Modern.az

“Fransa Ermənistanın təxribatını qəti şəkildə pisləyir” - MÜSAHİBƏ

“Fransa Ermənistanın təxribatını qəti şəkildə pisləyir” - MÜSAHİBƏ

Müsahibə

6 Aprel 2016, 16:28

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən, o cümlədən mülki əhali arasında insan tələfatına səbəb olan erməni təxribatı və Azərbaycan Milli Ordusunun düşmənə layiqli cavabı bütün dünya ictimaiyyətinin diqqətini yenidən “dondurulmuş” hesab edilən Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələrin gedişi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da təsdiq etdi. Ölkəmizə dəstək verən dövlətlərin sayının çoxluğu bir daha Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən fəal diplomatiyanın və xarici siyasətin praqmatikliyini və səmərəliliyini ortaya qoydu. Türkiyə, Pakistan, Belarus, Ukrayna kimi ölkələrin birmənalı olaraq Azərbaycanın haqlı mövqelərinə dəstək verdi. Ermənilərin təxribatları Avropada da həyəcanla qarşılandı. Parlamentlərarası işçi qruplarının Almaniyadan, Böyük Britaniyadan olan üzvləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdilər. O cümlədən, Fransada bir sıra senatorlar-Andre Reyxard, Bob Bləkmən, Natali Qule kimi Avropada tanınmış siyasi xadimlər öz ölkələrinin hökümətlərinə və ictimaiyyətinə müraciətlər edərək Ermənistanın təxribatını qəti şəkildə pislədilər və Ermənistanın təcavüzkar hərəkətlərinin dayandırılmasını tələb etdilər.
Milli Məclisin deputatı,  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyevlə söhbətimiz bu barədədir.

- Cavanşir müəllim, ölkəmizin hüdudlarından kənarda ermənilərin təxribatına reaksiyalar adekvatdır demək olarmı? Siz Milli Məclisin beynəlxalq Komitəsinin üzvü kimi və həm də Fransa-Azərbaycan parlamentlərarası işçi qrupun üzvü kimi bu barədə nə deyə bilərsiniz?

- Ilk növbədə onu deməliyəm ki, son günlərdə ermənilərin törətdiyi təxribatların ölkə xaricində, xüsusilə Avropada həyəcanla qarşılandığını müşahidə edirik. Həmişəkindən fərqli olaraq bir çox Avropa ölkələrində, eləcə də həm MDB məkanında və həm də türkdilli ölkələr də səslənən bəyanatlar daha obyektiv və daha kəskin şəkildə ifadə olundu. Bu beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsi haqqında artıq yetərincə obyektiv məlumata malik olduğunu göstərir. Parlamentlərarası işçi qrupların Almaniyadan, Böyük Britaniyadan, Fransadan olan üzvlərinin – həmkarlarımızın demək olar ki, hamısı Azərbaycanın haql mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdilər. O cümlədən, Fransada da “Azərbaycanın Dostları Assosiasiyası”, eləcə də bir sıra senatorlar-Andre Reyxard, Bob Bləkmən, Natali Qule kimi Avropa da tanınmış siyasi xadimlər öz ölkələrinin hökümətlərinə və ictimaiyyətinə müraciətlər edərək Ermənistanın təxribatını qəti şəkildə pislədilər və Ermənistanın təcavüzkar hərəkətlərinin dayandırılmasını tələb etdilər.

 Bütün ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz, diplomatlarımız fəal və çevik bir şəkildə baş verən hadisələrlə bağlı yerləşdikləri ölkələrin mediasına dəqiq məlumatla r  çatdırır. Azərbaycanın Fransadakı səfiri cənab Elçin Əmirbəyov da bu gün səfirliyin mədəniyyət mərkəzində mətbuat konfransıkeçirmək haqqında elan yayımlayıb və Fransa media orqanlarını bu konfransa dəvət edib. Mətbua t konfransında Ermənistan silahlıqüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda qoşunların təmas xəttində törədilmiş təxribatla bağl ı Fransa mətbuatına açıqlamalar veriləcək və jurnalistlərin sualları səfirimiz tərəfindən ətraflı cavablandırılacaq.

 Eyni zamanda, Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi” Fransa ictimaiyyətinə çağırış ünvanlayıb. Bu çağırışda “Azərbaycan evi” Fransa ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətinə qarşı öz etirazını bildirmək üçün səfərbər olmağa, aprelin 9-da Ermənistan səfirliyi qarşısında keçiriləcək nümayişdə iştirak etməyə çağırıb. Nümayiş 9 Aprel 2016-cı il tarixdə, saat 16.00-da Paris şəhəri, Vyet küçəsi, 9 ünvanında yerləşən Ermənistan Səfirlliyi qarşısında keçiriləcək. “Azərbaycan Evi”nin Müraciətində deyilir: “Aprelin 1-dən 2-ə keçən gecə Ermənistan hərbi qüvvələri atəşkəsi pozmaqla  Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə həmsərhəd bölgələrdə çoxsaylı itkilərə, o cümlədən mülki əhali arasında ağır itkilərə səbəb olmuşdur. Atəşkəsin elan olunduğu vaxtdan Ermənistan cəbhəboyu kəndlərdə yaşayan mülki əhaliyə mütəmadi olaraq hücumlarını davam etdirir və beynəlxalq təşkilatlar tərəfindən təklif olunan  sülh təkliflərini qəbul etmir.

 Azərbaycan Respublikasına qarşı apardığı təcavüzkar siyasətin beynəlxalq ictimaiyyət tərəfindən qınanmasına baxmayaraq Ermənistan beynəlxalq təşkilatların qətnamələrini və çağırışlarını qulaqardına vurmaqda davam edir.BMT Təhlükəsizlik Şurasının  Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri bu günədək Ermənistan tərəfindən yerinə yetirilməyib. Beynəlxalq missiyaların hazırladığı hesabatlar təsdiq edir ki, Ermənistan Azərbaycan xalqının öz torpaqlarındakı tarixi və mədəni irsini dağıtmaqla və bu torpaqları qeyri-qanuni yolla məskunlaşdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərindəqeyri-qanuni fəaliyyətlər həyata keçirir.

 Hər bir köçkün azərbaycanlının arzusu öz doğma torpaqlarına qayıtmaqdır və işğal faktı artıq davam edə bilməz. Azərbaycan cəmiyyəti adından  biz ATƏT-in Mİnsk qrupunun həmsədri kimi  vətənimiz Fransadan və eləcə də, beynəlxalq ictimaiyyətdən bu işğala etirazını bildirməyi və Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunmasına öz  töhfələrini verməyini tələb edirik. “

 “Azərbaycanın Dostları Assosiasiyası”nın prezidenti, Fransa Milli Assambleyasının deputatı cənab Jan Fransua Mansel  baş verən hadisələrlə bağlı  Fransanın Xarici İşlər nazirinə Dağlıq Qarabağda baş vermiş toqquşmalarla bağlı bəyanat-müraciət ünvanlayıb. Öz müraciətində  cənab Mansel öz ölkəsinin xarici siyasət idarəsini təxirəsalınmaz tədbirlər görməyə, həm BMT səviyyəsində, həm də ATƏT və onun Mİnsk qrupu səviyyəsində  davamlı atəşkəsə nail olunması üçün təşəbbüs göstərməyə çağırıb. Cənab Mansel həmçinin  BMT-nin Təhlükəsizlik Şurasının 822, 854, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırmış və bu qətnamələrə əməl olunmadan bölgədə davamlı sülhə nail olmağın mümkün olmayacağını vurğulayıb.

 Cənab Mansel həmçinin “Azərbaycanın Dostları Assosiasiyası” adından Bəyanat yaymış və bu bəyanat Fransa KİV-lərində yer almışdır. Bəyanatda deyilir: “Azərbaycanın dostları Assosiasiyası” aprelin 1-dən 2-ə keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinə qarşı həyata keçirilmiş və çoxsaylı insan tələfatına, o cümlədən Azərbaycanın mülki əhalisi arasında tələfatlara səbəb olmuş təxribatçılıq fəaliyyətini qətiyyətlə pisləyir”.

 Assosiasiyanın üzvləri   Ermənistan tərəfindən işğala məruz qalmış Dağlıq Qarabağ ərazisində yeni qarşıdurma zəminində həyatlarını itirmiş qurbanlar qarşısında baş əyir, onların ailələrinin və eləcə də bütün Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirirlər. Təəssüflə qeyd edirlər ki, Minsk qrupuna daxil olan dövlətlərin yarıtmaz fəaliyyəti ədalətsiz status-kvo vəziyyətinin saxlanmasına səbəb olmuşdur ki,  bu da yalnız faciəli qarşıdurmalara gətirib çıxarır. Onlar aidiyyatı dövlətlərin ən qısa müddətdə baş vermiş təxribata münasibət bildirməsini  və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması üçün sülhə məcbur etmə tədbirləri görülməsini arzulayır.

 Eyni zamanda “Azərbaycanın dostları Assosiasiyası” Azərbaycan hakimiyyəti tərəfindən faciəvi toqquşmalara son qoymaq üçün  birtərəfli qaydada atəşkəs elan edilməsini alqışlayır.Tarixi həqiqətlərin tam əksinə olaraq Dağlıq Qarabağı erməni torpağı kimi təqdim etməyin və qeyri-qanuni  işğalı sonsuz olaraq davam etdirməyin mümkün olmadığını nəzərə alaraq Ermənistanı məsuliyyətli davranmağa, Azərbaycandan nümunə götürərək öz tərəfindən atəşkəs elan etməyə çağırır.

 - Xarici mətbuatın icmalından və elə sizin dediklərinizdən də belə görünür ki, Avropada, ümumiyyətlə, dünyada Dağlıq Qarabağ münaqişəsinə və münaqişə tərəflərinin mövqeyinə  münasibət dəyiışıb. Sizcə,  bu nə ilə bağlıdır?

 - Tamamilə haqlısız. Münasibətin dəyişdiyi göz qabağındadır. Bunun səbəbləri çoxdur. Ilk növbədə, bu ulu öndərimiz Heydər Əliyevdən başlayaraq bu gün də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən səbrlə, təmkinlə və böyük əzmkarlıqlaaparılan ardıcıl xarici siyasət kursunun uğurudur. Buna bənzər hadisələr əvvəllər də baş verirdi, lakin dünya birliyinin laqeyd münasibəti və bəzən də Azərbaycana qarşı qərəzli mövqeyi həmişə bizi təəssüfləndirirdi. Lakin son 20 il ərzində həm dövlət başçısı tərəfindən, həm Heydər Əliyev Fondu tərəfindən, eləcə də müxtəlif ictimai təşkilatlarımız, diasporamız və hətta ayrı-ayrı vətənpərvər soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal şəkildə aparılan işlər beynəlxalq rəyə öz təsirini göstərə bildi və nəhayət, dünya kimin haqlı, kimin haqsız olduğunu anlamağa başlayıb. Bir tərəfdən, Ermənistanın xalqımız və dövlətimiz haqqında onilliklər ərzində dünya çapında yayımladığı saxta informasiyalar, eləcə də özləri haqqında dünya icytimaiyyətinə təlqin etdikləri “əzabkeş xalq” mifi dağılmağa başlayıb. Digər tərəfdən, Azərbaycan dövlətinin apardığı müstəqil xarici siyasət kursu dünyanın bir sıra aparıcı dövlətlərində ölkəmizə qarşı etimadı yüksəldib. Azərbaycanın iqtisadi, mədəni, sosial sahələrdə əldə etdiyi nailiyyətlər, ildən ilə artan  hərbi gücü, təkcə özünün deyil, digər ölkələrin də mənafeyini ədalətli şəkildə nəzərə almaqla regional və qlobal iqtisadi layihələrin təşəbbüsçüsü kimi çıxış etməsi və ən başlıcası, dünyanın multikulturalizm mərkəzi imicini möhkəmləndirməsi Azərbaycana qarşı inamı və rəğbəti kifayət qədər artırıb. Azərbaycan beynəlxalq siyasətdə özünün ədalətli mövqeyini sübut edib. Cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi, biz son 20 il ərzində öz dövlətimizi kifayət qədər gücləndirə bilmişik və iqtisadi gücümüz artdıqca dövlətimizin siyasi çəkisi də artır və artıq bizimlə hesablaşmağa başlayırlar. Bunun tam əksinə olaraq, Ermənistan kimi xəyanətkar, terrorçu və dilənçi bir dövlət nə öz vətəndaşları üçün, nə də region və dünya birliyi üçün əhəmiyyət kəsb edir. Bütün bunlara görə nəhayət ki, Azərbaycanın haqq işi beynəlxalq səviyyədə müdafiə olunmağa başlayıb.

 - Sizcə, Azərbaycana qarşı formalaşmaqda olan bu ədalətli münasibət davam edəcəkmi?

- Buna inanmaq istərdim və inanmamağa da heç bir əsas yoxdur. Torpaqlarımızın işğal olunmasından artıq 30 ilə yaxın vaxt keçir. Bütün bu müddət ərzində beynəlxalq güclər birtərəfli qaydada əsasən Ermənistanın mənafeyini müdafiə edib. Lakin münaqişənin səbəbləri, ermənilərin çirkin niyyətləri aydınlaşdıqca beynəlxalq birliyin ən azı bir qismi real vəziyyəti düzgün və obyektiv dəyərləndirmək imkanı əldə ediblər. Digər tərəfdən, bu münaqişənin həllində Azərbaycan prezidentinin öz xalqının iradəsini, milli maraqlarımızı dönmədən, israrla müdafiə etməsini, ərazi itkisinin Azərbaycan tərəfindən heç zaman qəbul edilməyəcəyini anlayan güc sahiblərinin də ədalətə tərəfdar çıxmaqdan başqa yolları qalmır. Əks təqdirdə, bu münaqişə nəinki Azərbaycana, eləcə də regional və qlobal təhlükəsizliyə daimi təhdid kimi qalmağa məhkumdur. Bütövlükdə bəşəriyyətin harmonik inkişafını təmin etmək üçün belə bir təhlükə mənbəyi  dünya birliyinə də lazım deyil. Ona görə də inanıram ki, bu dəfə dünya dövlətlərinin münasibəti daha ciddi olacaq və nəhayət ki, işğal altında qalmış torpaqlarımız tamamilə azad olunacaq.









Müsahibəni təqdim etdi: Namiq Əhmədov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır