Modern.az

Ermənilərlə görüşən deputatlarımız Bakıya qayıtdılar

Ermənilərlə görüşən deputatlarımız Bakıya qayıtdılar

23 Oktyabr 2009, 19:43

Rəbiyyət Aslanova: “Erməni deputatların mövqeyində dəyişikliklər var”

Moskvada erməni deputatlarla görüş keçirən azərbaycanlı millət vəkilləi Bakıya dönüblər. Bu barədə Modern.az-a məlumat verən nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova bildirib ki, görüşün baş tutmasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun böyük xidmətləri olub: “Rusiya görüşdə üçüncü tərəf kimi çıxış edirdi. Bilirsiniz, Rusiya həm də özünü Qafqaz ölkəsi kimi aparır. Təbii ki, bu ölkənin də burada maraqları var. Konkret görüşə gəlincə, deyə bilərəm ki, bunu parlamentlərin danışıqlara qatılmasına birinci cəhd kimi də qiymətləndirmək olar. Erməni deputatların mövqelərində dəyişiklik var. Məsələnin qoyuluşu və sair məqamlarda bu, açıqca hiss olunurdu. Mən Dağlıq Qarabağın azərbaycanlı ıcmasının hüquqularının pozulduğunu dedim. Ətraf rayonlar barədə müzakirələr aparmağa imkan vermədik”.

Deputat bildirib ki, erməni tərəfi belə danışıqların intensivləşdirilməsini, Bakıda və İrəvanda görüşlər keçirlməsini təklif edib: “Biz buna etiraz etmədik. Sadəcə, bunun üçün konkret mövzu lazımdır. Ona görə də növbəti danışıqların vaxtı və yeri barədə heç bir razılıq əldə olunmadı”. Millət vəkili görüşdə deputatlarımızın Qarabağa səfəri məsələsinin müzakirə olunmadığını söyləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir