Modern.az

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşasına başlanılacaq

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşasına başlanılacaq

Ölkə

26 Oktyabr 2009, 14:44

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tikiləcək ərazidə geoloji və batometrik tədqiqat işləri başa çatmaq üzrədir. Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən yeni liman kompleksinin baş planı və işçi layihəsi hazırlanır. Cari ilin sonunadək baş plan və birinci mərhələ layihəsi hazır olacaq, gələn ilin mart ayında isə layihələndirilmə işlərinin tam yekunlaşdırılması nəzərdə tutulur. Eyni zamanda bu ilin sonunadək tender prosedurlarının yekunlaşdırılması, podratçının müəyyən edilməsi və liman ərazisində, eləcə də akvatoriyada inşaat işlərinə başlanılması planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar