Modern.az

Hesablama Palatasının Milli Məclisə hesabat verəcəyi tarix bilindi

Hesablama Palatasının Milli Məclisə hesabat verəcəyi tarix bilindi

Parlament

6 Aprel 2016, 14:49

Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti barədə hesabatı aprelin 15-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Bu barədə Modern.az-a Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmova deyib.  

O qeyd edib ki, Hesablama Palatasının hesabatı ilk olaraq komitə iclaslarında müzakirə ediləcək.

Milli Məclisin iclasında qurumun il ərzində apardığı yoxlamalarla bağlı hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edəcək.  

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!