Modern.az

Bakıda bir nəfər üçün yaşıllıq normadan iki dəfə azdır

Bakıda bir nəfər üçün yaşıllıq normadan iki dəfə azdır

2 Sentyabr 2009, 17:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təkmilləşdirmə və ixtisasartırma İnstitutunda meşəçilərə 12 günlük ixtisasartırma kursu təşkil edilib.  

Kurslarda İnstitutun Meşə şöbəsinin müdiri Allahverdi Dolxanov, müəllim Faiq Əmirov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kadr hazırlığı və elm sektorunun müdiri Nəcəf Hüseynov və müxtəlif  bölgələrdən Meşə Mühafizəsi və Bərpası təsərrüfatlarının mühəndisləri iştirak ediblər.  Kurs iştirakçılarından imtahan götürülüb, müxtəlif mövzular ətrafında söhbət aparılıb.

Modern.az saytı xəbər verir ki, kurslarla bağlı yekun tədbirdə çıxış edən Allahverdi Dolxanov  bildirib ki, Azərbaycanın meşə sahəsini 30-35%-i Kiçik Qafqaz dağlarında yerləşir. Bu ərazilərin əksəriyyəti isə işğal altındadır: “ İşğalçılar meşələrimizdəki ağaclardan tikinti materialı kimi istifadə edirlər. Ancaq Azərbaycan meşələri dünyanın 1-ci qrup siyahısına daxil olan meşələrdir. Bu meşələr yalnız təbiəti mühafizə xarakteri daşımalıdır. Əgər bizim meşələrimizin sahəsi iki dəfə artıq olsaydı, bu, adam başına düşən normanı ödəmiş olardı. Hər adambaşına yaşıllıq norması onun mənzil normasından iki dəfə artıq olmalıdır. Belə olduqda həmin ərazinin yaşıllaşdırma zonası müvafiq normada olduğu bilinir. Ancaq Azərbaycanda, eləcə də Bakıda bu göstərici normadan aşağıdır”. A.Dolxanovun sözlərinə görə, hal-hazırda Kür-Araz və Tuqay ətrafı ərzailər yarımsəhra zonaya çevrilmək təhlükəsindədir: “ Biz bunun qarşısını almalıyıq. Kurslarda əsas məqsədimizi əkinin inkişafına yönəldik. İnanıram ki, iştirakçılar bu istiqamətdə müəyyən biliklər əldə edib”. Sonda iştirakçılara  sertifikatlar təqdim olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı