Modern.az

Saatlar geri çəkildi

Saatlar geri çəkildi

25 Oktyabr 2009, 11:21

Modern.az xəbər verir ki, oktyabrın 24-dən 25-nə keçən gecə saat 5.00-da Azərbaycan ərazisində saatların əqrəbləri bir saat geri çəkildi. Bununla da ölkəmizdə qış vaxtı tətbiq edildi.
Xatırladaq ki, ölkəmizin ərazisində yay vaxtına bu il martın 29-dan  keçilmişdi.
Qeyd edək ki, Azərbaycanda yay vaxtının ləğv olunması və qış vaxtına keçilməsi Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq həyata keçirilir.
Bəzi mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat geri çəkilməsinin ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsiri var. Bu zaman ilk növbədə iş günündən daha səmərəli istifadə etməklə enerjiyə qənaət olunması önə çəkilir.
H
azırda qış və yay vaxtına keçid dünyanın 100-dən artıq ölkəsində tətbiq olunur. Ümumiyyətlə saat əqrəbinin irəli və geri çəkilməsilə bağlı ilk təklif 1880-ci ildə ingilis mühəndisi Uilyam Uillet tərəfindən irəli sürülüb. Sonradan dünyanın əksər ölkələrində bu rejim tətbiq olunub. Amma son illər saat əqrəblərinin ildə iki dəfə irəli və geri çəkilməsinin əleyhinə çıxanların sayı artıb. Hətta artıq bəzi ölkələrdə bu qaydanın tətbiqindən imtina olunub. Məsələn, qonşu Gürcüstanda 2006-cı ildən qış vaxtına keçid ləğv olunub. MDB məkanında daha üç dövlətdə-Özbəkistan, Tacikistan və Türkmənistanda da əqrəblərin yeri dəyişdirilmir.
Bəzi mütəxəssislər əqrəblərin irəli və geri çəkilməsinin uşaqlar və yaşlılar arasında yuxu pozğunluğuna, stessə, ürək-damar və immun sistemində mənfi dəyişikliyə səbəb olduğunu iddia edirlər. Bu fikri Azərbaycanda da dəstəkləyən həkimlər var. Amma bunun əleyhinə çıxanlar da az deyil və onlar bildiririlər ki, yeni rejimə adaptasiya  iki-üş günə mümkün olur.
Nazirlər Kabineti 1981-ci ildən indiyədək ölkəmizin ərazisində yay və qış vaxtına keçid tətbiq edir və indiyədək qaydanın ləğvi barədə müzakirələr aparılmayıb. Yalnız bir dəfə-1992-ci ildə, AXC hakimiyyəti dövründə ölkəmizdə saat əqrəblərinin yeri dəyişdirilməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi