Modern.az

Media gülməcələri...

Media gülməcələri...

Media

31 Dekabr 2010, 19:37

Bütün sahələrlə yanaşı, mediaya-jurnalistlərə aid də çoxli lətifələr var. Modern.az saytı belə lətifələrdən bir neçəsini təqdim edir.

Baş redaktorun tapşırığı...


Bir gündəlik ictimai-siyasi qəzetin redaksiyasında iclas gedir. Baş redaktor qəzəbli-qəzəbli jurnalistləri tənbeh edir, yazı qıtlığından şikayətlənir, axırda da “çıxış yolu”nu göstərir:
- İnternet portallarında bu gün dərc olunmuş yazıları qismən dəyişərək köçürün. Yazıda getmiş “bu gün” sözlərini “dünən” sözü ilə əvəz edin ki, köçürülmə və köhnə yazı olduğu bilinməsin. İmza yerinə də “Köçəri” yazın (yəni köçürülmə).
Jurnalistlər baş redaktorun dediklərinə əməl edirlər. Ertəsi gün təsisçi qəzetdə gedən bir yazını oxuyanda elə bil onu tok vurur. Yazının başlığı belə idi: “Dünən Azərbaycan nə etməlidir?”.
Jurnalistlərdən biri mahiyyətinə varmadan başlıqdakı “bu gün” sözünü də “dünən” sözü ilə əvəz etmişdi...

***

Hazırcavab jurnalist

Baş redaktor müxbirlərdən birinə tapşırır ki, filan partiyaya zəng vurub sədrdən bir açıqlama alsın. Jurnalistin də həmin partiya sədrindən zəhləsi gedirmiş. Candərdi telefonun dəstəyini qaldırıb partiyaya zəng vurur.
- Alo, salam! Necəsiniz, bəy, keyfiniz necədir, partiyada nə var, nə yox?
- Çox sağ olun, kiminlə danışıram?
- Tanımadınız? Mənəm də, .... qəzetinin müxbiri.
- Sən kimsən?
- Aha, demək siz Bəy deyilsiniz!
- Xeyr, mən Bəyin mətbuat üzrə köməkçisiyəm.
- Hə... necəsiniz, nökər?
- Siz məni təhqir edirsiniz?
- Qətiyyən! Sadəcə, bəyin köməkçisi olmur, nökəri olur!

****

Şərhçinin təsəllisi


AzTV-də Azərbaycan - Braziliya futbol matçı gedir. Hesab artıq 0:14-dür. Şərhçi Fikrət Adıgözəlov həyəcanla deyir:
- Hörmətli futbol azarkeşləri, siz heç də narahat olmayın. Bizim millilərimizin, hələ də heç-heçə etməyə böyük şansı var. Çünki hələ oyunun birinci dəqiqəsi gedir!


***

Sürücü jurnalist və yol polisi

Yol polisi maşın sürməyi təzəcə öyrənmiş jurnalisti saxlayır:
- Yol hərəkəti nişanını görmürsünüz? Burada yalnız bir istiqamətdə getməyə icazə var.
Jurnalist sürücü narazı halda:
- Başa düşmədim, mən bəyəm iki istiqamətdə gedirəm?


***

”Adə bir az asta ol dəə..”

AzTV-də futbol gedir: “Qarabağ” – “Xəzər-Lənkəran”. Şərhçi Altay Əliyev yenə dil-boğaza qoymadan, nəfəs dərmədən, ildırımsürətli danışığı ilə oyunu şərh edir.
Oyunun qızğın vaxtında “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov qalxır şərhçilərin otağına, qapını açıb deyir:
- Ay Altay, qadan alım, bir az asta danış da, bizim uşaqlar sənə çatdıra bilmirlər axı...

***


“...daldakılar adam deyil...?

“Azərbaycan” Nəşriyyatının üst mərtəbələrindən birində fəaliyyət göstərən “reket” qəzetə bir nəfər xanım gəlib müxbir işləmək istədiyini bildirir. Baş redaktor ən son dəblə geyinmiş qızı altdan yuxarı süzəndən sonra onu işə götürür. Səhərisi gün vəsiqə verib obyektə yola salmazdan öncə təzə müxbirə “şərtləri” açıqlayır, hansı obyektdən pulu necə qoparmağın yollarından danışır. Xanım “jurnalist” dönüb getmək istəyəndə baş redaktor onu saxlayır, yubkasının qabaq və arxa hissəsindəki həddindən böyük, dizlərindən xeyli yuxarı qalxmış “razrezi”göstərib deyir:
- Yubkanın qabağındakı "razrezi" başa düşdüm, amma arxasındakını yox.
Təzə işçi özünü itirmədən cavab verir:
- Aaaa, bəs daldakılar adam deyil? Onlar da gözəllikdən zövq almalıdırlar da...

***


“...hamı gedib it axtarmağa”...

Bakıya səyahətə gələn bir ingilis itini gəzdirərkən onu azdırır. Ha axtarır, tapa bilmir. Axırda gedir “Azərbaycan” Nəşriyyatında çıxan qəzetdə elan verdirməyə. Gündəlik qəzetlərdən birinin redaksiyasına gəlib elan verir. Elanda yazdırır: “Mənim itimi tapıb gətirəni 1000 dollar mükafat gözləyir”.
Çıxarkən bərk-bərk xahiş edir ki, elanı qəzetdə çap etmək redaksiya rəhbərliyinin yadından çıxmasın. Onu arxayın edirlər ki, narahat olma, səhər tezdən elan qəzetin 1-ci səhifəsində olacaq.
Səhər açılan kimi ingilis qaçır köşkə qəzet almağa. Amma satıcı deyir ki, həmin qəzet çıxmayıb. Onda yenidən gedir “Azərbaycan” Nəşriyyatına ki, görsün nə baş verib. Gəlib görür həmin qəzetin rekasiyasının qapısı bağlıdır. Amma qapının üstündə nəsə yazılıb. Bir təhər qonşu redaksiyalardakından orda nə yazıldığını öyrənir. Məlum olur ki, qapının üstünə yazılıb: “...hamı gedib it axtarmağa”...


Hazırladı A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı