21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - Yazılar - Özünü ağdamlı hesab edən insan
Özünü ağdamlı hesab edən insan
20.09.2016, 14:01

Vüqar Tofiqli

Günü gündən mürəkkəbləşən dünyamızda qarşımıza çıxan hər kəs diqqətimizi çəksə də, heç də hər zaman bu adamları yadda saxlamır, bir müddətdən sonra  isə tam unuduruq. Qohum-əqrabada, qonum-qonşuda və dost hesab etdyimiz insanlar sırasında elələri var ki,  illərcə üzünü görməsən yada belə düşmür.

Amma elə insanlar  da var ki, tək məqam gələndə yox, elə hər zaman yada düşür və müsbət enerji almaq üçün tez-tez görüşüb dərdləşir, fikir mübadiləsi aparır, sanki yenidən dünyaya gəlirsən. Və belə insanlarla daim təmasda olmağa maraqlı olursan...

Xeyli müddətdir ki, doğma Ağdamımla, Qarabağmızla bağlı apardığım  araşdırma və tədqiqatlar  zamanı axtarıb aradığım, o cümlədən ünsiyyət saxladığım, məsləhətləşdiyim insanlar var ki, onlarla daim görüşməyi, hal-əhval tutmağı özümə borc sanıram. Bu insanlar sırasında Qax rayonunun İlisu kəndində dünyaya gələn, lakin bu gün özünü ağdamlı hesab edən Sadıq Murtuzayev  də var. Hazırda ömrünün 90-cı ilini yaşayan Sadıq müəllim düz 31 il birinci katib vəzifəsində çalışıb. Bu 31 ilin 10 ilini isə Ağdama həsr edib.

Sadıq müəllimin maraqlı söhbətlərinə qulaq asmaq üçün bağ evinə yollandım. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də dostum Eldar İsmayılovla yol yoldaşı oldum. Deməliyəm ki, Eldar müəllimin gözəl  yol yoldaşlığı var.

Göradil kəndində Sadıq müəllimgilin darvazasındakı zənginin düyməsini basıb gözləməli olduq. Etiraf etməliyəm ki, qəfəsdə saxlanılan cins itin həyətdə çıxardığı qaltanlı səsi bizi içəri keçməyə qoymadı. Sonradan öyrəndik ki,  cins iti Qarabağdan dostu Əli Abbasov göndərib.

Görüşdük. Söhbətimiz üç saatdan artıq davam etdi. Görüşü sərbəst vaxta təyin etsəm də, amma bizsiz nahar etməyibmiş Sadıq müəllim. Ona görə birgə nahar da edəsi olduq.

Söhbətimiz maraqlı alındı.  Bu qədər vaxtın belə tez keçəcəyinə inanmazdım. Söhbətdə dostlarından, respublikaya rəhbərlik etmiş şəxslərdən, Ağdamdan, Qarabağdan danışdıq. Üç saatlıq söhbətdə bəlkə də on dəfə yolumuz Ağdama  düşəsi oldu.

Söhbətimizin ən maraqlı məqamlarını diqqətə çatdırıram.


Mir Cəfərə  heykəl qoyulsaydı...


“İlk dəfə partiya işinə 1952-ci ildə  Mir Cəfər Bağırovun xeyr-duasıyla gəlmişəm. Çox zabitəlı adam idi. Qərar verməzdən öncə yüz dəfə fikirləşib, ölçüb biçər, sonra qərar verərdi.

Onun xalqımız üçün ən böyük xidməti Azərbaycanı parçalanmağa qoymaması, xalqımızı isə sürgündən xilas etməsi olub.

Deməliyəm ki, İosif Stalinin kabinetinə iki-üç nəfər sərbəst daxil olurmuş ki, onun da biri Bağırov olub. Mir Cəfər Bağırovun məhv edilməsinin əsas səbəbi Nikita Xruşşovun ona qısqanclıq və  qərəzlə yanaşması olub.  

Bir gün müharibənin ilk  çaglarında Stalinin kabinetinə daxil olan Bağırov Xruşşovu qapıda gözləyən görür. Ona yaxınlaşaraq, “Ukraynanı da satdın  əclaf” deyib,  Xruşşovun başındakı şapkasını aşağı sıxır və Stalinin kabinetinə daxil olur.

Xruşşov o zaman Ukrayna  Kommunist Partiyası  Mərkəzi  Komitəsinin birinci katibiydi. Və alman faşistlərinə Kiyevi təslim etmişdi. Ona görə bütün partiya liderləri ona qarşı kinli idilər, o cümlədən Mir Cəfər Bağırov da.

Əhalinin  faizi  nisbətiylə götürəndə xalqımız ən az represiyyaya uğrayan respublikalardan olub. Stalin kimi qəddar partiya və dövlət rəhbərindən nə isə xahiş etmək, Azərbaycanın  və  eləcə  də, Dağıstanın  sürgün  olunması  haqda  Siyasi  Bironun  qərarını dəyişdirmək  müşkül məsələ olub. Lakin Bağırov bunu bacarıb.

Bu gün Mir Cəfər Bağırova heç  olmasa Nikita Xruşşova “Novo Deviçya”  qəbirstanlığında  qoyuldugu kimi, bir heykəl qoyulması düzgün  addım olmazmı  görəsən!?.
 

Nikita Xruşşova qoyulan heykəlin bir üzü qara, digəri isə ağ rəngə çalır.

Xruşşovun bu qədər kinli olduğunu heç kim  hiss etməmişdi. Lavrenti Beriya ilə münasibətlərinin olması da Bağırovun sıradan çıxmasına rəvac verir.

Onunla az müddətdə çalışdığım müddətdə  necə xarakterli insan olduğunu görmüşəm. Mühafizəçisi ondan həmişə 16 metr aralıda dayanar, yalnız onun işarəsiylə yaxınlaşardı.

Hər bir yerə xəbərsiz gələrdi. Bu hadisələrdən birinin şahidiylə şəxsən özüm söhbət etmişəm.

Bir gün Mir Cəfər Bağırov İmişli rayonunda pambıq tarlasına gəlir. Bu zaman sahədə iki nəfər kətmənlə pambıq alağı vururmuş. Yaxınlaşıb, ədəb-ərkanla görüşür və kənddə neçə kişi olduğunu soruşur. Cavabında kətmən vuran kişi deyir ki, hazırda kənddə dörd kişi qalıb: kolxoz sədri, sovet sədri, kolxozun  mühasibi və hesabdarı.

–Bəs sən özünü niyə  saya  salmırsan?,- deyə soruşan Bağırov kişinin maraqlı cavabını eşidir.


“On uşaq anasına bu istidə yanımda kətmən vurdururamsa, məndən kişi olmaz”.

Sualın cavabı Bağırovun diqqətini çəkir, heç bir söz demədən rayon mərkəzinə gəlir.

Birinci şəxs kətmən vuranlardan ayrılandan sonra həyat yoldaşı ərinə eynəkli kişinin Mir Cəfər Bağırova oxşadığını deyir.


“Nə edəcək ki, onsuz da yalandan heç nə demədim”,-əri cavab verir.

Mir Cəfər Bağırovun pambıq tarlasına gəlişi ildırım sürəti ilə kəndə yayılır. Dərhal  kəndin “kişi”ləri kolxozçunu  tapıb nə  kimi söhbətin  olduğunu  soruşurlar. Kişiyə  bir  yanı  balalı  inək, o vaxtın puluynan 10  min  manat  pul, 10 pud da buğda verib, xahiş  edirlər  ki,  məsələ  açılsa  desin  ki,  “mən  bir  az  baməzə  adamam,  zarafatla  demişəm”.



Elə  həmin  axşam  Mir Cəfər Bağrov iclas keçirir və bütün “kişilər”lə yanaşı, kolxozçu kişini də Raykoma  dəvət edir. Və yenidən kənddə neçə kişinin olduğunu soruşur. Bu dəfə isə kənddəki kişilərin sayının beşə çatdığını deyən kolxozçudan “bəs beşinci kimdir elə” deyə soruşur.

Kolxozçu kişi vəzyyəti olduğu kimi danışır. Nəticədə Mir Cəfər Bağırov kolxozu  yoxlatdırıb  kəndin dörd “kişisini” işdən çıxarıb cəzalandırır, kolxozçunu kolxoza  sədr  seçdirir.

Bu hadisəni dəqiq bilirəm. Bir müddət Mərkəzi Komitədə şöbə müdiri işlədyim dövrdə həmin kolxozçuyla özüm görüşüb danışdırmışam.

Mir Cəfər Bağırovun  həyat  səlnaməsində  buna  bənzər  canlı  xatirələr  yüzlərlədir. 

Hazırda Bağırovla bağlı kitab üzərində işləyirəm.  Kitab belə xatirələr üzərində qurulub.

Bu bünlərdə böyük bacısı Seyid Məsumənin Xaçmazda  yaşayan  nəvəsi  Məmmədtağı  ilə görüşmüşəm. Mən  onun  digər  bacısı  Seyid  Fatimənin  oğlu  Adillə  aspiranturada  bir vaxtda oxumuşuq. Qubada yaşayırdı. Texnikumda dərs deyən Adil müəllim bir  neçə  il  əvvəl  rəhmətə gedib.

Tariximizin Mir Cəfər Bağırov  dövrünə  dair  kifayət  qədər  araşdırmalar  aparılıb,  çoxsaylı  kitablar  nəşr  edilib,  həqiqəti  əks  etdirən  qərara  gəlmək  zamanı  çatmayıbmı  görəsən!?”. 


Rəşid Babayevin səhvi...

“Abşeronda   işlədiyim vaxtlarda Bolqarıstanın Razqrad  mahalının  nümayəndə heyəti Bakıda səfərdə idi. Moskvanın  qərarı  ilə  rayonumuzun  həmin  mahalla  dostluq  və  əməkdaşlığı  yaranmışdı. Razqrada  ikinci  səfərimdə  bu  şəhərin  fəxri  vətəndaşı  təsdiq  olunmuşdum.  Bu barədəki,  pasportum  indi  də  məndədir.

Azərbaycan KP MK-nın o zamankı ikinci katibi Pyotr Yelistratov nümayəndə heyətiylə görüşmək istədiyini mənə demişdi. Onun  mənə  çox  böyük  hörməti  var  idi.   Çox qətiyyətli adam idi, həm də Vəli Axundovun dövründə respublikada kadr məsələsini o həll edirdi. Mən  məhz  onun  təklifi  ilə  Mərkəzi  Komitənin Kənd  Təsərrüfatına  Rəhbərlik  Bürosuna  üzv  seçilən  yeganə  Raykom  katibi  olmuşam.

Biz  bolqar nümayəndə  heyətini  Zaqatalaya  aparmalı,   respublikanın  bir  sıra  digər  rayonlarını,  Göygölü  göstərməli, bu  səfərdən  qayıdıb  vətənə  dönməli  idilər.  Mən  bunu  Yelistratova  xəbər  verdikdə  dedi  ki,  “çox  yaxşı,  mən  də  səhəri  Qutqaşenə (indiki  Qəbələyə)  gedirəm və  onlarla  Şamaxıda “Bənövşə” restoranında  görüşərik. 

 O zaman deyilən ərazidə “yol evi” də var idi. Yelistratov hərdən gələndə orada istirahət edərdi. Həm də restoranın müdiri Üzeyirlə  dost idilər.

O illərdə Şamaxının birinci katibi ağdamlı Rəşid Babayev idi. Biz  Yelistratovun  qərarını  Rəşid  Babayevə çatdırdıq.  Lakin  səhər  tezdən  gəldikdə  bizi  üçüncü katib Popova qarşıladı. Soruşdum ki, bəs Rəşid Babayev hanı, dedi vacib işi olduğundan onu göndərib. Bu məqamda Yelistratov da maşından düşüb birinci katibi soruşdu. Popova mənə dediyi cavabı təkrarladı.

Pyotr Yelistratov  bolqarlarla  ayaqüstü  görüşüb  yola  düşdü  və Babayevin bu hərəkətini ona qarşı hörmətsizlik kimi qəbul etdiyindən  onu bağışlamadı, az  sonra onu işdən götürdülər.

Pyotr Yelistratov 1961-ci ilin dekabrından 1968-ci ilin 22 mayındək Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsində çalışıb”.

Mən Vəli Axundova da, Heydər Əliyevə də minnətdaram ki...


“Ömrümün 31 ilini birinci katib işləmişəm. 34 yaşımda ən gənc raykom katibi olmağıma baxmayaraq, SSRİ Ali Sovetinin deputatı seçilmişəm. Hətta iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına təqdimatım olub. Lakin bəzi dırnaqarası dostlarımın qısqanclığı üzündən həmin fəxri addan məhrum olsam da, iki dəfə o dövrün ən yüksək ordeni olan “Lenin” ordeninə layiq görülmüşəm. Yüzdən çox orden , medal və müxtəlif təltiflərim var.

Respublikanın rəhbəri olmuş səkkiz birinci şəxslə çalışmışam: Mir Cəfər Bağırov, Mir Teymur Yaqubov, İmam Mustafayev, Vəli Axundov, Heydər Əliyev, Kamran Bağırov, Əbüdrrəhman Vəzirov və Ayaz Mütəllibovla.
Bu rəhbərlərin hər biriylə normal ünsiyyətim olub. Lakin bunlardan yalnız dördü Mir Cəfər Bağırov, İmam Mustafayev, Vəli Axundov və Heydər Əliyevi ləyaqətli rəhbər hesab etmişəm.    

Amma vəzifədə çalşıdğım illər içərisində ağdamlı illərimi  həyatımın qızıl illəri hesab edirəm.Və buna görə ulu öndər Heydər Əliyevə minnətdar olmuşam ki,  bu rayona  məhz onun xeyr-duasıyla təyinat almışam...”.

...Söhbətimiz uzandıqca, Sadıq müəllimin Ağdamla əlaqədar tükənməyən xatirələri baş alıb getdi. Bu sırada o zaman bütün respublikaya səs salan Abdal-Gülablı və Şelli sanatoriya-istirahət mərkəzləri, respublikada ilk ticarət mərkəzi, Natəvan qızlar bayramı, SSRİ məkanında birinci olan Çörək muzeyi, Ağdamın rəmzinə çevrilmiş Çay evi, öz orijinallığı ilə təkrarsız Üzümçülər evi, Şərqdə ilk Muğam musiqi məktəbi, Xan qızı Natəvanın füsünkar abidəsi, Qarabağ xanlığının əsasını qoyan Pənah xana məxsus Şahbulaq qalasının bərpası, Ağdamın müqəddəs yeri olan İmarətdə açıq səma altında etnoqrafik muzey, vaxtilə Ağdamın həyat mənbəyi olan onlarca kəhrizin bərbası, Abdal, Qərvənd, Əhmədağalı kəhrizlərinin əsasında sənaye əsaslı qızıl xallı balıqçılığın yaradılması və kənd təsərrüfatında saysız-hesabsız yeniliklər.

Bütün bunlar Sadıq Murtuzayevin yaradıcılıq fantaziyasının məhsulu olub ağdamlıların fədakar əməyi sayəsində heç bir dövlət dəstəyi olmadan yaranan yeniliklər idi.

Çox şükür ki, onların bəziləri bu gün hazırki  rayon rəhbərliyinin fəaliyyəti sayəsində yaşadılır. Dağıdılmış “Çay evi” Quzanlı qəsəbəsində Ağdam Rayon İcra Hakmiyyətinin başçısı Raqub Məmmədovun təşəbbüsü ilə bərpa edilib, Muğam-musiqi məktəbi Bakının Biləcəri qəsəbəsində fəaliyyətini davam etdirir,  Ergi qəsəbəsi inkişaf edir. Arzu edərdik ki, Ağdam Çörək muzeyi də birinciliyi saxlamaq üçün bərpa edilsin. Orada toplanan üç minə qədər eksponatı bərpa etmək mümkün olmasa da, çox iş görmək olar.


Sonda Sadıq Murtuzayevin  “özünü niyə ağdamlı hesab edir” sualına cavabı çox qısa oldu:

-Mən 31 il ərzində 4 rayona rəhbərlik etmişəm, Abşeron, Zaqatala, Şəki və Ağdam. Bu indiki bölgü ilə götürdükdə 9 rayon deməkdir.  Zaqatalaya o vaxtlar Balakən və Qax rayonları, Abşerona isə Xızı, Şabran, Siyəzən rayonları birləşmişdi.

Lakin fəaliyyətim dövründə ağdamlılarda gördüyüm fədakarlığı heç yerdə görməmışəm. Təkcə bir fakt deyim ki, Qarabağ uğrunda gedən döyüşlərdə ağdamlıların 6ı min, az qala respublika üzrə olan şəhidlərin üçdə birinə qədərini verməsi bunun canlı sübutudur. 

 


SON XƏBƏR
İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO
21.09.2017, 01:03

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO

ABŞ-da orta məktəbdə silahlı insident
21.09.2017, 00:42

ABŞ-da orta məktəbdə silahlı insident

Meksikada 3 günlük matəm elan edildi
21.09.2017, 00:27

Meksikada 3 günlük matəm elan edildi

Azərbaycan nefti bahalaşıb
20.09.2017, 23:58

Azərbaycan nefti bahalaşıb

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır
20.09.2017, 23:43

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”
20.09.2017, 23:26

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub
20.09.2017, 23:09

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
20.09.2017, 22:53

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Yaponiya yenidən silkələndi
20.09.2017, 22:38

Yaponiya yenidən silkələndi

İlham Əliyev Trampla görüşdü
20.09.2017, 22:23

İlham Əliyev Trampla görüşdü

FED uçot dərəcəsini dəyişmədi
20.09.2017, 22:15

FED uçot dərəcəsini dəyişmədi

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ
20.09.2017, 22:06

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO
20.09.2017, 21:49

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR
20.09.2017, 21:33

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

20.09.2017, 21:17

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3
20.09.2017, 21:03

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı
20.09.2017, 20:49

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib
20.09.2017, 20:35

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib

Erməni deputatlar sabah Bakıya gəlir
20.09.2017, 20:23

Erməni deputatlar sabah Bakıya gəlir

UEFA final oyunu üçün Bakını seçdi
20.09.2017, 20:07

UEFA final oyunu üçün Bakını seçdi

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib
20.09.2017, 19:56

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək
20.09.2017, 18:57

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək

Moskvanın mərkəzində bomba həyəcanı
20.09.2017, 18:41

Moskvanın mərkəzində bomba həyəcanı

Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
20.09.2017, 17:29

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ADU-nun rektoru əcnəbilərlə görüşüb
20.09.2017, 17:00

ADU-nun rektoru əcnəbilərlə görüşüb

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır
20.09.2017, 16:58

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

Universitetin klinikası tibbi xidmətlər təklif edir
20.09.2017, 16:56

Universitetin klinikası tibbi xidmətlər təklif edir

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.7%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.98%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.1%)
- Məhərrəmlık əsl İslama ziddir(31.1%)