Modern.az

Misir Mərdanov Müəllimlər İnstitutunu və onun filiallarını tənqid etdi

Misir Mərdanov Müəllimlər İnstitutunu və onun filiallarını tənqid etdi

24 Oktyabr 2009, 15:32

Oktyabrın 24-də Təhsil Nazirliyində “Pedaqoji kadrların ixtisasartırma təhsili: Mövcud vəziyyət, problemlər və təklif edilən model” mövzusunda kollegiya iclası keçirilib. 
Modern.az xəbər verir ki, tədbirdə bütün şəhər və rayonların təhsil şöbələrinin müdirləri, təhsil müəssislərinin rəhbərləri iştirak edib.
Kollegiya iclasda çıxış edən təhsil naziri Misir Mərdanov pedaqoji kadrların ixtisaslarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini qeyd edib. Bununla belə, nazir bu sahədəki mövcud vəziyyətidən narazılıq edib.
M.Mərdanov bildirb ki, hazırda respublikanın 18 təhsil müəssisəsi ixtisasartırma ilə məşğuldur. Həmin təhsil müəssisələrində ümumilikdə 992 pedaqoji işçi fəaliyyət göstərir.
Təhsil nazirir Azərbaycan Müəllimlər İnstitutunu və onun bəzi filiallarının işini kəskin tənqid edib. Onun sözlərinə görə, ixtisasartırmanı həyata keçirmək üçün Azərbaycan Müəllimlər İnstitutunu bir çox  filiallarının kifayət qədər elmi-pedaqoji kadr potensialı yoxdur. Misir Mərdanov xüsusilə İnstitunun Ağcabədi, Qazax, Mungəçevir, Salyan, Sumqayıt filiallarının fəaliyyətində ciddi nöqsanların olduğunu vurğulayıb: "Azərbaycanın bəzi rayonlarında ixtisasartırma üzrə elmi-pedaqoji potensial yoxdur, bura Şamaxı, Salyan, Cəlilabad, Zaqatala rayonları aiddir". Onun sözlərinə görə, həmin filiallarda işə götürülən müəllimlərə ixtisaslarına uyğun olnayan dərslər verilib. Eyni zamanda bu təhsil ocaqlarına pedaqoji ixtisasları olmayan kadrlar da cəlb olunub.
M.Mərdanov Azərbaycan Müəllimlər İnstitutunun özünün də işini tənqid edib. O, bildirib ki, İnstitutda ixtisasartırma ilə bağlı
alternativ proqramlar tətbiq olunmur, İKT-nin imkanlarından istifadə edilmir: "Ümumilikdə bu sahədə rəqabət mühiti yoxdur". Nazir deyib ki, institutun kadr hazırlamaqla məşğul olan müəllimlərinin peşəkarlığı və səriştəliliyi yüksək səviyyədə deyil.
M.Mərdanov onu da deyib ki, Təhsil Nazirliyi ümumtəhsil məktəbləri müəllimlərinin ixtisasının artırılması üzrə yeni modelin tətbiqini planlaşdırır. Yeni xarici təcrübəyə əsaslanan model müəllimlərin öz işində innovasiya, müasir tədris startegiyalarını tətbiq etməsi üçün onların inkişafının stimullaşdırılmasını nəzərdə tutur. Nazir bildirib ki, müəllimlərin ixtisaslarının artırılmasına nəzarət gücləndirilməlidir və bu sahədə konkret mühit yaradılmalıdır.Onun sözlərinə görə, Azərbaycanda 200 min kadrın ixtisasının artırılmasına ehtiyac var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir