Modern.az

Dillər Universitetində bir yeni ixtisas, iki xarici mərkəz açılacaq

Dillər Universitetində bir yeni ixtisas, iki xarici mərkəz açılacaq

Təhsil

7 Yanvar 2011, 15:00

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, 2010-cu il Azərbaycan Dillər Universiteti (ADU) üçün bir sıra hadisələrlə əlamətdar oldu. Belə ki, ötən ildə ADU-da beynəlxalq elmi konfranslar,  seminarlar və mühüm tədbirlər həyata keçirilib. Buna misal olaraq aşağıdakıları göstərmək olar:

2010-cu ildə ADU  ilə Türkiyənin Hacəttəpə və Ankara Universitetləri arasında qarşılıqlı əməkdaşlığa dair protokol imzalanıb, ADU-da Alman oxu zalı, Avstriya kitabxanası, İndoneziya Mərkəzi fəaliyyətə başlayıb,  Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu Azərbaycana səfəri çərçivəsində ADU-da olub.

Dillər Universiteti və İtaliyanın Peruca Universiteti, Böyük Britaniyanın Esseks Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

2010-2011-ci tədris ilində Azərbaycan Dillər Universtitetinin Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində iki yeni - Qafqazşünaslıq və Hindistanşünaslıq ixtisasları açılıb.

2011-2012-ci il tədris ilində ADU-da Ərəbşünaslıq ixtisası,  Çin və Yapon mərkəzləri açılacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir