Modern.az

Azərbaycanın iki nazirinin ardından idmançılarımız da Ermənistana gedəcək

Azərbaycanın iki nazirinin ardından idmançılarımız da Ermənistana gedəcək

2 Sentyabr 2009, 14:49

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Cüdo Federasiyasının prezidenti əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bir neçə gün əvvəl Ermənistana səfər ediblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirlər Azərbaycan cüdoçularının Ermənistanda keçiriləcək Gənclər arasında Avropa çempionatında iştirakı ilə bağlı təşkilati məsələləri müzakirə edəcəklər.

Verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov, onun ermənistanlı həmkarı Armen Qriqoryan , Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov və Ermənistan Cüdo Federasiyasının Prezidenti Aleksyan Avetisyan , eyni zamanda Avropa Cüdo Federasiyası və Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri arasında müqavilə imzalanıb.

Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqlarları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması və himninin səsləndirilməsi və bütün iştirkaçıların bu an ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?