20 avqust 2018, Bazar ertəsi
Ana Səhifə - Yazılar - Uşaqları öldürülən torpaqlar
Uşaqları öldürülən torpaqlar
26.08.2016, 12:51

Hidayət Elvüsal

 

Bu faciəni biz də gördük. Erməni faşistləri Xocalıda, elə bir dəhşət törətdi ki, insanlıq heyrət içində donub qaldı. Faciə erməni faşizminin qanlı imzasını bütün dünyaya tanıtdı. Orada qətlə yetirilən uşaqlardan ikisinin fotoşəkli bu faciənin simvolu oldu.


Sonralar erməni faşizminin ideoloqlarından olan Zori Balayan da öz kitabında bir azərbaycanlı körpəni necə əzabla öldürdüyünü soyuqqanlılıqla yazdı. Sərkisyan dinc əhalini, hətta uşaqların öldürülməsini məhz qəsdən törədildiyini bəyan etdi. Yəni ermənilər faşizanə xarakterlərini hər addımda, hər yerdə etiraf etdilər. Dünya gördü, dünya bildi, dünya susdu…


ABŞ və ona qoşulan koalision gücləri İrakda minlərlə uşağı bombaların altında parça-parça elədi. Sağ qalan uşaqlardan 1 milyonu yetim qaldı. Ölkənin demokrafik tarazlığını qəsdən pozdu. Müsəlman nüfuzunun gələcəyini baltaladı. Ata və oğul Buşlar İraqı yerlə-yeksan, uşaqların gələcəyini qapqaranlıq elədilər.


İsrail təyyarələri dəniz sahilində oynayan qəzzalı uşaqları bombaladı. Hamısı öldü. O körpə fidanlar gül açmamış qönçələr kimi zalımın əlində solub getdilər.


Bu gün də fəlakət içində çırpınan Suriya - “Ərəb baharı” proyektinin həyata keçmədiyi bir ölkə. Bəşər Əsad (“Əsəd” yox, məhz Əsad) dirəndi. Təyyarələrin yağdırdığı “demokratik” bombalar xalqın iradəsini sonuna qədər qıra bilmədi. Amma faciə buradan da yan keçmədi. Yenə uşaqlar, körpə fidanlar…


Bombalardan, güllələrdən qaçan körpələr “xoşbəxt dünya”ya üz tutarkən ya acından, ya soyuqdan öldülər, ya da sularda qərq oldular. Bütün dünyanı titrədən balaca Aylanın meyidini sahilə atan dalğalar sanki bəşəriyyətə faciənin nə qədər böyük, nə qədər amansız olduğunu göstərdi. Üzüquylu, sanki yatmış kimi Egeyin sahilində hərəkətsiz olan Aylan suriyalı uşaqların simvolik tablosu oldu.


Balaca Nüda, 4 yaşlı Fidan da böyümədilər. Əyinlərinə gəlin paltarı geyinmədən dünyadan köçdülər. “Köçdülər” yox, köçürüldülər, öldürüldülər.


Qazıjantəpdəki terror hadisəsində də uşaqlar hədəf alındı. Hətta 3 aylıq körpəyə də qıydılar. 5 yaşlı Umra sanki bütün dünyanı ittiham etdi:


- Mən cocuğam. Onlara nə etmişəm ki?!


Cavab yoxdur. Əslində var - acımış, yeni sərvətlər, torpaqlar işğal etməklə müsəlman ölkələrini yenidən bölüşməyə çalışan  ABŞ və Avropa bu yolla müsəlman nüfuzunun gələcəyini baltalayıb, torpaqlarını ələ keçirmək üçün hər yola əl atırlar.


ABŞ-ın əl-Kaidəsi, İŞİD-i, ingilislərin vəhhabiləri, İsrailin nurçuları, Fətullahın “hizmətçiləri”… Yaxın Şərq proyektinin - yəni “parçala, hökm elə” zehniyyəti ilə yaradılan muzdlu güclərdir. Elə bir terror təşkilatı yoxdur ki, orada ABŞ-ın “barmaq izləri” görünməsin. Ən əvvəl ABŞ və ona dəstək olan koalisiyon gücləri hər hansı müsəlman ölkəsini bombalayır. Daha sonra orada düşmənçilik toxumu səpib, kənardan baxır. Qəbilələr, təriqətlər, müxtəlif düşüncə sahibləri bir-birlərini qırıb-çatırlar. Ölkə zəiflədikcə zəifləyir, haldan düşür və bu zaman “ovçular” yenidən meydana çıxırlar. İblisanə hərəkətlərilə bu dəfə özlərini humanist kimi göstərirlər. Üç-dörd qutu siqaret, quru çörək, vaxtı keçmiş digər ərzaqlar paylayırlar. Öldürdükləri insanların, ən çox da körpələrin ruhu qarşısında şeytanlar kimi gəzib-dolanırlar.


Nə vaxta qədər?!


O zamana qədər ki, hər müsəlman ölkəsi öz başını salamat istəyəcək və başına bomba yağacaq. ABŞ və Avropa birləşib. Qan tökür, işğal edir, sərvətləri sümürüb aparır. Müsəlman ayılmır, birləşmir, sanki hələ də orta əsrlərdən üzübəri gəlməyib.


Və əslində gəlməyib də! Xristial şirkət quranda bunlar geydirmə təriqətlər yaradırlar. İslamı saxtalaşdırdıqca ölürlər, öldürürlər, torpaqlarını, mənliklərini, körpələrini, gələcəklərini itirirlər.


Və yenə də Xocalı faciəsinə öldürülən körpələrin yanına qayıdıram. ABŞ və Qərbin erməni faşizminə göz yummalarını bu panoramda anlamaq daha asandır - xristian ermənilər, müsəlman azərbaycanlıların torpaqlarını işğal edib, körpələrini öldürüblər… Yəni ermənilərin hərəkətlərində özlərini görürlər. Yoxsa niyə ABŞ işğal olunmuş Dağlıq Qarabağdakı ermənilərə o qədər pul verir? Bunu nə ilə əsaslandırır? İşğala məruz qalan Azərbaycana isə bir şeydirmə - “906-cı düzəliş”lə heç bir yardım göstərməyib.


İndi o ölən, yaralanan, yetim qalan körpələrin qatillərinə havadarlıq edənləri apaydın görürük. Son həmlələri Türkiyədir. Hamı ayaqdadır və onlar burada dirəndilər. Bəlkə də hesab edirdilər ki, əyilməkdən, təhqir olunmaqdan, haqsızlığa uğramadan, işsizlikdən, yalanlardan… bezmiş türkün gücü azalır. Ordusu darmadağın edilib, iştisadiyyatı çöküb. Amma unutdular ki, Türk milləti belə məqamlarda ayağa qalxmağı, düşməni əzməyi bacarır və belə də oldu.


Və bu gün körpələri hədəf alanlar kimə köməklik etdiklərini ciddi düşünməlidirlər. Türk yatmış pələng bənzəridir! Bozqurddur! Ayağa qalxanda düşmənlə vuruşmağı, diz çökdürməyi bacarır.

Öldürdükləri, yaraladıqları körpələrin intiqamı isə alınacaq.

Həm orada, həm də burada - Qarabağda!


Müəllifin digər yazıları
SON XƏBƏR
Heydər Əliyev Fondu tərəfindən ADAU-ya dəstək
20.08.2018, 12:52

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya dəstək

DSX-nin birgə taktiki döyüş təlimi sona çatdı - FOTOLAR
20.08.2018, 12:45

DSX-nin birgə taktiki döyüş təlimi sona çatdı - FOTOLAR

Azərbaycan-Rusiya arasında yeni sənədlər İMZALANACAQ
20.08.2018, 12:42

Azərbaycan-Rusiya arasında yeni sənədlər İMZALANACAQ

Bu həftə enerji qəzası ilə bağlı yekun rəy olacaq
20.08.2018, 12:24

Bu həftə enerji qəzası ilə bağlı yekun rəy olacaq

“Türkiyə ədəbiyyatı antologiyası” (poeziya) Azərbaycan dilində
20.08.2018, 12:22

“Türkiyə ədəbiyyatı antologiyası” (poeziya) Azərbaycan dilində

Bakıda evdən 5000 dollar və 10000 manatlıq qızıl oğurlandı
20.08.2018, 12:14

Bakıda evdən 5000 dollar və 10000 manatlıq qızıl oğurlandı

Rusiya Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcək - RƏSMİ
20.08.2018, 12:07

Rusiya Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcək - RƏSMİ

Prezidentdən general-polkovnik Vaqif Axundovla bağlı SƏRƏNCAM
20.08.2018, 12:02

Prezidentdən general-polkovnik Vaqif Axundovla bağlı SƏRƏNCAM

İnam Kərimov Şəmkirdə şikayətləri dinləyəcək
20.08.2018, 11:57

İnam Kərimov Şəmkirdə şikayətləri dinləyəcək

Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI
20.08.2018, 11:56

Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

Ölkəyə qanunsuz telefon keçirməyin qarşısı alındı - FOTO
20.08.2018, 11:45

Ölkəyə qanunsuz telefon keçirməyin qarşısı alındı - FOTO

Ermənistan Azərbaycanla sərhədə polis qoşunları göndərir – Aprel döyüşlərində iştirak ediblər
20.08.2018, 11:42

Ermənistan Azərbaycanla sərhədə polis qoşunları göndərir – Aprel döyüşlərində iştirak ediblər

Söyüd ağacını kəsdi, 2000 manat CƏRİMƏLƏNDİ
20.08.2018, 11:36

Söyüd ağacını kəsdi, 2000 manat CƏRİMƏLƏNDİ

Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı
20.08.2018, 11:29

Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı

Dağıstanda dəhşətli qəza – 18 nəfər yaralandı
20.08.2018, 11:26

Dağıstanda dəhşətli qəza – 18 nəfər yaralandı

Bir-birindən ayrı düşmüş ailələr Şimali Koreyada GÖRÜŞDÜ
20.08.2018, 11:24

Bir-birindən ayrı düşmüş ailələr Şimali Koreyada GÖRÜŞDÜ

Pentaqon anonim messenger yaradır
20.08.2018, 11:21

Pentaqon anonim messenger yaradır

İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını belə əsaslandırdı   
20.08.2018, 11:16

İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını belə əsaslandırdı  

CFA-ın akkreditasiyasını qazanan Azərbaycan universiteti - UNEC
20.08.2018, 11:16

CFA-ın akkreditasiyasını qazanan Azərbaycan universiteti - UNEC

Bakı metrosunda iki soyğunçu tutuldu - biri qadındır
20.08.2018, 10:54

Bakı metrosunda iki soyğunçu tutuldu - biri qadındır

Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb
20.08.2018, 10:51

Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb

Dövlət qulluğuna test imtahanında uğur qazananların NƏZƏRİNƏ
20.08.2018, 10:36

Dövlət qulluğuna test imtahanında uğur qazananların NƏZƏRİNƏ

Almaniyadan ETİRAF: Türk lirəsinin ucuzlaşması RİSKDİR
20.08.2018, 10:32

Almaniyadan ETİRAF: Türk lirəsinin ucuzlaşması RİSKDİR

“Hamınız bir bezin qırağısınız”- Rəşad Məcid
20.08.2018, 10:24

“Hamınız bir bezin qırağısınız”- Rəşad Məcid

BirKart-la taksitli alış-veriş et, 50 AZN qazan!
20.08.2018, 10:23

BirKart-la taksitli alış-veriş et, 50 AZN qazan!

Ukrayna məhkəməsi azərbaycanlıya 6 il iş kəsdi
20.08.2018, 10:19

Ukrayna məhkəməsi azərbaycanlıya 6 il iş kəsdi

DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimi başa çatır
20.08.2018, 10:08

DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimi başa çatır

Aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analizlər aparılıb
20.08.2018, 10:00

Aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analizlər aparılıb

7 ballıq zəlzələ oldu – 10 ölü, 24 yaralı   
20.08.2018, 09:52

7 ballıq zəlzələ oldu – 10 ölü, 24 yaralı  

Aqrobiznes dəyər zəncirlərinin yaradılması üzrə məlumatlandırma kampaniyası keçirilir
20.08.2018, 09:47

Aqrobiznes dəyər zəncirlərinin yaradılması üzrə məlumatlandırma kampaniyası keçirilir

“Taliban” 150 nəfəri girov götürdü
20.08.2018, 09:44

“Taliban” 150 nəfəri girov götürdü

Cəbhədə şiddətli atışma oldu
20.08.2018, 09:40

Cəbhədə şiddətli atışma oldu

Fransada yanğın - 22 nəfər xəsarət aldı
20.08.2018, 09:31

Fransada yanğın - 22 nəfər xəsarət aldı

ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu
20.08.2018, 09:09

ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu

ABŞ Rusiya analoqunu silahlanmaya daxil edir 
20.08.2018, 08:54

ABŞ Rusiya analoqunu silahlanmaya daxil edir 

ARXİV