Modern.az

Dünyanın ən ağır adamını əməliyyat edəcəklər

Dünyanın ən ağır adamını əməliyyat edəcəklər

24 Oktyabr 2009, 19:43

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan dünyanın ən ağır çəkili insanı cərrahiyyə əməliyyatına məruz qalacaq. Britaniyalı həkimlər onun artıq piylərini cərrahi əməliyyat yolu ilə götürmək niyyətindədirlər. Lakin 450 kiloqram çəkisi olan Pol Meysonu xəstəxanaya aparmaq heç də asan deyil. Çünki onu əməliyyat stoluna çatdırmaq üçün xüsusi avtomobil lazımdır. Belə avtomobil isə Britaniya Krallığında yoxdur.
Bunun üçün həkimlər ən böyük hərbi vertolyotu icarəyə götürmək üçün hərbçilərə müraciət etmək niyyətindədirlər. Gombulun İpsviç şəhərindəki evinə ən yaxın xəstəxana 200 kilometrlikdə yerləşən Çiçester şəhərindədir.
Pol Meysonun iştahı heç də pis deyil, o, hər gün adi adamın sutkalıq normasından səkkiz dəfə çox - 20 min kilokalori qəbul edir. O, 2002-ci ildə bir dəfə belə əməliyyat keçirmişdi. O vaxt Meysonu, bayıra çıxarmaq üçün evinin divarlarını sökməli olmuşdular.
Hazırda dünyanın ən ağır çəkili adamı öz mənzilində onun üçün xüsusi hazırlanmış, bir metr eni olan əlil arabasında hərəkət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?