Modern.az

Azərbaycan bayrağını aşağılayan türk polisi cəzalandırılıb

Azərbaycan bayrağını aşağılayan türk polisi cəzalandırılıb

24 Oktyabr 2009, 18:19

Oktyabrın 14-də Türkiyə-Ermənistan futbol matçı zamanı Bursa stadionuna daxil olmaq istəyən gənclərin əlindəki  Azərbaycan bayrağını alıb zibil qutusuna atan bir polis əməkdaşı işdən uzaqlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə mətbuat konfransə keçirən Bursa valisi Şahabettin Harput məlumat verib.
Ş.Harput keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə-Ermənistan futbol matçının keçirildiyi stadionun giriş dəhlizində nəzarət və axtarışlar zamanı bəzi Azərbaycan bayraqlarının xoş olmayan görüntüləri qeydə alınıb. Faktla bağlı 1 polis rəisi və 2 sıravi polis əməkdaşı barəsində intizam istintaqı başladılıb. Vali deyib ki, faktla bağlı bir polis işçisi işdən uzaqlaşdırılıb, digər iki polis isə ciddi töhmət alıb.
Hazırda materiallar Türkiyə Respublika Prokurorluğuna göndərilib, araşdırma aparılır.
Oktyabrın 14-də FİFA Türkiyə-Ermənistan matçına Azərbaycan bayrqlarının gətirilməsinə qadağa qoymuşdu. Bu səbəbdən azarkeşlərin əlindən Azərbaycan bayraqları yığılmışdı. Matç bitdikdən sonra isə bir sıra televiziyalar Azərbaycan bayraqlarının zibit qutularına atılması ilə bağlı görüntüləri nümayiş etdirmişdilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür