Modern.az

Asif Ata Ocağının “İnama Doğru» dərgisinin 4-cü sayı çıxıb

Asif Ata Ocağının “İnama Doğru» dərgisinin 4-cü sayı çıxıb

Mədəni̇yyət

6 Yanvar 2011, 10:09

Asif Ata Ocağının nümayəndəsi İşıqlı Atalının verdiyi məlumata görə, “İnama Doğru» dərgisinin 4-cü sayı işıq üzü görüb. Dərginin bu sayında Sərt (dekabr 2010) ayında Mütləqə İnam Ocağının gerçəkləşdirdiyi xəlqi işlər barəsində bilgi verilir.
Dərgi «İnam Evində Bəşərilik Bayramı: Mütləqə İnam – Bəşəri məzmuna yetmək yolu!» adlı baş yazı ilə açılır. Zəngin bayram əhvalını İnam Evində - Mütləqə İnam Bayrağı qarşısında çəkilmiş bayram iştirakçılarının xatirə şəkli müşayiət edir.
Asif Atanın «Azərbaycan Ölkəsi – Türk Eli» içərisində xalq-millət, ölkəmizin adı-tarixi aqibətimiz, sabahımız-yurdçuluğumuz yönündə məsələlərə münasibət bildirilir. Yolruh Atalının Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı ilə söhbətində Ocağın son birillik uğurlu, bənzərsiz dönəmi əhatəli şəkildə təhlil olunur, qarşıda görüləcək işlərə toxunulur.
Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun «Ruhani Səfər» yazısında Ocağın «Ruhani Səfər Günü»nün yaradılması tarixinə işıq salınır, Ruhani Səfər ideyasının əbədi gərəkliyi vurğulanır.
«İnam Evində professor Nizami Tağısoya həsr olunmuş tədbir keçirilib» adlı yazıda Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələrinin İnam Evinə gəlişindən danışılır.
Habelə dərgidə «Ocaq Ailələrinin toplantıları keçirilib», alim Baba Əhmədlinin «Ruhaniyyat fəlsəfəsinin Yaradlıcısı Asif Ata», şair-publisist Qəşəm İlqar Ruhdaşın «Asif Ata İntibahı», Safruhun Davud Səidoğlunun yaradıcılğına yönəlik «Bayatı Ruhu», Davud Səidoğlunun «Bayatılar»ı, «Safruhun Bəşərilik Bayramında – Tonqal başında qutlama sözü», professor Nizami Tağısoyun «Asif Ata Təlimində insan həyat və dünya» yazısı, İşıqlı Atalının İnam Ataya həsr etdiyi «İnsaniliyə Bərabər» kitabından bir parça, Uluruh Atalının «Ruhani mübarizənin müqəddəsliyi», «İnam Evində Doğmalaşma günü», Yolruh Atalının «İçsəslər»i, «Mütləqə İnam Ocağı yas törənində iştirak edib», İnamyurd Atalının «Qeyrətə çağırış» içsəsi, Ayaz İmranoğlunun «İnam Ata Ocağına gəlmişəm» şeiri yer alıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir