Modern.az

Azərbaycanda məmur olmaq istəyənlər üçün qaydalar və şərtlər dəyişdirilir

Azərbaycanda məmur olmaq istəyənlər üçün qaydalar və şərtlər dəyişdirilir

28 Aprel 2016, 13:45



Dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilə bilər. Modern.az-ın məlumatına görə, bununla bağlı "Dövlət qulluğu haqqında" mövcud qanuna dəyişiklikləri nəzərdə tutan sənəd Milli Məclisə göndərilib.

Qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, istər mövcud qanun, istərsə də dövlər qullluğuna işə qəbulla bağlı prosedur, test imtahanı ilə bağlı son illər əldə edilən təcrübə kifayət qədər mütərəqqidir:

"Eyni zamanda, son illər həyata keçirilən uğurlu islahatlardan biri də dövlət qulluğuna işə qəbulla bağlı aparılan prosesdir. İstər indiyə kimi fəaliyyət göstərən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, istərsə də Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz işlərini yüksək səviyyədə qurub. 

Bu gün isə onlar öz işlərini bir qurumda-Dövlət İmtahan Mərkəzində həyata keçirirlər və inanıram ki, müsbət təcrübə bundan sonra da davam etdiriləcək".

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə göndərilən sənədlı qanunun 28-ci maddəsinin dəyişdirilməsi təklif olunur. 

Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından və müsahibədən ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək. 

Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub.

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!