21 noyabr 2017, Çərşənbə
Ana Səhifə - Yazılar - Müqəvva
Müqəvva
26.07.2016, 13:08

Hidayət ELVÜSAL  

 

Bu vəzifə hər bir adamın boynuna biçilmir. Onu axtarırlar, seçirlər, bəyənirlər və birdən hopp götürüb qoyurlar bir vəzifəyə. Deyirlər ki, otur burda, tərpənmə. Nə desələr onu yerinə yetirir. Misal üçün, kağızlara qol çək, iclaslara get, xaricdən, ordan-burdan gələn qonaqları qarşıla. Aylığın da filan qədər. Beləliklə, bəzi-bəzi yerlərdə, vəzifə başında, stol arxasında, katibədən bir qədər aralıda müqəvvalar əyləşir. Rusca onlara deyirlər: «podstavnoye litso».

 

Müqəvvalar səliqə ilə geyinirlər, ətirlənirlər, ütülənirlər, gülümsəyirlər və dişlərini ağartmaqla məşğul olurlar. Orda-burda baş verənlərdən xəbər tutmurlar. Çünki müqəvvadırlar. Müqəvva tərpənmir, eşitmir, dinmir, danışmır, ölüdür. Ölü olmasına görə hər ay haqq alır. Dirilsə öldürərlər. Səbəbi də olar ki, maşın vurub, lükə düşüb, zəhərlənib, soyuqlayıb… Bir sözlə, indiyə kimi onların quduranını, yolunu azanını, sirri açanını necə eləyiblər, elə.

 

Vallahi adamlar var ki, orda-burda beş-altı müqəvva otuzdurub. Məsələn, restoranda, benzindoldurma stansiyasında, mehmanxanada, araq-çaxır sexində, bir sözlə, harda pul var, orda. Əvvəllər belə sahibkarlara deyirdilər «sexovşik», yəni gizli iqtisadiyyat yiyəsi. İndi isə «milli burjuaziya». Beynəlxalq ölçülərə salsaq, «mafioz». Bunlar imkanlı, qorxulu tiplərdir, mütləq hakimlərdir, arxaları çox-çox yuxarılara bağlıdır.

 

Müqəvvalar bu mafiozların kölgələridir, kölələridir. Onların başqa gədələri də var - pulaparan, malgətirən, şilləvuran, şantaj edən və s. Bəzi vəzifə sahiblərinin xərcini çəkib üzüyuxarı itələyənlər də onlardır.

 

Müqəvvalar qəfil bəlaların qurbanları olurlar. Həmin o mafiozlar qalır kənarda, cüzi  payın çatısını boğazına keçirən bu müqəvvaları sürüyürlər məlum yerlərə. Əgər mafiyanın  gücü çatsa, yuxarıların ürəyi olsa, onları təzədən alıb qoyurlar özgə yerə. Yoox əgər fikir, məqsəd ayrı cür olsa göz eləyirlər ki, «infarktdan ölüb». Və müqəvvaların bəziləri ömrünü dəmir barmaqlıq arxasında tapşırırlar mafiozlara.

 

Müqəvvalar bu minvalla yaşayırlar, ölürlər, öldürürlər, amma tərpənmirlər, dinib danışmırlar. Bilirlər ki, onları ittiham edən əslində müstəntiq yox, elə o mafiozların özləridir. O yan-bu yan eləsə onsuz da o söz.

 

Hə… sözümüz o deyil ki, müqəvva belə gəldi, belə getdi, elə mayallaq aşdı. Sözümüz ondadır ki, hər vəzifə başında, stol arxasında gördüyümüz adam «orijinal» deyil, saxta surətdir – müqəvvadır. Onun vəzifəsi, işi-gücü sizin üzünüzə  gülümsəməkdir, qolunuza girib, «tez-tez gəlin» deyib  qapıya qədər yola salmaqdır.

 

Ayy sağ olun! Yadınıza düşdü onlar kimlərdir, harda, hansı vəzifəni  ifa eləyirlər?  Arxalarında dayanan klanları, mafiozları da tanımaq istəyirsiniz? Ağ eləməyin! Zilə çıxmayın! Bu zəncir çox uzundur. Biz balaca adamlarıq, nə karəyik ki, zəncirin bütün həlqələrini görə bilək.

 

O həlqələrini ki, keçib boğazımıza, nəfəsimizi kəsir…


Müəllifin digər yazıları
SON XƏBƏR
Hesablama Palatası 2018-in büdcə layihəsinə qiymət verdi   
21.11.2017, 13:57

Hesablama Palatası 2018-in büdcə layihəsinə qiymət verdi  

Elman Rüstəmov manatın məzənnəsi HAQDA: “...Təzyiq azalıb”
21.11.2017, 13:54

Elman Rüstəmov manatın məzənnəsi HAQDA: “...Təzyiq azalıb”

Şeyxin müavini: “Camaat artıq başa düşür ki, yasda təmtəraq lazımsızdır”   
21.11.2017, 13:48

Şeyxin müavini: “Camaat artıq başa düşür ki, yasda təmtəraq lazımsızdır”  

Putin Azərbaycanın gənclər və idman nazirinin müavinini və şöbə müdirini mükafatlandırdı
21.11.2017, 13:41

Putin Azərbaycanın gənclər və idman nazirinin müavinini və şöbə müdirini mükafatlandırdı

Oğuzda təbiətə zərər vuranlar cəzalandırılıb
21.11.2017, 13:35

Oğuzda təbiətə zərər vuranlar cəzalandırılıb

Nazirdən nikbin PROQNOZLAR: inflyasiya birrəqəmli olacaq
21.11.2017, 13:31

Nazirdən nikbin PROQNOZLAR: inflyasiya birrəqəmli olacaq

Azərbaycanda jurnalistlər üçün karnaval keçiriləcək
21.11.2017, 13:24

Azərbaycanda jurnalistlər üçün karnaval keçiriləcək

Lavrov: “Qarabağ danışıqları ilə bağlı çox nikbin deyiləm”
21.11.2017, 13:12

Lavrov: “Qarabağ danışıqları ilə bağlı çox nikbin deyiləm”

Baş redaktor həbs edildi - Terroru təbliğ etdiyinə görə
21.11.2017, 13:09

Baş redaktor həbs edildi - Terroru təbliğ etdiyinə görə

Nazir büdcənin hara xərclənəcəyini açıqladı
21.11.2017, 13:00

Nazir büdcənin hara xərclənəcəyini açıqladı

Sabahın havası - külək, yağış, qar
21.11.2017, 12:59

Sabahın havası - külək, yağış, qar

Komitə sədri: “Onlar vergi versəydilər, büdcə gəlirləri daha çox olardı”
21.11.2017, 12:53

Komitə sədri: “Onlar vergi versəydilər, büdcə gəlirləri daha çox olardı”

Rusiya səfirliyinə atəş açıldı
21.11.2017, 12:42

Rusiya səfirliyinə atəş açıldı

Atasını yandırıb öldürənə 19 il iş verildi
21.11.2017, 12:40

Atasını yandırıb öldürənə 19 il iş verildi

Ermənilər Laçınla Fransa şəhərini
21.11.2017, 12:33

Ermənilər Laçınla Fransa şəhərini "qardaşlaşdırdı"

DİN ağır yol qəzası ilə bağlı məlumat yaydı
21.11.2017, 12:26

DİN ağır yol qəzası ilə bağlı məlumat yaydı

Qubada oğul atasını güllələyib
21.11.2017, 12:19

Qubada oğul atasını güllələyib

Oqtay Əsədov da gələn ilin büdcəsindən DANIŞDI
21.11.2017, 12:18

Oqtay Əsədov da gələn ilin büdcəsindən DANIŞDI

İran prezidenti: “İŞİD  terror təşkilatı bitdi”
21.11.2017, 12:03

İran prezidenti: “İŞİD  terror təşkilatı bitdi”

Artur Rasizadə nazirlərlə birgə Milli Məclisə gəldi
21.11.2017, 12:02

Artur Rasizadə nazirlərlə birgə Milli Məclisə gəldi

“Yalandır, 160 manat pensiya alıram” -  Rəsmi qurum xalq artistinə cavab verdi - YENİLƏNİB   
21.11.2017, 11:55

“Yalandır, 160 manat pensiya alıram” -  Rəsmi qurum xalq artistinə cavab verdi - YENİLƏNİB  

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər
21.11.2017, 11:51

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər

Bakıda körpülərdən oğurluq edən şəxslər saxlanıldı
21.11.2017, 11:40

Bakıda körpülərdən oğurluq edən şəxslər saxlanıldı

Rusiya 18 ton pomidoru Azərbaycana qaytardı
21.11.2017, 11:39

Rusiya 18 ton pomidoru Azərbaycana qaytardı

Səttar Möhbalıyev Səlim Müslümovu ƏVƏZLƏDİ           
21.11.2017, 11:28

Səttar Möhbalıyev Səlim Müslümovu ƏVƏZLƏDİ           

Dələduzluq edən baş redaktor məhkəmə qarşısında
21.11.2017, 11:26

Dələduzluq edən baş redaktor məhkəmə qarşısında

Jurnalistlərə məlumat sızdıran mənbələr...  - Onlar nə dərəcədə mötəbərdir?   
21.11.2017, 11:21

Jurnalistlərə məlumat sızdıran mənbələr...  - Onlar nə dərəcədə mötəbərdir?  

Putin bu gün Trampla danışacaq
21.11.2017, 11:13

Putin bu gün Trampla danışacaq

Meral Akşenerin partiyası Türkiyə parlamentində
21.11.2017, 11:09

Meral Akşenerin partiyası Türkiyə parlamentində

Şəhriyarın büstünə qarşı hörmətsizlik Azərbaycanda etiraz doğurdu
21.11.2017, 11:05

Şəhriyarın büstünə qarşı hörmətsizlik Azərbaycanda etiraz doğurdu

Yol polisi sürücünü hədələdi: “Sənin başın partlayar!” - VİDEO
21.11.2017, 11:00

Yol polisi sürücünü hədələdi: “Sənin başın partlayar!” - VİDEO

Lavrov Yerevanda Qarabağla bağlı danışıqlar aparır
21.11.2017, 10:59

Lavrov Yerevanda Qarabağla bağlı danışıqlar aparır

Sərhədi pozan 39 nəfər saxlanıldı
21.11.2017, 10:56

Sərhədi pozan 39 nəfər saxlanıldı

Naxçıvanda praktiki atışlar icra olunub - VİDEO
21.11.2017, 10:55

Naxçıvanda praktiki atışlar icra olunub - VİDEO

Türkiyə Baş Qərargah rəisi Rusiyaya getdi
21.11.2017, 10:52

Türkiyə Baş Qərargah rəisi Rusiyaya getdi

ARXİV