Modern.az

“400 PKK-çı Azərbaycana keçibsə, addımlar atılacaq..”

“400 PKK-çı Azərbaycana keçibsə, addımlar atılacaq..”

Parlament

8 Aprel 2016, 15:38

Türkiyə mətbuatı PKK terror təşkilatının 400 üzvünün Dağlıq Qarabağda yerləşdirilməsi barədə məlumat yayıb.

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova məsələ ilə bağlı Modern.az saytına açıqlama verib.   Vitse-spiker deyib ki, işğalçı Ermənistana yardım edə biləcək hər hansı cəhdlərin qarşısını almaq üçün Azərbaycan həmişə lazımi addımlar atıb.   “PKK-çıların Qarabağda yerləşdirilməsi barədə xəbərlərin isə əsaslı, fakt olmasını söyləyə bilmərəm. Amma istənilən halda, hansı dairəyə mənsub olmasından asılı olmayaraq terrorçu yenə də terrorçudur”.

Parlament rəsmisi bildirib ki, terrorçu təşkilatların qeyri-insani maraqlara xidmət edən addımlarının qarşısını almaq lazımdır. 

“Azərbaycan Beynəlxalq Terrora qarşı Alyansın üzvüdür. Azərbaycan hələ bir çoxlarından əvvəl terrordan əziyyət çəkən ölkədir. Buna görə də, terrorun istənilən formasına qarşı mövqeyimizi ortaya qoymuşuq”,-deyə o əlavə edib.

Bahar Muradova vurğulayıb ki, ATƏT və digər beynəlxalq təşkilatların tədbirlərində Ermənistanın işğal altındakı torpaqlardan qeyri-qanuni istifadə etməsi məsələsi qaldırılıb. O, PKK terrorçuları ilə bağlı məlumatların təsdiqlənəcəyi təqdirdə, Azərbaycanın beynəlxalq təşkilatlara müraciət edəcəyinə də işarə edib.

“Məlumatlar təsdiq olunsa, Azərbaycan bununla bağlı lazımı addımlar atacaq. Dediyim beynəlxalq alyansın Əlaqələndirmə Koordinasiyası var.

Əgər məlumatlar təsdiq olunsa, Azərbaycan bununla bağlı lazımı addımlar atacaq. Amma ilk növbədə bu məlumatların doğru və dəqiq olması əsasdır”.  

Aqşin KƏRİMOV


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi