ilin əvvəllərində Gürcüstana gəlmişdi. Məlum oldu ki, fikirlərimiz üst-üstə düşür və onun Tiflisdə belə bir qəzetin fəaliyyət göstərməsində marağı var. Sağ olsun. Onun sayəsində «Varlıq» qəzeti fəaliyyətə başlayıb. İndi Gültəkin xanım bizim işə heç bir müdaxilə etmir. Soydaşlarımızın isə qəzetə marağı böyükdür”.

Ofislərinin Tiflisin ilk xəstəxanalarından biri - Aramyan adına xəstəxana yaxınlığında yerləşdiyini qeyd edən baş redaktor əlavə edib ki, bura əsasən ermənilərdən ibarət bir bölgədir: “Bununla belə,  artıq Gürcüstanda, o cümlədən Tiflisdə dövlət, hüquq-mühafizə orqanları oturuşub, yəni, təhlükəsizlik baxımıdan elə bir problemimiz yoxdur. Biz hamımız Gürcüstanın vətəndaşlarıyıq və bu ölkənin istənilən yerində Gürcüstan qanunları çərçivəsində işləyərik, fəaliyyət göstərərik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir