Modern.az

Şəhid mayor Təbriz Musazadənin xatirəsinə - VİDEO

Şəhid mayor Təbriz Musazadənin xatirəsinə - VİDEO

11 Aprel 2016, 09:23


Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirilən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan üç pilotumuzdan biri mayor Təbriz Musazadədir.
Modern.az-ın məlumatına görə, Təbriz Musazadə Gürcüstan Respublikasının Borçalı mahalında, Dmanisi rayonundakı Yaqublu kəndində dünyaya göz açıb. O, 4-cü sinfi bitirənə kimi Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alıb.

Daha sonra Azərbaycana yollanan Təbriz orta məktəbi Bakı şəhərində bitirib, 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də 35 yaşında qəhrəmancasına həlak olub.

Modern.az saytı şəhid mayorun hərbçi həyatının əks olunduğu fotolardan ibarət videroliki təqdim edir.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir