Modern.az

Neftçilər qan verib

Neftçilər qan verib

29 Sentyabr 2009, 12:33

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə növbəti qanvermə aksiyası keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, könüllü qanvermə aksiyaları Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Qobustan Nəqliyyət İdarəsində eləcə də Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentindətəşkil edilib.
Aksiyalar zamanı Təlim, Tədris və Sertifikatlaşdırma Departamentində 25 nəfər, Qobustan Nəqliyyət İdarəsində isə 70 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Səhiyyə Nazirliyi belə aksiyaları davam etdirir.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi