Modern.az

Əkrəm Əylisliyə 3 il iş kəsilə bilər

Əkrəm Əylisliyə 3 il iş kəsilə bilər

Hadisə

21 Aprel 2016, 14:33

 
“Bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olduq. Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə qaldırılmış cinayət işi 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi”.

Modern.az saytının məlumatına görə, bu haqda yazıçının vəkili Elçin Sadıqov bildirib.

O, qeyd edib ki, həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq orqanı olduğundan, cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir