Modern.az

Venesuelada prezidentlik müddəti azaldıldı

Venesuelada prezidentlik müddəti azaldıldı

21 Aprel 2016, 20:40

 

 

Venesuelanın Milli Assambleyası (parlament) birinci oxunuşda Konstitusiya islahatının lehinə səs verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, islahatda prezident müddətinin 6 ildən 4 ilə qədər azaldılması, eləcə də ali dövlət vəzifəsinə qeyri-məhdud sayda seçilmək imkanlarının ləğvini nəzərdə tutulur.

Venesuela parlamenti Demokratik Birlik Blokunun nəzarətindədir və bura prezident Nikolas Maduronun siyasi opponentləri daxildirlər. 

“Venesuelada çox böyük siyasi  və çox dərin iqtisadi böhran var”, - müxalifərdən olan layihənin müəllifi deputat Luis Emilio Rondon deyib.

Onun fikrincə, gəmi bir neçə yerdən sızma verib və biz mövcud problemlərin həllinin vacibliyi üçün venesuelalılara təklif verməyə borcluyuq.

Hakimiyyət yönlü Böyük vətənpərvərlik qütbünün üzvləri həmkarlarının təşəbbüsü ilə razılaşmasalar da, səsvermənin gedişinə mane ola bilməyiblər.

 


Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub