Modern.az

AzTV-nin açacağı Mədəniyyət kanalına işçi yığılır

AzTV-nin açacağı Mədəniyyət kanalına işçi yığılır

6 Yanvar 2011, 15:48

2010-cu il oktyabrın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi müsabiqədə qalib gələrək Mədəniyyət kanalının acılmasına lisenziya qazanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yeni kanalın fəaliyyətə başlaması istiqamətində işləri sürətləndirib.
Modern.az-ın məlumatına görə, bir müddət əvvəl AzTV-nin internet səhifəsində yeni acılacaq kanalda işləmək arzusunda olanların CV-lərinin qəbulu üçün vakansiya élanı yerləşdirilmişdi.

SV-lərin qəbulu 2010-cu il dekabrın 30-da başa çatıb. Əldə etdiyimiz məlumata görə, artıq Mədəniyyət kanalında işləmək üçün işçilərin seçimi də başlayıb. SV-ləri qəbul edilən şəxslər seçimə çağırılıblar. Bunu Kanalda işləmək üçün sənəd verən və adının çəkilməməsini istəyən jurnalist Modern.az-a deyib və seçimlərin davam etdiyini bildirib.

Məlumatı daha da dəqiqləşdirmək və Mədəniyyət kanalının əsasən hansı istiqamətdə verilişlər hazırlayacağını öyrənmək üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovla əlaqə saxladıq.

X.Qasımova bu barədə rəsmi məlumatın olmadığını bildirdi. O, “rəsmi məlumat olmadan hec bir söz deyə bilmərəm” deməklə kifayətləndi.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir