24 yanvar 2018, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Azad qadın - Güclü dövlət
Azad qadın - Güclü dövlət
26.08.2016, 09:37

Cavanşir Feyziyev ,
Milli Məclisin deputatı
,
Fəlsəfə doktoru

 

“Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”.
Mehriban Əliyeva

Ölkəmizin gender tarixinə nəzər saldıqda əsrlər boyu bu topaqda yaşayıb dəyişən nəsillərin dünyanın əksər bölgələrində olduğu kimi, tam patriarxal sosial sistemdə yaşadığını iddia etmək mümkün deyil. Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla  cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir.  Türklərin qadına nəcib münasibətini aydın şəkildə ortaya qoyan “Kitabi Dədə Qorqud” dastanında da qadının cəmiyyətdə tutduğu üstün mövqe özünün real əksini tapmışdır. Burla Xatun, Banu Çiçək, Selcan Xatun kimi qəhrəman qadın obrazları, onların mübariz həyat tərzi, cəsur və mərdanə davranışları  cəmiyyətdə qadınların hələ yüz illər bundan öncə kişilərlə bərabər hüquqlara, hətta daha mötəbər statusa malik olduqlarının əyani təzahürüdür. Bu faktlara sadəcə folklor yaradıcılığımızdan deyil, real həyatdan da kifayət qədər misallar gətirmək olar. Atabəylərin Möminə xatunu və Mehrican xatunu, XII əsr Şərq İntibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, XV əsr Ağqoyunluların Sara xatunu, Qarabağ Xanlığının sonuncu vərəsəsi – Xan qızı Natəvan, sovet sisteminin fədakar qurucularından və eyni zamnda qurbanlarından biri olmuş Ayna Sultanova, XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış Aida İmanquliyeva kimi mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində cəmiyyətin və dövlətçiliyin təkamülündə aparıcı qüvvə kimi çıxış etmiş və özlərindən sonrakı nəsillər üçün Azərbaycan qadınının mükəmməl örnəyinə çevrilmişlər. Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik bu günkü dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi –sosial inkişafında yorulmadan çalışan  Azərbaycan qadını üçün ilham və enerji mənbəyidir.  Bu yaradıcı enerjini  xalq və dövlət üçün, bu günkü və gələcək nəsillərın rifahı üçün  hərtərəfli real fəaliyyət proqramına çevirmək missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş XXI əsrın ən görkəmli Azərbaycan xanımı isə Mehriban Əliyevadır.     

Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi,  böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban xanım Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Mehriban xanım Əliyevanın malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, onun vətənimizə, dövlətçiliyimizə və xalqımıza  sadiqlik əzmini şərtləndirən əsas amildir. Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır.

Mehriban Əliyeva qadının ailədə rolu haqqında belə deyir: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Bu yanaşma ilə, o Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır.



Mehriban xanım Əliyevanın fəaliyyət  dairəsi çox genişdir. O, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi sistemli və aydın, bir-birini təkrarlamayan fəaliyyət zənginliyinə malikdir. Hələ 21 il öncə –1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondunu təsis edən Mehriban Əliyeva   milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi  Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban xanım Əliyevanın belə bir müqəddəs missiyanı üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi. Bu təşəbbüs xalqımıza azərbaycançılıq məfkurəsinin aşılanması, onun zəngin mədəniyyət tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi yolu ilə Sovet hakimiyyətinin süqutundan sonra yaranmış ideoloji boşluğun aradan qaldırılması baxımından xüsusi önəm kəsb edirdi.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə  “Azərbaycan-İrs” jurnalı işıq üzü görmüş, milli musiqimizin korifeylərinin albomları hazırlanmış, həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan mədəniyyətini və tarixini təbliğ edən çoxsaylı  təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri təşkil edilmişdir. “Bakı Muğam Mərkəzi”nin yaradılması, “Qarabağ xanəndələri” musiqili albomun buraxılışı, “Bakı payızı”, Beynəlxalq Bakı Caz festivallarının təşkili kimi ölkəmizin incəsənət tarixində xüsusi yer tutan mədəniyyət hadisələri Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə reallığa çevrilmişdir. 

Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində iştirakının təşəbbüskarı kimi çıxış etmiş Mehriban xanım Əliyeva bu musiqi yarışması vasitəsilə Azərbaycanın və onun musiqisinin dünyada tanıdılmasına xüsusi səy göstərmişdir.  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  2012-ci il “Eurovision” Mahnı Müsabiqəsinin təşkili və keçirilməsi haqqında müvafiq Sərəncamı  ilə yaradılmış Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyeva bu musiqi yarışmasının Azərbaycanda ən yüksək səviyyədə keçirilməsinə nail olmuş və Azərbaycanın müxtəlif məzmunlu beynəlxalq  tədbirlərin təşkilində qabaqcıl dövlətlərdən birinə çevrildiyini ortaya qoymuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi də fəaliyyəti peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiqdir.  2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Mehriban Əliyeva seçicilərin böyük səs çoxluğu ilə millət vəkili seçilmişdir. Bu, həm də Mehriban xanım Əliyevanın fəaliyyətinə verilmiş layiqli vətəndaş qiymətinin bariz nümunəsidir. Azərbaycan seçicisi bu seçimlə dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi   işində həm ölkə başçısı İlham Əliyevin, həm də  bütün təşəbbüslərində ona öz dəstəyini əsirgəməyən Birinci xanım Mehriban Əliyevanın yanında olduğunu bir daha sübut etmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavini olan Mehriban Əliyeva Azərbaycanın siyasi elitasının aparıcı qüvvələrindən birinə çevrilmişdir.

Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya  aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. Cəmiyyətə layiqli vətəndaş qazandırmağın onu cəzalandırmaqla deyil, bağışlamaqla, sosial həyata inteqrasiyasına lazımi şərait yaratmaqla mümkünlüyü düşüncəsində olan Mehriban Əliyeva hər zaman məsuliyyətli qərarlar vermək bacarığını nümayiş etdirmişdir. Azərbaycan Parlamentində “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” sonuncu Qanun layihəsinin müzakirəsi zamanı söylədiyi fikirlərlə Mehriban xanım Əliyeva cəmiyyətdə humanizm prinsiplərinin rəhbər tutulmasının nə qədər önəmli olduğunu ifadə etmişdir: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”. Mehriban  Əliyevanın simasında Azərbaycan qadını ilk dəfə olaraq humanist dəyərləri mənəvi kamilliyin əsas meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımızın mütəhərrik qüvvəsinə çevrilir.

2004-cü ildə Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təsis edilməsi müasir Azərbaycan tarixinin əlamətdar hadisələrindən biridir. Heydər Əliyev Fondu Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək məramı ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının nəsildən-nəsilə ötürülməsi zərurətindən yaranmışdır.

Heydər Əliyev Fondu ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən ən innovativ təsisatlarından biri olaraq  təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə cəmiyyət və dövlətimiz üçün aktual olan layihələrin həyata keçirilməsində təşəbbüskar və təşkilatçı qurum kimi çıxış edir. Xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, Azərbaycan vətəndaşlarının yaradıcı potensialının üzə çıxarılması və inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin qorunmasına dəstək verilməsi, azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləridir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan Respublikasının beynəlxalq nüfuzun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi Fondun fəaliyyət dairəsinə daxil olan prioritet sahələrdir. Heydər Əliyev Fondunun dəstəyi ilə  Müqəddəs Marçellinio və Pietro katakombalarının, Luvr muzeyinin bir hissəsinin bərpası  Azərbaycanın nadir bir tolerantlıq məkanı kimi dünya miqyasında mədəniyyətlər və dinlər arası dialoqda oynadığı tarixi rolun təzahürüdür.   

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəblər”, Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə fiziki və əqli cəhətdən sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.

Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi-mədəni sahələrdə çoxsaylı  təşəbbüslərin müəllifi kimi önə çıxması Azərbaycan qadınının inkişafı üçün yeni üfüqlər açmışdır. Bu ənənənin davamı olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya Nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün  (İDEA) təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər artıq gənc Azərbaycan xanımının cəmiyyət üçün aktual olan məsələlərin həllində söz sahibinə çevrildiyini göstərir.

İdmana qayğı, ölkəmizdə sağlam nəslin yetişməsinə dəstək də Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet sahələrdəndir. O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Müvafiq olaraq, 2005, 2007, 2009 və 2014-cü illərdə gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasında və Azərbaycanın idman ölkəsi kimi dünyada tanıdılmasında mühüm rol oynamışdır.

2013-cü ilin yanvarında dövlət başçısı cənab İlham Əliyevin Birinci Avropa Oyunlarının yüksək səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə imzaladığı Sərəncama müvafiq olaraq Təşkilat Komitəsi yaradılmış və Mehriban Əliyeva həmin Komitənin sədri təyin edilmişdir. Dünyanın aparıcı şəhərlərində I Avropa Oyunlarına dair təqdimatların keçirilməsi Azərbaycanın dünyada tanıdılması üçün tarixi fürsət olmuşdur. Birinci Avropa Oyunlarına hazırlıq işlərinin mükəmməl şəkildə tamamlanması və bu mötəbər yarışın Olimpiya oyunları səviyyəsində təşkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin gərgin əməyi sayəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə ölkəmizin birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Mehriban xanım Əliyevanın ölkəmizin ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunması Azərbaycanın Birinci xanımının fəaliyyətinə verilmiş ən yüksək dəyərdir. Bu mükafatla ölkə başçısı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərin Azərbaycan xalqı və dövləti üçün nə qədər əhəmiyyətli olduğunu  göstərmişdir.

Prezident İlham Əliyev Birinci Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırma mərasimindəki çıxışında Mehriban xanım Əliyevanın fəaliyyətinə səmimiyyətlə dəyər verir: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur”. 

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə idman, mədəniyyət, təhsil sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İdmandan təhsilə qədər, mədəniyyətdən səhiyyəyə qədər,  xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına qədər əhatəli fəaliyyət potensialına malik olan Mehriban Əliyevanın ölkəmizin bütün ictimai, siyasi, mədəni dairələri tərəfindən güclü Azərbaycan qadını kimi tanınması və sevilməsi cəmiyyətimizdə  Azərbaycan qadınına verilən yüksək dəyərin ifadəsidir.

Mehriban xanımın ölkə və qlobal səviyyədə gördüyü işlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilməkdədir. 2016-cı ildə Mehriban xanım Əliyeva Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsinin ən yüksək mükafatı olan Ali Ordenlə təltif edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın “Şərəf Legionu” ordeninə və bir çox dövlətlərin orden və medallarına, çoxsaylı mükafatlarına layiq görülmüşdür.

Azərbaycan xanımına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş, ölkəmizin siyasi sistemində güclü “Birinci Xanım” institutu formalaşmışdır. Mehriban xanım Əliyevanın maddi və qeyri-maddi irsimizin qorunması, Azərbaycan gerçəkliklərinin, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik və humanitar təşəbbüslərin irəli sürülməsi kimi çoxşaxəli fəaliyyət dairəsi Azərbaycan xanımının tükənməz gücünü nümayiş etdirir. Bütün bunlar müasir Azərbaycan xanımının öz tarixi missiyasını ləyaqətlə davam etdirdiyini, milli-mənəvi dəyərlərimizin keşiyində cəsarətlə durduğunu göstərir. 

Xalqımız  Mehriban Əliyevanın fəaliyyətinə layiqli qiymət verərək onun bütün təşəbbüslərini dəstəkləyir və onun şəxsində  Azərbaycan xanımına ən yüksək hörmət və ehtiramını ifadə edir.  Xüsusilə bu gün, Mehriban xanım Əliyevanın doğum günündə  milyonlarla insanın ürəyində sevinc  və minnətdarlıq hissi yaşanır. Bu ürəklərdə səslənən ən xoş arzular xalq üçün, Vətənimiz üçün yorulmadan, usanmadan çalışan  fədakar insana – Mehriban Əliyevaya ünvanlanır. Sonsuz xalq sevgisinə sahib olan Mehriban Əliyevaya milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzusu ilə,

 

Cavanşir Feyziyev
Millət vəkili, Fəlsəfə doktoru


SON XƏBƏR
“Heç bilmirəm anası çox dərd çəkir, yoxsa mən?!” - “Aprel şəhidi”, polkovnik Vüqar Yusifovun XANIMI
24.01.2018, 09:16

“Heç bilmirəm anası çox dərd çəkir, yoxsa mən?!” - “Aprel şəhidi”, polkovnik Vüqar Yusifovun XANIMI

Azərbaycan Seyidləri - Xok Seyidlərinin Şəcərəsi   
24.01.2018, 09:13

Azərbaycan Seyidləri - Xok Seyidlərinin Şəcərəsi  

Makrondan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: “Qarşılıqlı güzəşt olsun”
24.01.2018, 09:09

Makrondan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: “Qarşılıqlı güzəşt olsun”

Axtarışlarda iştirak edən alpinist: “Çox müəmmalı hadisədir...”
24.01.2018, 08:52

Axtarışlarda iştirak edən alpinist: “Çox müəmmalı hadisədir...”

Liviyada terror: 33 ölü
24.01.2018, 08:49

Liviyada terror: 33 ölü

Putinlə Ərdoğan "Zeytun budağı"nı müzakirə etdilər
24.01.2018, 08:46

Putinlə Ərdoğan "Zeytun budağı"nı müzakirə etdilər

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
24.01.2018, 08:30

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Mir Cəfər Bağırovun saxta ölümü, qamçılanması və xilası
24.01.2018, 00:47

Mir Cəfər Bağırovun saxta ölümü, qamçılanması və xilası

Bakıda yeni dələduzluq variantı - Video
24.01.2018, 00:34

Bakıda yeni dələduzluq variantı - Video

Uzun müddət yarğanda gizlənən, Xalq yazıçısının əsərində təndiq olunan Cümhuriyyət qəhrəmanı
24.01.2018, 00:17

Uzun müddət yarğanda gizlənən, Xalq yazıçısının əsərində təndiq olunan Cümhuriyyət qəhrəmanı

İlham Əliyev: “Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil”
23.01.2018, 23:55

İlham Əliyev: “Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil”

Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir"
23.01.2018, 23:43

Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir"

Bakı-İstanbul aviareysində problem yaranıb
23.01.2018, 23:29

Bakı-İstanbul aviareysində problem yaranıb

Azərbaycan nefti bahalaşdı
23.01.2018, 23:16

Azərbaycan nefti bahalaşdı

Adamyanı qətlə yetirən “azərbaycanlılar”, yaxud Balayanın sərsəmləməsi – DAĞLIQ QARABAĞ OLAYLARI
23.01.2018, 22:58

Adamyanı qətlə yetirən “azərbaycanlılar”, yaxud Balayanın sərsəmləməsi – DAĞLIQ QARABAĞ OLAYLARI

Tanınmış jurnalist urək tutmasından vəfat etdi
23.01.2018, 22:42

Tanınmış jurnalist urək tutmasından vəfat etdi

Sərnişinlər yollarda qaldı - Video
23.01.2018, 22:34

Sərnişinlər yollarda qaldı - Video

Bitkoin bir qədər də ucuzlaşdı
23.01.2018, 22:18

Bitkoin bir qədər də ucuzlaşdı

Diqəm Əsgərov və Şahbaz Quliyevin fotoları AŞPA sessiyasında nümayiş etdirildi - VİDEO
23.01.2018, 22:04

Diqəm Əsgərov və Şahbaz Quliyevin fotoları AŞPA sessiyasında nümayiş etdirildi - VİDEO

ABŞ PYD/YPG-yə dəstəyini kəsəcək
23.01.2018, 21:54

ABŞ PYD/YPG-yə dəstəyini kəsəcək

İlham Əliyev: “Neftin qiymətinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyirik”
23.01.2018, 21:40

İlham Əliyev: “Neftin qiymətinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyirik”

Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib
23.01.2018, 21:35

Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunur” - Video
23.01.2018, 21:21

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunur” - Video

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var" – NATO rəsmisi
23.01.2018, 21:08

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var" – NATO rəsmisi

Türkiyə Afrində daha bir şəhid verdi
23.01.2018, 20:56

Türkiyə Afrində daha bir şəhid verdi

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək
23.01.2018, 20:43

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

Kürdəmir sakini intihar etdi
23.01.2018, 20:30

Kürdəmir sakini intihar etdi

İlham Əliyev Gürcüstanın baş naziri ilə regional məsələləri müzakirə etdi
23.01.2018, 20:16

İlham Əliyev Gürcüstanın baş naziri ilə regional məsələləri müzakirə etdi

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllinı ümidvaram”- Anders Samuelsen
23.01.2018, 20:03

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllinı ümidvaram”- Anders Samuelsen

İlham Əliyev: “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq”
23.01.2018, 19:51

İlham Əliyev: “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq”

Kürdəmirdə 68 yaşlı qadın intihar edib
23.01.2018, 18:56

Kürdəmirdə 68 yaşlı qadın intihar edib

Goranboyda minaatan mərmisi tapılıb
23.01.2018, 18:47

Goranboyda minaatan mərmisi tapılıb

Əbülfəz Qarayev vətəndaşları qəbul edəcək
23.01.2018, 18:38

Əbülfəz Qarayev vətəndaşları qəbul edəcək

Gözəl Bayramlıya hökm oxundu: 3 il
23.01.2018, 18:31

Gözəl Bayramlıya hökm oxundu: 3 il

"Bakı-Tbilisi-Qars Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib”
23.01.2018, 18:26

"Bakı-Tbilisi-Qars Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib”

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(43.3%)
SOCAR(13.2%)
Azersun Holding(9.43%)
Azercell(3.77%)
Bakcell(7.54%)
Nar mobile(1.88%)
Gilan Holdinq(3.77%)
Nurgun Group(1.88%)
Paşa Holding(3.77%)
Akkord(11.3%)