Modern.az

Qazaxıstanda “Atilla” sikkəsi dövriyyəyə buraxılıb

Qazaxıstanda “Atilla” sikkəsi dövriyyəyə buraxılıb

26 Oktyabr 2009, 10:00

Qazaxıstanın Milli Bankı “Böyük sərkərdələr” seriyasından 100 təngə dəyərində “Atilla” gümüş sikkəsini dövriyyəyə buraxıb. Sikkənin üz ( averse) tərəfində “100 tenge” sözləri, Qazaxıstanın gerbi, at üzərində hərbçi, arxa (reverse) tərəfdə isə Atillanın qədim medalyondan götürülmüş qızılı şəkli təsvir edilib.

Sikkə 925 əyarlı gümüşdən hazırlanıb. Ağırlığı 31,1 qramdır. On üç min ədəd buraxılan sikkənin 3 mini daxili, 10 mini isə xarici bazar üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən ilin mayında Milli Bank bu seriyadan olan ilk 100 təngə dəyərində “Çingiz xan” sikkəsini dövriyyəyə buraxmışdı.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi