Modern.az

Türkiyə “Eurovision-2011”ə göndərəcəyi ifaçını dəyişdi

Türkiyə “Eurovision-2011”ə göndərəcəyi ifaçını dəyişdi

4 Yanvar 2011, 22:55

Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı “Eurovision” yarışmasında Türkiyəni “Yüksek Sadakat” rok qrupu təmsil edəcək. Bu barədə Türkiyənin Avropa Yayımlar Birliyinin (EBU) üzvü və bu müsabiqədə ölkənin cavabdeh televiziya kanalı olan TRT qərar verib. Bir müddət əvvəl ölkənin təmsilçisi kimi pop ifaçısı Atiyə Dənizin adı qeyd olunsa da, yanvarın 1-i TRT öz qərarını dəyişdi. 1997-ci ildə fəaliyyətə başlayan “Yüksek Sadakat” rok qrupu 2005-ci ildən etibarən məhşurlaşmağa və sox sevilməyə başlayıb. Beş oğlandan ibarət olan qrupda Kənan Vural (vokal), Sərkan Özgən (gitara), Kutlu Özmakinacı (bas), Uğur Onatkut (klaviş) və Alpay Şalt (balaban) kimi tanınmış musiqiçilər təmsil olunur. Ötən il Osloda keçirilən 55-ci “Eurovision” müsabiqəsində Türkiyə “MaNga” rok qrupu ilə təmsil olunub və 39 ölkə arasında ikinci yeri qazanıb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir