Modern.az

Ünvanlı yardım, ehtiyac meyarı və çoxuşaqlı ailələr...

Ünvanlı yardım, ehtiyac meyarı və çoxuşaqlı ailələr...

7 Yanvar 2011, 14:29

Aztəminatlı ailələrin həyat səviyyəsini yüksəltmək üçün Prezident İlham Əliyevin 21 oktayabr 2005-ci ildə imzaladığı sərəncamdan sonra bu təbəqənin nümayəndələrinə 2006-ci ilin yanvarından ünvanlı dövlət sosial yardımları verilməyə başladı. Zaman- zaman bu yardımların verilməsində fasilələr müşahidə olunub, narazılıqlar baş verib. Rəsmi məlumata görə, hazırda Azərbaycanda 122 min 781 ailə ünvanlı sosial yardım alır.

Dövlətdən ilk dəfə yardım alanlar 97 min 452 nəfərdir. Bu barədə Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyinin İctimaiətlə əlaqələr sektorundan Modern.az saytına bildirilib. Nazirlikdən verilən məlumata görə, bir ailə üzvünə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği  24 manat 12 qəpikdir. Bir ailəyə düşən ünvanlı sosial yardımın məbləği isə 108 manat 54 qəpikdir.
Nazirlikdən bildirilib ki, ünvanlı sosial yardım alan ailələrin 39%-i (48 min 675 ailə) üç və daha çox uşaqlıdırlar.

Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyinin İctimaiyyətlə   əlaqələr sektorundan verilən məlumata görə, ehtiyac meyarı ilbəil artır. 2006-cı ildə - ünvanlı sosial yardımların verilməsinə başlyanda - ehtiyac meyarı 30 manat idisə, 2009-cu ildə artıq 60 manat, 2010-cu ildə 65 manat olub, 2011-ci ildə isə bu göstərici 75 manatdır.

Qeyd edək ki, Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri artıq ünvanlı sosial yardımın səmərə vermədiyini qeyd ediblər. Məsələyə Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyinin münasibəti necədir?
Qurumun İctimaiyyətlə əlaqələr sektorundan bildirildi ki, onlar deputatların belə fikirilə tanış deyillər: “Bu barədə ilk dəfədir ki, eşidirik...”.

Nazirlikdən qeyd edilib ki, 2011-ci ildən Aktiv Sosial Yardım Proqramı-özünə dəstək mexanizmi respublikanın 3 rayonunda tətbiq olunacaq.
“Bu proqramın əsas məqsədi rayonlarda aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsi üçün şəxsi yardımçı təsərrüfatların inkişafı, əmtəə və ya xidmətlərin istehsalı vasitəsilə onların məşğulluğunu təmin etməkdir. Hazırda bu istiqamətdə işlər aparılır”-deyə qurumdan bildirdilər.

Nazirlikdən ünvanlı sosial yardım ala bilməyən ailələrin şikayətləri barədə deyilənlərə belə münasibət bildirildi: “Yardım almaq üçün müraciət olanda bu araşdırılır. Adətən ünvanlı sosial yardım almağa haqqı çatmayanlardan imtina olunur. Belə ailələr var, onlara yardım düşmür, amma almaq istəyirlər”.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər