Modern.az

30 dekabrın məşhurları...

30 dekabrın məşhurları...

30 Dekabr 2010, 10:46

30 dekabr tarixdə bir sıra tanınmış şəxslərin adları ilə əlamatdardır.

1926-cı ilin bu günü tanınmış muğam ustası Əbülfət Əliyev anadan olub. Ə.Əliyev Şuşada doğulub. Məşhur xanındə səhnədə - Opera və Balet Teatrında bir sıra yaddaqalan rollar oynayıb. Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("Aşıq Qərib"), Şah İsmayıl ("Şah İsmayıl") rolları buna misal ola bilıər. Oxuduğu bəzi təsniflərin musiqisi özünə məxsusdur. Xanındə 1990-cı il dekabrın 27-də vəfat edib.

1962-ci ildə musiqiçi Elşən Mansurov anadan olub. Elşən Məmməd oğlu Mansurov 30 dekabr 1962-ci ildə anadan olub. Konservatoriyada təhsil alıb (1985-1990). 2000-ci ildən Konservatoriyada kamança sənətinin sirlərini öyrədir. Bir müddət Alim Qasımovu müşaiyət edib (1989-1997). Əməkdar artistdir.

30 dekabr futbol üzrə milli komandanın baş məşqçisi Berti Foqtsun ad günüdür. Əsl adı Hans-Hubert Vogts olan Berti Foqts, 30 dekabr 1946 -cı il tarixində Almaniyanın Düsseldorf əyalətinin Büttgen şəhərində anadan olub. Futbolçu karyerasına 1959-cu ildə, 13 yaşında olarkən, Büttgen şəhərinin eyni adlı uşaq futbol komandasında oynamaqla başlayıb.
Peşəkar futbolçu karyerasında cəmi bir futbol klubunun şərəfini qorumasına baxmayaraq, böyük uğurlar əldə edib. 1965-ci ildə Münhenqladbax şəhərinin "Borussiya" klubunda sağ müdafiəçi mövqeyində oynamağa başlayan Foqts, klubun tərkibində 5 dəfə Almaniya çempionu, bir dəfə Almaniya kubokunun və iki dəfə UEFA kubokunun sahibi olub.
Nümayiş etdirdiyi gözəl oyun sayəsində "Teryer" ləqəbini alan Berti Foqts 1979-cu ildə, 33 yaşında olarkən, peşəkar futbolçu karyerasını bitirib. Karyerası boyunca cəmi 419 oyun keçirən Foqts, bu oyunlarda 32 qol vurub. Avrokuboklarda bu göstərici 64 oyunda – 8 qoldur.
Berti Foqts AFR-in gənclər yiğmasının tərkibində 9, 23 yaşa qədər olan Milli komandada 3 və ölkənin əsas yiğmasının tərkibində 96 oyun keçirib. Foqts alman futbolunun tarixinə, milli komandanın tərkibində ən çox oyun keçirmiş futbolçulardan biri kimi daxil olub. 20 oyunda o, meydançaya "komandanın kapitanı" sarğısı ilə çıxib. Karyerasının ən parlaq zirvəsi 1974-cü ildə - Almaniya milli komandası dünya çempionu adını qazananda olub.

30 dekabr 1865-ci ildə ingilis yazıçısı Reyard Kiplinq doğulub. Şair və novellaçı olan Kiplinq ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis olub.
1907-ci ildə Kiplinq həm də Paris, Strasburq, Afina və Toronto universitetlərinin mükafatlarını alıb. Yazıçı eləcə də Oksford, Kembric, Edinburq və Darem universitetlərinin fəxri adlarına layiq görülüb. Ən məşhur əsərləri "Cəngəlliklərin kitabı" (The Jungle Book), «Kim» (Kim) və "Sonuncu nəğmə oxunuşu" (Recessional) sayılır. Kiplinqin əsərlərinin metaforalarla zəngin dili ingilis dilinin xəzinəsini xeyli zənginləşdirib.
Birləşmiş Ştatlarda qaldığı dörd ildə Kiplinq daha çoх uşaqlar üçün yazmışdı.
Kiplinqin yeganə oğlu Birinci Dünya müharibəsində həlak olmuşdu. Bundan əvvəl isə yazıçı sevimli qızını itirmişdi. Təbii ki, şəхsi planda yaşanan bu faciələr də onun yaradıcılığına təsirsiz qalmamışdı. Övladlarının ölümündən sonra Redyard və Karolina Kiplinq Beynəlхalq Qırmızı Хaç Komitəsində işləmiş, müharibə qurbanlarının ailələrinə və zərərdidələrə yardım göstərməyə çalışmışdı. 1917-ci ildə Kiplinq "Yaradılmışların müхtəlifliyi" adlı şeirlər və hekayələr məcmuəsi çap etdirmişdi. 1926 və 1932-ci illərdə müəllifin daha iki hekayələr kitabı işıq üzü görmüşdü. Lakin Henri Ceymsin bir vaхtlar "ingilis Balzakı" adlandırdığı Kiplinq həmin əsərlərlə yenidən sənət Olimpinə yüksələ bilməmişdi.
Kiplinq Vestministr abbatlığındakı məzarlığın Şairlər guşəsində dəfn olunub. Onun əsərlərindən bəzi nümunələr Azərbaycan dilinə tərcümə edilib.

30 dekabr tanınmış dilçi alim Nizaməddin Şəmsizadənin ad günüdür. N.Şəmsizadə 1954-cü ildə Qubada anadan olub.  Filologiya elmləri doktoru, professor olan Nizaməddin müəllim 10 monoqrafiya, 2 bədii kitab və 200-dən çox məqalənin müəllifidir.

1922-
ci ilin bu günü  Nəriman Nərimanov Azərbaycan SSR Ali Sovetinin Baş katibi təyin edilib.

1989-cu ildə Gəncənin tarixi adı 20-ci əsrdə ikinci dəfə bərpa olunub.

1991-ci ildə  Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyıb.

1922-ci ildə  SSRİ I Sovetlər qurultayı keçirilib. Sovet Sosialist Respublikaları İttifaqı təsis edilib.

1993-cü ildı Vatikanla İsrail arasında diplomatik münasibətlər qurulub.

1999-cu ildə Türkiyə Apelyasiya məhkəməsi edam cəzasına məhkum edilmiş terrorçu Abdulla Öcalanın şikayətini rədd edib.

2006-cı ildə İraqın keçmiş prezidenti Səddam Hüseyn səhər saat 5 radələrində asılaraq edam edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi