Modern.az

“Şəki” deyəndə partiya sədri, deputat, jurnalist, yazıçı və sosioloqun ilk yadına düşən nə oldu...

“Şəki” deyəndə partiya sədri, deputat, jurnalist, yazıçı və sosioloqun ilk yadına düşən nə oldu...

Ölkə

7 Yanvar 2011, 11:54


Qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı qərara alıb ki, “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət etsin. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur..?

Cavablar silsiləvi olaraq oxucularımıza təqdim olunacaq.

Öncə Şəki rayonundan başladıq. Beləliklə, millət vəkili Fazil Mustafa, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, “Mediaforum” portalının redaktoru Himət Sabiroğlu, Azərbaycan Yazıçılar Biriyinin mətbuat katibi Ədalət Əsgəroğlu və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Şəkini nəyilə tanıyırlar?

“...insanları olduqca hazırcavab, məzəli və istedadlıdırlar”

“Mediaform” saytının redaktoru Hikmət Sabiroğlunun sözlərinə görə, Şəki rayonunu daha cox insanlarının hazırcavablığı ilə tanıyır. Onun sozlərinə görə, bu rayondan olan insanlar qeyri–adi dərəcədə istedadlıdırlar:
“Şəki ən qədim bölgələrimizdən biridir. Buranın insanları olduqca hazırcavab, məzəli və istedadlıdırlar”.

“Şəki məhz insanlarının yumor hissinin olması ilə tanınır”

“Azərbaycanın bütün bölgələrinin özünəməxsus adətləri var, amma Şəki rayonu öz adətləri ilə digər rayonlardan xüsusilə fərqlənir”. Bu sözləri Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu dedi: “Şəki qədimliyi, gözəl təbiəti, adət-ənənələri ilə digərlərindən fərqlənən rayonlarımızdandır”.
Şəki rayonun nə ilə tanıdığına gəlincə, Ə.Əsgəroğlu bildirdi ki,  Şəkini məhz insanlarının daha çox yumor hissinə malik olması ilə tanıyır.

“...mətbəxi, ləhcəsi və kecmişini daha gözəl qoruyub saxlaması ilə fərqlənir” 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrinə görə, Şəki digər rayonlardan mətbəxi, ləhcəsi və kecmişini daha gözəl qoruyub saxlaması ilə fərqlənir və tanınır. 

“Şəki dedikdə ilk ağla gələn bu üç şeydir: halva, ləhcə, Xan sarayı”

Movzu ilə bağlı fikirlərini Modern.az-a bildirən millət vəkili Fazil Mustafa qədim diyar olan Şəki rayonunu ilk növbədə halvasına, daha sonra ləhcəsinə, nəhayət möhtəşəm tikilisi olan Xan sarayına görə tanıdığını söylədi: “Şəki dedikdə ilk ağla gələn bu üç şeydir: halva, ləhcə, Xan sarayı”.


“Şəki camaatı həddindən artıq pula meyllidir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Şəki haqqında fikirlərini bildirdi. Onun sözlərinə görə, Şəkini tanıdan ilk növbədə özünəməxsus ləhcəsinin olmasıdır: “Azərbaycan tarixində xüsusi yeri olan Şəki xanlığı, burada ziyalı təbəqəsinin çoxluğu, insanlarının hazırcavablılığı Şəkini digər rayonlardan xeyli fərqləndirir”.
E.Hüseynov eyni zamanda, Şəki sakinlərinin həddindən artıq pulgir olduğunu və bunu mənfi hal hesab etdiyi vurğuladı: “Müsbət məqamları deyəndə mənfi tərəfləri də demək lazımdır.  Şəki camaatı həddindən artıq pula meyllidir və istehlakçı hüquqlarının qorunmasında bir nəfər olsun şəhər sakini iştirak etmir. Mən bunları mənfi hal kimi qiymətləndirirəm”.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!