Modern.az

Deputat: “Orta məktəblərdə hicaba icazə verilməlidir”

Deputat: “Orta məktəblərdə hicaba icazə verilməlidir”

30 Dekabr 2010, 12:41

Modern.az parlamentdən xəbər verir ki, Milli Məclisin bu günkü iclasında ilk dəfə çıxış edən deputat Etibar Hüseynov orta məktəblərdə qadağan olunan hicab məsələsinə toxunub. Təhsil Nazirliyinin məktəbli geyimləri ilə bağlı fəaliyyətindən danışan millət vəkili qeyd edib ki, bununla bağlı müvafiq iş aparılmalıdır. “Təhsil Nazirliyi orta məktəb şagirdləri üçün icazə verdiyi geyimlərdə hicabı nəzərə almalıdır. Hicaba icazə verməli idi. Bu məsələdə problem yaradılmamalıdır”-deyə E. Hüseynov vurğulayıb.

Digər deputat Siyavuş Novruzov isə həmkarından fərqli olaraq Təhsil Nazirliyinə qahmar çıxıb və deyib ki, vahid məktəbli geyimi tətbiq olunursa, hamı buna əməl etməlidir, dərsdən sonra isə kim necə istəyirsə o cür də geyinə bilər. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı