Modern.az

Həkimlərin imtahanlarının nəticələri bəlli oldu

Həkimlərin imtahanlarının nəticələri bəlli oldu

7 Yanvar 2011, 11:23

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli olub. Modern.az saytı xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,  yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda 23 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 92 %-i uğurlu nəticələr əldə edib.
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı