Modern.az

Dollar krediti olanlara GÜZƏŞTLƏR - Milli Məclisdə sənəd HAZIRLANIR

Dollar krediti olanlara GÜZƏŞTLƏR - Milli Məclisdə sənəd HAZIRLANIR

27 Aprel 2016, 14:42

Kommersiya bankları tərəfindən kreditlərin dollarla verilməsi ləğv edilə bilər. Bu haqda Modern.az saytına Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yeni hazırlanan təkliflər paketi barədə danışarkən bildirib.

Deputat qeyd edib ki, təkliflər paketi tam hazır olduqdan sonra aidiyyatı qurumlara təqdim ediləcək:

“Bank sisteminin sağlamlaşıdırılması ilə bağlı aparılan islahatlar əsas məsələdir. O cümlədən, bir sıra qanunlara dəyişikliklər, dollarla verilmiş kreditlərə münasibət, onların müəyyən variantlarda həlli təkliflərdə öz əksini tapacaq. Birincisi, “Banklar haqqında” Qanuna dəyişikliklər edilməsi təklif olunur.

Burada dollarla kredit verilməsinin qadağan edilməsi öz əksini tapıb. Çünki, Konstitutsiyada, “Banklar Haqqında” Qanunda da göstərilib ki, ödəniş manatla aparılmalıdır. Mən hesab edirəm ki, kreditlərin dollarla verilməsi qadağan edilməlidir”.



V.Əhmədov müəyyən məbləğə qədər kredit borclarının silinməsinin mümkünlüyü məsələsinə də toxunub:

“1000 (min) manata qədər dollarla verilmiş kreditlərlə bağlı təklif edirik ki, məsuliyyətli şəxs müəyyən edilsin. Çünki, çətin situasiyalarda banklar məsuliyyəti dövlətin, dövlət də bankların üzərinə atır. Əziyyət çəkən isə əhali olur. Onların böyük bir hissəsi faktiki olaraq ödəmə qabiliyyətinə malik deyil. İstəyimiz budur ki, problemə sistemli yanaşılsın.

Məsələ Dövlət-Mərkəzi Bank-kommersiya bankları-əhali dördbucaq sistemində öz həllini tapsın. İkincisi 1000 (min) dollara qədər olan kreditlərlə bağlı problemlərin həllidir. Hansı ki, bununla bağlı çox sayda müraciətlər daxil olur. İstəyimiz budur ki, onların ləğv edilməsi, yaxud zamin durmuş şəxslərin zaminlikdən azad edilməsi mümkün olsun. Bundan başqa 5000 dollara qədər olan kreditlər 1dollar-1,05 manat məzənəsilə ödənilsin. Həmçinin 5 000 manatdan çox olan kredit borclarına da baxılması nəzərdə tutulub.

Həm “Bank haqqında” Qanuna, həm Mülki Məcəlləyə dəyişiklik etmək lazımdı. Bildiyiniz kimi, Konstitutsiya Məhkəməsinə bununla bağlı müraciət edilib. Cavab olaraq bildirilib ki, müəyyən güzəştlərə gedə bilərlər”.

İqtisadçı-deputat bildirib ki, təkliflər paketi Mili Məclisə, hökumətə, Prezidentin islahatlar üzrə köməkçisinə də təqdim ediləcək.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!