Modern.az

Görkəmli maarifçidən bəhs edən “Qaranlıqdan işığa” kitabı çıxdı - FOTO

Görkəmli maarifçidən bəhs edən “Qaranlıqdan işığa” kitabı çıxdı - FOTO

Ədəbi̇yyat

22 Aprel 2016, 08:20

Azərbaycanın görkəmli maarifçilərindən olmuş, yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Goraninin (Adıgözəlovun) fəaliyyəti və yaradıcılığından bəhs edən “Qaranlıqdan işığa” adlı kitab nəşr edilib.

Modern.az
saytının məlumatına görə, kitabın müəllifi Əsgər ağanın irsinin araşdırıcısı  Gülhüseyn Kazımlıdır.
Kitabın redaktoru və ön sözün müəllifi Milli Məclisin deputatı, akademik Rafael Hüseynovdur.

Əsgər ağa Gorani Azərbaycan səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə «Əkinçi»nin ən fəal müxbiri, ədəbiyyat tariximizdə «Qocalıqda yorğalıq» pyesinin və «Qara yel» romanının müəllifi, eyni zamanda bir sıra bədii əsərlərin tərcüməçisi, hüquqşünas və ictimai xadim kimi tanınır. İctimai fikir tariximizin inkişafında onun əvəzsiz xidmətləri var.

Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin mənəvi övladlarından biri olan Əsgər ağanın itmiş sayılan «Qocalıqda yorğalıq» pyesi bu günlərdə Gülhüseyn Kazımlının ciddi axtarışları sayəsində tapılıb. Adı çəkilən pyes və Əsgər ağanın Lermontovdan tərcümə etdiyi "Yel gəmisi əsəri" də G.Kazımlının müəllifliyi ilə çap olunmuş "Qaranlıqdan işığa" kitabına daxil edilib.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı