Modern.az

Moskva xatirələri - IV HİSSƏ  

Moskva xatirələri - IV HİSSƏ  

Ədəbi̇yyat

3 Aprel 2019, 15:08

Əvvəli burada


Yay tətili bitdi. İkinci semestr dərsləri başladı. Həmşəki kimi, Le­na­­­nı dərsə aparıb, evə gətirirdim. Dayım Hafiz də gəlmişdi. Yenə dərsə get­­mədiyimi görüb soruşdu:

- İnstitutdan qovulmusan? Düzünü de.

Mən dillənmədim. O, Bakıda yaşayan ortan­cıl dayım Samir Tağıza­də­yə zəng edib bu barədə danışdı. Samir dayım Azərbaycan Elmlər Akadem­ya­sı­nın pro­fessoru, SSRİ Yazıçılar İttifaqının üzvü, tanınmış yazıçı idi. İlin iki ayını Moskvada keçirirdi. Moskvada kitabları, məqa­lə­lə­­ri çıxırdı. Qaldığımız evə də beşinci sinifdə oxuyanda yay tə­til­lə­rin­­də dayımla gəlmişdim. Hafiz dayım məndən on il böyük olsa da, aramız açıq idi, amma Samir dayım çox ciddi adam idi. Atam­dan sonra çəkindiyim və hörmət etdiyim Samir dayım idi. O, Mosk­­­vaya gəl­di. Hafiz dayımı Bakıya yola salıb evə gəldikdə, Samir dayım məndən soruş­du:

- İnstutdan qovublar səni?

Dayıma düzünü dedim:

- Mən birinci semestrdən institutdan qovulmuşam.

Dayım əsəbiləşdi:

- Necə? Sən qovulmusan deyirsən?

- Hə, qovulmuşam.

- Bəs nə üçün qovulmusan?
- Rus dilində bilmədiyim üçün birinci semestrdən qovdular.

- Bəs mənə niyə demədin? Bilirsən ki, o institutda tanıdığım müəl­lim­lər, dekanlar var. Niyə indi deyirsən?

- Gec idi artıq.

- Yalan deyirsən, bəs Hafiz niyə yalandan deyir ki, hər gün özüm dər­­sə aparıram?
Dayım həqiqəti öyrənmək istədi.

- Hafiz də bilmirdi. O, hər gün məni aparır dərsə. Mən də gedirdim. Bir də Hafizlə dərs bitəndən sonra görüşürdüm.
Bunları deyəndə, dayım çox əsəbiləşdi.

- İndi atana nə deyəcəyik? Bilirsən də, atan bilsə nə olacaq?

- Mən Tovuza gedə bilməyəcəm, bir daha onun üzünə baxa bil­mə­yə­­cəm.
Məni nələr gözlədiyini bildirdim.

- Axı mənə niyə deməmisən? Sənin işini düzəldə bilərdim. Əlaqə­lə­rim də var hər yerdə. Yaxşı, indi neyləyək?
Mən başımı aşağı salıb susmuşdum. Bir az sükutdan sonra dayım çıxış yolu üçün soruşdu:

- İndi necə? Heç olmasa, rus dilini öyrənmisənmi?

- Hə, öyrənmişəm, - dedim.

Dayım:

- Bəs bu il yenidən sənədlərini verib qəbul olsan, oxuyacaqsanmı, yoxsa yenə də qovulacaqsan?

- Oxuyacam, - tez dilləndim.

- Yaxşı, yat. Sabah fikirləşək görüm, atana necə deyə biləcəm. Özün bilirsən də, atan bilsə, mənə nələr deyəcək?

Səhəri gün dayım məni də özü ilə SSRİ Elmlər Akademyasına gə­tir­di. Mənimlə rus dilində danışırdı:

- Sən rus dilində danışa bilirsən. Səkkiz ayda çox öyrənmisən.

O, Elmlər Akademyasında dostları ilə görüşdü. Orta məktəbdə oxu­yan­da onun dostlarını tanıyırdım. Elmlər Akademyasında, Yazıçılar İttifaqında məni “qardaşım” – deyə, dostlarına təqdim edirdi.

Yusif Səmədoğlu da tez-tez Moskvaya gəlirdi. Bir gün Yusif Səmədoğlu dayımdan soruşdu:

- Sən Tağızadə, qardaşın Qasımovdu?

Dayım çıxılmaz halda:

- Bacım oğludur, - demişdi.

Biz günorta “Bakı” restoranına gəldik. Dayım mənim işim haqda çox fikirləşdi. Mənə dedi:

- Sən rus dilində yaxşı bilirsən, demək olar öyrənmisən, amma atan bil­sə, səni qoymayacaq gələn ili Moskvada oxuyasan. Səni Bakıda oxut­­duracaq. Mən də istəyirəm sən Moskvada oxuyasan, amma atan­dan asılıdır.

Tez dayıma dedim:

- Atam bilməsin, artıq bir neçə ay qalıb növbəti qəbula. Elə bilərik ki, bir il də gec qəbul olmuşam.

Dayım:

- Deyirsən mən də atana yalan danışım?

- Yox, yalan niyə? Mən qəbul olub əsgər gedəcəm, sonra da bir şey fi­kirləşərik. Əsgərliyə aparanda da deyərik ki, imtahanlardan kəsiri ol­duğuna görə bir il kursda qalıb.

 Dayım:

- Bəs sən hazirlaşmısan? Heç olmasa, imtahanlara hazırsanmı?

- Hə, hazıram, bir də ki, bir aya təkrarlayaram, - bir az ara verib əla­­­­­­və etdim, - mənim əsas qorxduğum fənn rus dilindən imla yazmaqdır. O da özün görürsən ki, rus dilini bilirəm.

- Bu barədə fikirləşərəm. Səndən bir söz soruşacam, amma mənə düzünü de, bir ayda nə qədər pul xərcləyirsən?

- İki min rubl, - dedim.

- Sənə düzünü söylə dedim, bir ayda nə qədər xərcləyirsən? Səkkiz ayda evdən nə qədər pul göndəriblər? – dayım səsini qaldırdı.

- Düzünü desəm, bilmirəm, həftədə evdən beş yüz rubl göndərirlər, elə olur xalam da göndərir. Həftəyə min rubl olur.

- Necə? Bəs o pulları hara xərcləyirdin? Məni başa sal görüm.

- Restoranda olurdim. İkinci ayda on gün restorana getdim, sonra restorana getmədim, evdə yemək yeyirdim, - deyə, izah etdim.

Dayım təccüblənərək:

- Yenə başa düşmədim, mən sənin dekanınla danışmışam. O, mənə de­di ki, sən cəmi bir ay on gün dərsə getmisən, sonralar həftədə bir də­fə getmisən. Onda da bir dərsdə oturub, digər dərslərdən qaç­mı­san. Özün də deyirsən ki, bir ay on gün restoranda olmusan, onda sən nəsə başqa işlə məşğul olmusan. Nə dərsə getməyə vaxtın olub, nə də ki, restoranda. Mənə düzünü danış.

Dayım həqiqəti öyrənmək istədi.

Dedim:

- Rus dilini bilmirdim, müəllimim bir söz soruşanda cavabını verə bil­mirdim, amma indi öyrənmişəm.

- Atana mən özüm deyəcəm ki, Moskva sənlik deyil, əgər düz de-yirsənsə, onda mən gərək atana yalan danışm. Deyim ki, sən Mosk-vada MİU-da oxuyursan, dərslərin də yaxşı gedir, - dayım dedi və son­ra əlavə etdi, - biz“Bakı” restoranına gedəndə qulluqçular məni yad­larından çıxarıb hamısı səninlə görüşdü, buna nə deyə bilərsən? Səni hardan tanıyırlar?  - sualları üstümə yağdırdı.

- Arada gəlirəm, - deyə bildim.

 Dayım admnistratorla təklikdə söhbət etdi, sonra mənə yaxınlaşıb:

- Hə, xoşum gəldi, içki içmirsən, bura da bir qızla gəlirsən, - dedi.

O, qız deyəndə mənim rəngim qaçdı. Dayımın:

- Hə, o qiz deməli, səni rus dilində danışmğı öyrədib. Yaxşı eləmisən, - deyəndə özümə gəldim. Dayım başqa heç nə demədi.

Biz restorandan çıxdıq. Dayim V.İ.Lenin adına mərkəzi kitabxana-ya gedirdi, mənə dedi ki, axşam saat altıda səni orada gözləyəcə-yəm.

Biz ayrılan kimi, tez Lenagilə getdim. Sonra onunla şəhərə çıx­dım. Lena da həyəcanla məndən xəbər gözləyirdi ki, dayım nə de­yəcək? Ümumiyyətlə, institutdan qovulmağıma nə deyəkdir?

Olanları Lenaya danışdim:

- Dayım şərtlər qoydu mənə. Dedi ki, ayda beş yüz rubl xərclə-yəcəm və məni instituta düzəldəcək.

Lena gülməyə başladı. Ona dedim:

- Niyə gülürsən? Axı məni cəzalandırırlar, sən isə sevinirsən.

Lena:

- Bilirsən niyə gülürəm? Biz hər dəfə Arbatda yerləşən restorana ge­dəndə, sən Azərbaycan mahnısı sifariş edirsən, mən də o mahnını əz­bərləmişəm. 35 manat restoranın hesabı edir, 5 manat qulluqçuya veri­rsən, 100 manat da musiqiçilərə. Bir mahnını 10 dəfə sifariş edirsən.

Səhərisi gün dayımla görüşdüm. O, məni 201 nömrəli SQPTU-ya düzəltdi. İş düzələndən sonra mənə dedi:

- MAD İnstitutunun axşam söbəsinə qəbul başlayır. Moskva qey­diy­yatı lazımdır. SQPTU səni Moskvaya qeydiyyata salacaq və işi­ni MAD İnstitutuna qəbul edəcəklər. SQPTU-da bir il oxuya­caq­san, sonra dörd il inşaatda işləyəcəksən, Moskvada ev verəcəklər sənə. İnstitutu qurtaranda Moskvada evin olacaq.

 Dayım dediyi kimi, sənədlərimi institutun axşam şöbəsinə verdim. Eyni vaxtda peşə məktəbində oxuyurdum. Ona görə də evdən çıxıb SQPTU-nun yataqxanasına yerləşdim. Dayım otaq yoldaşımı da rus qoy­durdu ki, dili öyrənim. Gündüz işləyib gecə də institutda oxu­yub rus dilini də tez öyrənəcəkdim. Ona görə də vaxtım ol­ma­ya­caq­dı. Həm də dayım evimizə tapşırdı ki, mənə ayda beş yüz rubldan artıq pul göndərməsinlər. Mənə də xəbərdarlıq etdi ki, bu dəfə qaydaları pozsan, artıq Moskva ilə vidalaşmalı olacaqsan.  Ha­fiz dayıma da tapşırıq verib, onu da mənə nəzarət üçün yata­xa­na­da yerləşdirib özü Bakıya getdi.

 Mən gündüz işləyib, gecə də dərsdə olurdum. Lena ilə həftədə iki-üç dəfə bir saatlıq görüşürdüm. Bazar günü vaxtımın çoxunu onunla keçirirdim. Həftədə iki dəfə də telefonla danışırdım. Gecə on ikidən sonra poçta gedirdim. Ora getmək üçün beş dayanacaq piyada getməli idim. Yolun iki kilometri də meşənin içindən keçirdi. Meşənin keçən yolun yaxınlığında hərbi hissə var idi. Əsgərlər axşam onlara rast gələn insanları soyurdular. Bir neçə dəfə qabağımı kəsmişdilər. Amma onları vurub yerə yıxaraq, keçib getmişdim. Bir gün də üç əsgər qarşımı kəsdi. Onlar içkili idi. Üçünü də yerə sərdim. Zərbəmdən birinin çənəsi qırıldı. Poçtdan qayıdanda da gördüm ki, biri oturacaqda uzanıb, ikisi də parkin qaranlıq yerində çaxır içir. Məni görüb ikisi yaxınlaşdı. Mən də düz üstlərinə getdim. Yaxınlaşanda biri:

- Bu o dəli idmançıdir, - dedi və onlar öz yerlərinə əyləşdilər. On-lara yaxınlaşanda gördüm ki, əsgərlərdən biri yatır. Keçib getmək istəyəndə onlardan biri:

- Ey, idmançı, bu yoldaşımızın çənəsini qırmısan. Biz indi neynə­yə­­cəyik? – deyə sual verdi. Mən isə heç nə olmamış kimi yan­la­rın­dan keçib getdim.

 Üç gün sonra yenə poçtdan gələndə həmin yerdə milislər məni po­lis bölməsinə gətirdilər. Bölmə bizim yataqxananın yanında yerlə­şir­di. Orada mənim ayaqqabımın altına baxdılar. Mənə suallar ver­dilər:

- Kimsən? Gecənin bu vaxtı hardan gəlirsən?

- Poçtdan gəlirəm, yataqxanamız lap yaxınlıqda yerləşir, - dedim.

 
Onlar poçta zəng vurub dediklərimi dəqiqləşdirmək üçün  yazdı­ğım telefon nömrələri yoxlatdılar, onlara olan sifarişi təsdiq edən sə­nəndi yoxladılar. Mən qorxmuşdum. Elə bildim ki, əsgərin çə­nə­si­ni qırdığım üçün məni gətiriblər. Hadisəni danışmaq istəyirdim ki, milis işçisi məni danladı:

- Gecələr orada neçə hadisə olub. Bir də gecə oradan keçmə, - dedi və məni buraxdı. Gecə olduğu üçün ünvanıma aparmaq istədiklə­ri­ni dedilər. Onlara təşəkkür edib yataqxananın yaxınlıqda olduğunu dedim.

Üç gün sonra yenə poçta getdim. Gecələr poçtda bir qadın olurdu. Ar­tıq onunla dostlaşmışdıq. Onda qadın mənə danışdı ki, əsgərlər bir nəfəri ölümcül hala salıblar, pullarını da götürüblər. Adam da iki gündən sonra xəstəxanada ayılıb onu əsgələrin vurduğunu deyir. On­lardan biri ayaqqabısı ilə onun başına necə vurubsa, ayaq­qa­bı­nın dabanındakı nalın izi alnında qalıb. Həmin əsgəri tapıblar. Onda başa düşdüm ki, mənim ayaqqabımın altına niyə baxırdılar.


SQPT-da bir ay oxuduqdan sonra məni doqquz aylıq təcrübəyə gön­­­dərdilər. İnşaatda yüksək kran idarə etməyi öyrənməli idim.  Bu­­nu öyrənəndə çox sevindim. Çünki Lenanı görməyə vaxtım çox ola­­caqdı. Hətta səhərlər onu dərsə aparmağa da vaxtım olurdu. Ax­şam­­lar MAD İnstitutuna gedirdim. Şəhərin mərkəzində yerləşirdi.

Birinci semestr imtanlardan keçdim. Dayım Samir Tağızadə gəl­miş­di. Bir neçə müəllimə də məni tapşırdı. Kəsirim olmadı.

Axırıncı im­tahanda atam gəldi. “Rusiya” otelində qalmalı oldu.

Axşam mənə dedi:

- Sabah saat ikidə ins­titutun qabğında səni gözləycəyəm.


Səhəri mən MAD İnstitutundan çıxıb MİU-a getdim. Atam elə bi­lir­di ki, mən orada oxuyuram. Amma onunla görüşəndə hiss etdim ki, nəsə duyub. Mənə dedi:

- Dayına dedim, axşam restoranda görüşüb nahar edək, dedi ki, ax-şama işi var, gələ bilməyəcək. Hiss etdim ki, məndən qaçır. Bəlkə nə baş verdiyini deyəsən.

- İndi zəng vurub deyərəm, - söylədim.


Ardı var

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq